Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:16

Aİ-95 SOCAR-ın öz zavodu olan bu ölkədən gətirilir


Borcu gəlirindən çox SOCAR
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Borcu gəlirindən çox SOCAR

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Aİ-95 "Premium" markalı benzin, əsasən, dörd ölkədən gətirilib. Bunlar Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandır. Bu haqda "Turan"a SOCAR-dan bildirilib.

Məlumatda o da deyilir ki, Aİ-95, əsasən, Rumıniyadan idxal olunur: "Ötən il xaricdən aldığımız 147 min 412 ton Aİ-95 markalı benzinin 44.5 faizi Rumıniyanın, 35.2 faizi Rusiyanın payına düşüb".

Bu ilin ilk dörd ayında Azərbaycana adıçəkilən dörd ölkədən 29 min 981 ton Aİ-95 markalı benzin gətirildiyi qeyd olunur. Bu da bir il əvvəlki göstərici ilə müqayisədə 36 faiz azdır. SOCAR-dan deyilir ki, azalma əsas tədarük bazarlarından biri olan Rusiyadan idxal həcminin dörd dəfə aşağı düşməsi ilə əlaqədardır.

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Rumıniyadakı zavod Azərbaycan neftini emal edirsə...

İyulun 13-də Azərbaycanda Aİ-95 və Aİ-98 benzinlərinin qiymətləri qalxıb. Bahalaşma həmin növ yanacağın xaricdən gətirilməsi ilə izah edilir. Ancaq belə fikirlər də səslənir ki, "Premium" və "Super" markalı benzinlərin istehsalı üçün xammal bəzi ölkələrə məhz Azərbaycandan göndərildiyindən qiymət artımı üçün gətirilən arqumentlər sönükdür.

Rəsmi məlumatdan aydın olur ki, Aİ-95 benzini daha çox Rumıniyadan idxal edilir, həmin ölkədə SOCAR neftayırma zavodu yaradıb. Ancaq qurumdan deyilir ki, 2011-ci ildə təsis olunmuş "SOCAR Romania S.A." şirkəti yalnız Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

Dövlət Gömrük Komitəsinin məlumatları

Dövlət Gömrük Komitəsindən "Turan"a bildirilib ki, bu ilin ilk beş ayı ərzində Azərbaycan ən çox İtaliyaya neft satıb: "İtaliyaya 3 milyard 327 milyon 937.37 min dollar dəyərində 4 milyon 737 min 557.99 ton neft ixrac edilib. Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsraildir...".

Bolqarıstana və Rumıniyaya gəlincə, Komitədən bildirilir ki, göstərilən dövrdə Bolqarıstanla bağlı hər hansı məlumat yoxdur. Rumıniyaya isə 103 milyon 202.37 min dollarlıq 170 min 203.55 ton neft satılıb.

N.Cəfərli
N.Cəfərli

İqtisadçı: "Azərbaycan benzini SOCAR-ın törəmə şirkətindən alır"

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycan Aİ-95 və Aİ-98 benzinini SOCAR-ın törəmə şirkəti vasitəsilə alır. Onun sözlərinə görə, "Premium" markalı benzin Azərbaycana, əsasən, iki ölkədən gəlir: "Bu ölkələr Rumıniya və Rusiyadır. Rumıniyada SOCAR-ın neftayırma zavodu var. Amma bu zavod tək özünün deyil, konsorsium Rumıniya şirkəti ilə birgə idarə olunur".

Ekspert deyir ki, Azərbaycan Rumıniyaya neft satsa da, idxal olunan benzinin həmin xam neftdən hazırlanmasını sübut etmək çətindir: "Amma ehtimal etmək olar ki, SOCAR-ın Rumıniyada belə bir zavodu varsa, öz neftini niyə ora göndərməsin? Məntiqlə xammalını göndərib orada emal etmək daha doğru olardı. Amma açıq mənbələrdə bunu sübut edən heç bir sənəd yoxdur. Rusiyaya gəlincə, biz ona neft satmırıq, benzinin istehsalı üçün öz neftindən istifadə edir".

Azərbaycan hökuməti son bir neçə ildə ölkədə Aİ-95, Aİ-98 benzin növlərinin istehsalı haqqında danışır. SOCAR-dan deyilir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2023-cü ilin ikinci kvartalında AVRO-5 standartlarına uyğun benzinin istehsalı məqsədilə layihə çərçivəsində çalışmalar davam edir.

Aİ-95 və Aİ-98 markalı benzinlər iyulun 13-dən 40 qəpik bahalanıb. İndi Aİ-95 2 manata, Aİ-98 2.30 manata satılır.

XS
SM
MD
LG