Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:24

Dinçilərə bəhanə verilib?


Rüfət Əhmədzadə son qeydlərində orta məktəblərdə şagirdlərin hicab taxmasına qoyulan məhdudiyyət barədə yazıb:

“Bu il çox polifonik il oldu. Sözün hər mənasında. Daşqınlar, basqınlar, soyğunlar, ifşalar, görüşlər, qırışmalar, isti buxar, soyuq duş… Və dindarlara bir sürpriz də, xüsusi olaraq qeyd edilməlidir. Uzun illər boyu, hələ də rüşvətxorluqla mübarizə aparıb onu məhv edə bilməyən cənab nazirimiz bir qərarla dindarları pat vəziyyətində qoydu. Kimisi dedi ki, yaxşı edib, kimisi dedi ki, dinçilərə bəhanə verilib. İstənilən halda, bu qadağa bir çoxlarının heysiyyətinə toxundu. O qədər ki, bunu “namus-qeyrət” çərçivəsinə çıxardılar. Mənim fikrimcə isə, bu qadağanı yalnız 9-cu sinifdən aşağı tətbiq etmək daha yaxşı olardı. Artıq şərh verməyəcəm.
Yaman qeyrətbaz və abır-həya gözləyən cəmiyyətimiz var imiş. Elə, dindarları da bura qatıram. İndiyədək, gənc dindarların dul və boşanmış qadınlarla siğəyə girməsindən çox eşitdim, tanışlarım da var. Amma, bu gənc “mömin”lərdən biri belə, bu cür qadınlarla daimi ailə quracaq arzsunda və ya cəsarətində deyillər. Etiraf edək ki, mühafizəkar ortamda böyümüş hər kəsin ailəsində belə bir fikir var: “Camaat bizə nə deyər? Ayıbdır. Min cür söz eşidərik…” Bu da sizə, dinin “din-din” davası. Məgər, dul və ya boşanmış qadınların yalnız cinsi tələbatımı olur? Nə isə…”.

SON ÜMİDLƏRİNİ GİROVA QOYANLAR...

Müşviq Məmmədovun bu postunu oxuduqca narahat oldum. Görəsən, doğurdanmı yazılanlar həqiqətdir?

“Maliyyə sektorunda çalışdığımdan, tez-tez eşitdiyim suallardan da biri: “Sizdə təqaüd kartları girov qoyulmaqla kredit verilirmi? sualıdır. Xoşbəxtlikdən mən işlədiyim təşkilatda qanunsuz hesab olunan girovlar götürülmür. Sadə bir sual olduğu kimi, bir az da kədərlidir. İnsanlar , xüsusən də təqaüdçülər, son ümidləri sayıla biləcək 75 manatlıq təqaüd kartlarını girova qoyaraq, hansısa bir qısa müddətli problemlərini həll etmək üçün kreditlər götürürlər. Onsuzda çətin həyatlarına bir az da kredit stressi qatılır. Həyatlarında 30-40 bunun üçün çalışıblarmı? Bu tip girovlar əsasən kommersiya banklarında yayılmaqdadır. Onlara, son ümidlərini almayaraq, kredit vermək olmazmı?
Azərbaycan Respublikasının qanunlarına əsasən təqaüd və əmək haqqı kartları girov qoyula bilməz”.

***

Anar Məmmədlinin son qeydləri siyasi məhbuslara həsr olunub. Yazır ki, azadlığın olmadığı ölkələrdə insanlar tez-tez güzəştlərə getməyə məcbur olurlar - bizim ölkədə olduğu kimi...:
“Hər il daha yaxşı yaşamaq, TV-lərdə görünmək, deputat mandatı almaq, prezident təqaüdünə yiyələnməkdən ötrü öz ləyaqətini güzəştə gedən onlarla yeni “sima” ortaya çıxır. Amma onlar ləyaqətsiz olmağa borclu deyillər, sadəcə “şəraitə” uyğun könüllü seçim edirlər...
Biz azadlıqların olmadığı cəmiyyətdə vaxtaşırı milli və dini əxlaqı müzakirə edirik, amma çoxları inanmaq istəmir ki, azadlıqların olmadığı ölkədə nə milli, nə dini, nə də dünyəvi əxlaq mövcud ola bilər! İyirmi birinci yüzildə bir ölkədə Azadlıqlar yoxdursa, demək o ölkədə hakim olan əxlaqın bir adı var - əxlaqsızlıq!...”

AZERİBLOQ AÇILDI

Antonio Azeriblog saytının fəaliyyətini bərpa etdiyini yazır. Təxminən bir neçə həftə bundan qabaq blogun bağlanması ilə bağlı xəbərlər yayılmışdı.
“Bağlanma haqda müxtəlif söhbətlər də gəzirdi. Hətta blogun rəhbəri Fərhad bəy bununla bağlı açıqlama da vermişdi...

Düşünürəm Azeriblog əvvəlki statusunu qayıda bilər. Amma mən Fərhad bəyi heç qınamıram öz maliyyə vəsaiti ilə blogu saxlayırdı. Baş verən hadisələrə gəlincə internet istifadəçiləri anlaşıqlı qəbul eləməlidirlər. Hər kəsə uğurlar…”

"FACEBOOK" HAMINI AĞUŞUNA ALIR

“Deyilənə görə sosial şəbəkələrin çox işlədiyi yerə hökumət müdaxilə edə bilməz”, –Zərintac belə yazır:

“Nəzərə alsaq ki, facebookda xəbər sürətlə ötürülür, demək, bu doğrudan da belədir. Bəzi insanlar sosial şəbəkələrdən yaxın ətrafları ilə daimi əlaqə saxlamaq üçün istifadə edir. Bir sıra tələbələr imtahan və dərsləri birinə elətdirib, miniylə bölüşür ))
Hələ bu şəbəkələrdən siyasi statusları üçün istifadə edənləri demirəm. Bəzi dövlətlərin sırf özünəməxsus sosial şəbəkələri var ki, dövlət daxilində belə nəzarətdə saxlanılır. Bunlara İran, Çin və Vyetnamın sosial şəbəkələrini misal göstərmək olar”.
XS
SM
MD
LG