Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Maaşların artımı xərclərin artımını üstələyəcək?


Prezidentin sərəncamı. Kimin maaşı real ifadədə nə qədər artacaq
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Prezidentin sərəncamı. Kimin maaşı real ifadədə nə qədər artacaq

Bugünlərdə Azərbaycanda "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalanıb. Sərəncamda bildirilir ki, ölkədəki bahalaşma nəzərə alınacaq və gələn il minimum əməkhaqqı və sosial ödənişlər artırılacaq. Sərəncamda bu da xatırladılıb ki: "Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz artım əldə edilmişdir".

Azərbaycanda rəsmi şəxslərin belə böyük həcmdə artımlara nail olunduğuna dair öyüngən açıqlamalarına tez-tez rast gəlinir. Amma son illər maaş və pensiyaların artması doğrudan da əhalinin alıcılıq qabiliyyətini həmin həcmdə artırıbmı? Alıcılıq qabiliyyəti deyəndə, təbii ki, vətəndaşların pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsinı və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti anlaşılır.

Rəsmi göstəricilərə görə, 2018-ci ilin əvvəlinə Azərbaycanda orta aylıq əməkhaqqı 529 manat, orta pensiya məbləği isə 192 manat olub. Bu ilin əvvəlində bu göstəricilər, uyğun olaraq, 703 və 264 manatmış. Bu o deməkdir ki, həmin müddət ərzində orta aylıq əməkhaqqında 33 faiz, orta pensiya məbləğində isə 38 faizə yaxın artım qeydə alınıb. Amma nəzərə almaq lazımdır ki, bu artımlarla birlikdə əhalinin rifahının və alıcılıq qabiliyyətinin yüksəlməsini iddia etmək üçün təkcə nominal rəqəmlər yetərli deyil. Axı həmin müddət ərzində qiymətlərin bahalaşması insanların xərclərini də yetərincə artırır. Azərbaycanda əhalinin gəlir və xərcləri təməlində yaşam keyfiyyətinin dəyişməsini ölçmək üçün açıqlanan bilgilər yetərincə dolğun olmasa da, hər il parlamentin təsdiqlədiyi yaşayış minimumunun həcminə dayanaraq bu müqayisəni aparmaq olar.

Ən çox problemli kredit bu rayondadır: 'Bəs neyləyək?'
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Minimum yaşayış xərcləri də 20 faizdən çox artıb

"Yaşayış minimumu haqqında" Qanuna görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycanda əməkqabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün yaşayış minimumunun həcmi ayrı-ayrılıqda müəyyənləşdirilir. Ötən il ölkədə əməkqabiliyyətli əhali üçün yaşayış minimumunun həcmi 201 manat, pensiyaçılar üçünsə 157 manat idi. 2018-ci ilin əvvəlində yaşayış minimumu əməkqabiliyyətli əhali üçün 164 manat, pensiyaçılar üçünsə 130 manat olub. Bu baxımdan, qeyd etmək lazımdır ki, həmin müddət ərzində minimum yaşayış xərcləri də əməkqabiliyyətli əhali üçün 23 faiz, pensiyaçılar üçünsə 21 faiz artıb.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayış minimumunun formalaşmasında əhalinin tələbləri məhdud çərçivədə nəzərə alınır və minimum tələblərlə bağlı normaların hesablanması və qarşılıqlı əlaqəsiylə bağlı konkret mexanizmlər yoxdur. Üstəlik, yaşayış minimumunun təyin edilməsinə təsir göstərən istehlak səbətinin tərkibi də birmənalı qarşılanmır. İstehlak səbəti baxımından əsas tənqidi məqamlardan biri inkişaf etmiş ölkələrdən fərqli olaraq bu xərclərin tərkibinə sosial həyat, təhsil və səhiyyə sahələri ilə bağlı xərclərin əlavə edilməməsidir. İstehlak səbətinə daxil olan məhsulların istifadə müddəti və həcmi ilə bağlı göstəricilərə də müstəqil ekspertlər birmənalı yanaşmır. Ancaq bütün bu problemlər olsa da, 2018-ci ildən sonra əhalinin maaş və pensiyalarının orta məbləğindəki artımla minimum yaşayış xərclərindəki artım arasında gözəçarpan fərqin olmadığı görünür. Beləliklə, həmin müddət ərzində maaş və pensiyaların nominal məbləği nisbətən yüksək faizlə artsa da, inflyasiya ucbatından yaşayış xərclərinin də yüksək templə artması əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsini əngəlləyib.

Təbii qaz bahalaşmaya bilərdimi?
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Hansı xərc nə qədər artıb

Minimum yaşayış xərcləri kimi, ölkədə əhalinin xərclərinin ən çox yönəldiyi ərzaq, kommunal xidmətlər, yanacaq qiymətlərində də ciddi artımlar gözə dəyir. Məsələn, 2018-ci ilin əvvəlində "Aİ-92" markalı benzinin bir litri 90, dizelin qiyməti 60 qəpik idisə, hazırda bu göstəricilər, uyğun olaraq, 1 manat və 80 qəpikdir. Deməli, yanacaq qiymətləri, uyğun olaraq, 11 və 33 faiz artıb. Bu il qəbul edilən digər bir qərarda bir kubmetr su təchizatının qiyməti 35 qəpikdən 70 qəpiyə, tullantı sularının axıdılması xidməti isə 1 kubmetr üçün 15 qəpikdən 30 qəpiyə yüksəldilib. Bu müddətdə təbii qaz da bahalaşıb. Tarif Şurasının 30 iyundakı qərarınadək Azərbaycanda 2 min 200 kubmetrədək istehlak edilən qazın hər kubmetri 10 qəpiyə satılırdısa, həmin qərardan sonra həmin limit 50 faizə yaxın azaldılaraq 1200 kubmetrə endirilib. İl ərzində Tarif Şurasının qəbul etdiyi digər bir qərarla həmin 10 qəpik də daha 20 faiz artırılaraq 12 qəpiyə yüksəlib.

Beləcə, əgər 2019-cu ildə ölkə üzrə ev təsərrüfatlarının ay ərzində kommunal xidmətlərdən və yanacaqdan istifadəyə görə adambaşına ortalama xərci 22 manat 60 qəpik idisə, ötən il bu rəqəm 23 manat 50 qəpik olub. 2021-ci ilin ilk altı ayı ərzində həmin göstərici bir az da artaraq 25 manat 20 qəpiyə yüksəlib. Bu o deməkdir ki, son iki il ərzində adambaşına düşən kommunal və yanacaq xərcləri 2 manat 50 qəpik və ya 11 faiz artıb. Həmin müddətdə kommunal xidmətlərə və yanacağa çəkilən xərclərin Azərbaycanda adambaşına düşən xərcdə xüsusi çəkisi də 7.56 faizdən 8.37 faizə yüksəlib.

Dərmanlar ceyran belində: Qiymətlər Türkiyədən 2-3 dəfə bahadı
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Ərzaq məhsullarında da ciddi qiymət artımları gözə çarpır. Dövlət Statistika Komitəsinin hər ay açıqladığı orta aylıq ərzaq qiymətlərindən məlum olur ki, 2018-ci ilin əvvəlindən bəri qurumun qiymətini açıqladığı 133 məhsuldan 50-yə yaxınında qiymət artımı 20 faizdən daha yüksək olub. Hətta həmin müddət ərzində siqaretin qiyməti ortalama 65 faiz, tərəvəz və duru yağların qiyməti isə 40-50 faiz bahalaşıb.

XS
SM
MD
LG