Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:29

İmişlidə Çernobıl əlili yenidən şüalanmaya məruz qala bilər...


Xalid Babaşov
Xalid Babaşov
-
İmişli şəhərinin S.Fətəliyev küçəsindəki 1 saylı evdə yaşayan, 2-ci qrup Çernobıl əlili Xalid Babaşov özünü «Azenko» ASC-nin qurbanı hesab edir. O bildirir ki, 2008-ci ildə 330 kV-luq II İmişli-Parsabad hava elektrik xəttinin tikintisi aparılandan bəri ailəsinin narahat günləri başlayıb:

«Xətt evdən 8 m aralı, yardımçı binaların isə üstündən keçir. Layihələndirmə işləri aparılarkən deyilmişdi ki, mülkiyyətimizdə olan torpaq sahəsi və onun üzərindəki tikililərin dəyəri ədalətli şəkildə ödənilməklə tezliklə buradan çıxarılacağıq. Amma t bizə pul ödənilmədi. Buna etiraz etdim. Mübahisəyə İrandan gələn nümayəndə də qarışdı və dedi ki, biz artıq pulunuzu Azərbaycana köçürmüşük. Polisləri tökdülər qapıma, şəxsən rəis özü kişi sözü verdi ki, problemin həllinə köməklik göstərəcək. «Azərenerjitikinti» MMC-nin sədri bloknotundan qopardığı kağıza öz dəst-xəttilə bu sözləri yazıb mənə verdi: «Mən Əhmədov Etibar Sizin məsələniz həll olunmasa, məftilin çəkilməsinə icazə verməyəcəm». Elə ki, xətt çəkilib qurtardı, dedilər sizə bundan təhlükə yoxdur, elə öz evinizdə yaşamaqda davam edə bilərsiniz».

Xalid Babaşov Prezidentə, Sənaye və Energetika, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinə, «Azərenerji» ASC-yə onlarla yazılı müraciət ünvanlayıb. Onun şikayəti Milli Məclisdə səslənib, ombudsman tərəfindən araşdırılıb. Amma vətəndaş bildirir ki, bunların heç bir təsiri olmayıb.

FƏRQLİ YOZUMLAR VƏ FƏRQLİ RƏQƏMLƏR

Həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də «Azərenerji» ASC X.Babaşova verdiyi cavabda 1987-ci ildə qəbul edilən «Elektrik qurğularının quraşdırma qaydaları»nın 2.5.115-ci bəndinə istinad edib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti bildirib ki, qaydalara görə, 330 kV-luq yüksək ötürücü hava xəttindən yaşayış evinə qədər məsafə ən azı 30 metr olmalıdır. Onların araşdırmasına görə, Xalid Babaşovun evi xəttin mühafizə zolağından 53.5 metr aralıda
Xətt evdən 8 m aralı, yardımçı binaların isə üstündən keçir.
Xətt evdən 8 m aralı, yardımçı binaların isə üstündən keçir.
yerləşir.

Onlar yerində araşdırma aparmaqla xətin kənar məftillərinin X.Babaşova məxsus tikililərdən 9.1 metr aralıda yerləşdiyini və bunun təhlükə yaratmadığını müəyyən ediblər. «Azərenerji»dən Xalid Babaşovun həyat yoldaşı Xatirə Babaşovaya gələn məktubda isə yazılıb ki, xətlə tikililər arasında məsafə 40.9 metrdir.

PROKURORLUQ ARAŞDIRMANI ONUN ŞİKAYƏTÇİ OLDUĞU TƏŞKİLATA TAPŞIRIB

Xalid Babaşovun Baş Prokurorluğun «Qaynar xətt»inə etdiyi müraciət əsasında da araşdırma aparılıb. Amma necə? Vətəndaş II İmişli-Parsabad EVX-nin tikintisini aparan podratçı təşkilatın – «Azenko» ASC-nin ödənilməli olan kompensasiyanı mənimsədiyini barədə onda əsaslı şübhələr yarandığını bildirib. Bu müraciət əsasında araşdırılma aparılmasını Baş Prokurorluq «Azərenerji» ASC-yə, o isə, öz növbəsində, «Azenko»ya tapşırıb. Sonuncu öz işində qanun pozuntusu aşkarlamayıb.

