Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:27

Fuad Ələsgərov :"Ramil Səfərov beynəlxalq Konvensiyanın tələbinə uyğun olaraq verilib"


Ramil Səfərov
Ramil Səfərov
“Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan beynəlxalq Konvensiyanın tələblərinə tam əməl edib”.

Bunu Azərbaycan Pprezident Administrasiyası hüquq şöbəsinin müdiri Fuad Ələsgərov Ramil Səfərovun azad edilməsilə bağlı ABŞ-ın bəyanatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası ilə tənzimlənir:

“Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər.
Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir.
Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb.
Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb”.-deyə o bildirib.
XS
SM
MD
LG