Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:29

Dindarlar haqqını tələb edəndə radikalmı olur?


Azerbaijan -- Protest action in front of Azerbaijan education ministry, Baku, 05Oct2012
Azerbaijan -- Protest action in front of Azerbaijan education ministry, Baku, 05Oct2012
Təhsil Nazirliyinin qarşısındakı “hicab aksiyasından” sonra Azərbaycanda yenə də siyasi İslamdan danışmağa başladılar. Hətta bu aksiyanı xarici qüvvələrə işləyən qruplar tərəfindən hazırlandığını iddia etdilər. Hər hansısa dindar qrupu “Hicaba azadlıq” şüarı ilə aksiya keçirmək istəyirsə, bu, həmin qrupun siyasiləşməsindən xəbər verirmi? “İslam və demokratiya” proqramında bu mövzuda müzakirə açıldı.


DİNDARLAR HAQQINI TƏLƏB EDƏNDƏ RADİKALMI OLURLAR?

İlahiyyatçı alim Altay Göyüşov hesab edir ki, dindar olub-olmamasından asılı olmayaraq hər bir kəs öz insan haqlarını tələb edə bilər. Amma son dövrlər səslənən bəzi şüarlar kimlərinsə siyasi səfərbərliyini həyata keçirmək üçün istifadə olunur:

“Etiraf edək ki, Azərbaycan hicab problemi vaxtilə Türkiyədə olduğu qədər kəskin dayanmayıb. Problem var və onun həlli üçün hansısa işlər görülür. Sadəcə bəzi məmurların işi başa düşməməsi, papadan çox katolik olması belə problemlər yaradır”.

A.Göyüov hesab edir ki, bu aksiya xüsusi səbəb olmadan, birdən-birə təşkil olunub. Ona görə də analitiklərdə bu işini siyasi məsələ olması haqda müəyyən şübhələr yaranmağa başlayıb:


HİCAB AKSİYASININ NƏYİ ŞÜBHƏLİ İDİ?

“Həmin aksiya sanki göstəri xarakteri daşıyırdı. İlk dəfə di ki, bu cür aksiyaya iştirakçılar “dubinka” ilə gəlmişdi. Adətən belə hallar məsələnin həllinə yox, əks reaksiyaların ortaya çıxması ilə nəticələnir”.

Dinşünas Saleh Kazımov isə bilərəkdən toqquşma yaratmağın nə dini, nə də siyasi baxımdan normal sayılmadığını deyir. Onun sözlərinə görə, hər kəs, hətta dindar insanlar da öz haqlarının pozulması ilə bağlı hansısa formada etirazını bildirə bilər:

“Amma bu etirazın nəticədə belə sərt addımlara gətirib çıxarılması heç İslamın öz ruhuna da uyğun deyil. Bu cür hallar müəyyən qrupların əlinə fürsət verir. Bəzən bu məsələlərdə gənc insanların hisslərindən sui-istifadə olunur”.

Altay Göyüşov aksiyanın indiki anda keçirilməsinin də anlaşılmaz olduğunu deyir. Onun fikrincə, adətən hicabla bağlı aksiyalar Azərbaycan hakimiyyəti ilə Qərb arasında gərginliklər yaşandığı vaxtlarda təşkil olunur.

“Ərəb ölkələrində belə bir metoddan istifadə edirlər, belə tədbirlər keçirməklə Qərbə nümayiş etdirirlər ki, əgər biz hakimiyyətdən getsək, yerimizə radikal islamçılar gələcək. Onlar dindən öz hakimiyyətlərinin vacibliyini sübut etmək üçün istifadə edirlər ,sanki bu amildən “xoxan” kimi istifadə edirlər.


İSLAMI SİYASİLƏŞDİRMK KİMƏ SƏRF EDİR?

Professorun sözlərinə görə, bir çox yerlərdə İslamı siyasiləşdirənlər müxtəlif məqsədlər güdür. Bir qisim qeyd olunduğu kimi öz hakimiyyətini saxlamaq üçün istifadə edir. Digər qisim isə sözün əsl mənasında hakimiyyətə gəlib ölkədəki üsul-idarəni dəyişdirmək istəyir:

“Onlar ölkədə şəriət idarəçiliyinin tətbiqini istəyirlər. Bu qisim Azərbaycanda çox azdır, ictimai-siyasi şəraitə təsir qüvvələri cüzidir. Bəzən, Avropada da dövlət rəhbərlərini bu metoddan istifadə edir, məqsəd - bütün dünyaya göstərməkdir ki, biz dünyəviyik, bizim alternativimiz isə radikal qruplardı. Amma Azərbaycanda bu məsələnin perspektivi olduqca azdır. Bu, dünyada təhlükə ola biləcək səviyyəyə gəlib çata bilməz”.


DİNİ TƏHSİL ÇIXIŞ YOLUDURMU?

Saleh Kazımov isə hesab edir ki, Azərbaycan dünyəvi dövlət olsa da, hər kəsin İslamın əsaslarını öyrənməsinə ehtiyac var. Yalnız bu halda insanlar İslamın gözəlliklərini anlaya bilərlər. Odur ki, S.Kazımov orta məktəblərdə dinin tədris olunmasını vacib sayır. Deyir ki, bu sanki ona bənzəyir ki, kimsə susuzdur, və sən ona su vermirsənsə, başqası araq da versə, şərab də versə içəcək. Amma bununla ancaq susuzluğunu yatırmayacaq, həm də sərxoş olacaq. Dini məlumat da belədir, sən verməsən, onu radikallar verəcək, və ona din öyrətməyəcəklər, öz təsirləri altına salacaqlar”.
XS
SM
MD
LG