X. Babaşov prokurorluq orqanının bu sayaq araşdırmasını qanunsuz hesab edir:

««Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Qanuna əsasən, şikayətin şikayət edilən təşkilata göndərilməsi qadağandır. Doğrudanmı Baş Prokurorluqda bunu bilmirlər?!».

«MƏSƏLƏ KÖKLÜ ARAŞDIRILSA...»

«İmişli Regional Elektrik Şəbəkəsi»
«İmişli Regional Elektrik Şəbəkəsi»
«Azərenerji» ASC-nin tabeliyində olan «İmişli Regional Elektrik Şəbəkəsi» MMC-nin texniki işlər üzrə direktoru Bakıxan Nəsirov isə İmişli sakininin davamlı şikayətlərindən bezdiyini deyir:

«Xəttin çəkilişi başlayandan bəri bu adam yazmağa başlayıb. Eyniməzmunlu şikayətləri mütəxəssislərin iştirakı ilə dəfələrlə araşdırılıb, amma bu işdə nöqsan aşkar olunmayıb. Xalidin yaxınları da bu idarədə işləyir, amma nankorluq edib «Azərenerji»yə qarşı haqsız ittihamlar səsləndirir. Onun məqsədi kiçik bir evə görə iri məbləğdə pul qoparmaqdır. Məsələ köklü araşdırılsa, vaxtilə yol kənarından ona yurd yeri verilməsinin qanunsuz olduğu aşkarlanar».

Sənaye və Energetika Nazirliyinin «Dövlətenerjinəzarət» İdarəsi İmişli sektorunun müdiri Vüqar Mustafayev isə bu məsələylə bağlı aktlarına diqqət çəkir. Aktda «Azenko»nun mövcud qaydaları kobud sürətdə pozduğu öz əksini tapıb:

«Buradan beləsi bizlik deyil, belə qərar «yuxarılar»da qəbul edilir. Hər halda, akt öz hüquqi qüvvəsini saxlayır və vətəndaş onu əsas götürərək məhkəməyə müraciət edə bilər».
«MƏHKƏMƏDƏ İDDİA QALDIRA BİLƏR»

Hafiz Həsənov
Hafiz Həsənov
Telefonla əlaqə saxladığımız «Azenko» ASC-nin özünü təqdim etməyən hüquqşünası isə bu məsələ ilə bağlı şərh verməkdən imtina etdi:

«Biz telefon zəngi ilə sorğuya cavab vermirik».

Vəkil Hafiz Həsənov isə hesab edir ki, şikayətçiyə ədalətli kompensasiya ödəməklə o, həmin evdən çıxarıla bilərdi:

«Təklif edilən kompensasiya ilə razılaşmayan hər bir şəxsin məhkəməyə müraciət etmək hüququ var. İndiki halda isə vətəndaş qurğunun mülkiyyətinə və sağlamlığına təhlükə yaratdığına görə tikinti aparan təşkilata qarşı məhkəmədə iddia qaldıra bilər».

«YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞDÜM»

Çernobıl əlili olan İmişli sakini mütəmadi olaraq müalicə olunduğunu deyir. Bu iş isə onu lap rahatsız edib:

«Yağışdan çıxıb yağmura düşdüm. Əsil keyf xətt istismara veriləndən sonra olacaq. Bunlar istəyir ki, mən də, ailəm də şüalanmaya məruz qalıb məhv olaq, mülkiyyətimiz müftə olaraq xəttin mühafizə zonasına çevrilsin...».
XS
SM
MD
LG