Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:27

Yaponiya hökuməti stansiyadan 20 kilometr aralıda radiasiya təhlükəsi olmadığını deyir


Yaponiyanın imperatoru Akihito televiziya ilə xalqa müraciətində zəlzələ və sunami nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və xalqı bu fəlakətin törətdiyi fəsadları ardan qaldırmaq üçün birləşmıəyə çağırıb.

Zəlzələdən sonra bir neçə dəfə partlayış baş vermiş Fukusimo atom elektrik stansiyasında vəziyyət gərgin olaraq qalır.

Kütləvi informasiya vasitələrinin məlumatına görə hərbi vertolyotlar bu gün yüksək şüalanma nəticəsində soyutma sistemi sıradan çıxmış reaktora su vura bilməyiblər.

Hakim dairələr stansiyadan 20 kilometr aralıda radiasiya təhlükəsi olmadığını deyir.

Artıq bu ərazilərdən insanlar köçürülüb.

Beynəlxalq Səhiyyə Təşkilatı Asiya ölkələrini şualanmanın Yaponiyadan kənara çıxmasıyla bağlı yayılmış şaiələrə məhəl qoymamağa çağırıb.

Mütəxəssislər ötən cümə günü baş vermiş zəlzələnin 9 bal gücündə olduğunu deyirlər.
XS
SM
MD
LG