Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Miqrantlar Rusiyadan qovulacaqmı?


Foto: Arxiv
Foto: Arxiv
«Yeni miqrasiya siyasəti MDB məkanını Rusiyanın təsir dairəsinə salmağa yönəlib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Vladimir Putinin miqrasiya qanununu sərtləşdirmək barədə fikirlərini şərh edən politoloq Elşən Manafov deyib.

Rusiyanın Baş naziri Vladimir Putin miqrasiya qanununu sərtləşdirməyi təklif edir. O, deyib ki, ölkənin əmək və miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır.

Putinin təkliflərinə görə, miqrantlar rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bunu imtahan qaydasında sübuta yetirməlidirlər.

Elşən Manafovun fikrincə, Rusiya Avrasiya Birliyi layihəsini həyata keçirmək üçün belə bir addım atmaq istəyir:

«Bu qanun qüvvəyə minəcəyi təqdirdə testdən keçib miqrant statusu ala biləcək şəxslərin sayı yetərincə azalacaq. Bu siyasətin özü birmənalı şəkildə MDB məkanını Rusiyanın təsir dairəsinə salmaq və Avrasiya layihəsinə yeni çalar verməkdən ötrü atılan addımdır…».

Əlövsət Əliyev
Əlövsət Əliyev
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə miqrasiya haqqında qanunun sərtləşəcəyinə inanmır:

«Rusiyada demoqrafik artım o səviyyədə deyil ki, bu ölkə sərt miqrasiya siyasətini tətbiq edə bilsin. Sərt miqrasiya qanunlarının tətbiq edilməsi sadəcə seçkiqabağı bəyanatlardır. Bunun həyata keçməsi və reallaşması mümkün deyil…».

Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev isə deyir ki, bu qanun qəbul olunsa belə, bunun Rusiyadakı azərbaycanlılar üçün heç bir təhlükəsi yoxdur:

«Çünki Azərbaycanda hətta rayon məktəblərində rus dili öyrənilir. Azərbaycandan gələn miqrantlar rus dilini bilirlər. Bu baxımdan, bu yeni siyasət Rusiyadakı azərbaycanlı miqrantlara təsir etməyəcək».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG