Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:05

Azadlıq Radiosu öndədir. Hekayə yarışmasının üzərinə notlar


www.adyazar.az saytında Azadlıq Radiosunun "Ədəbi Azadlıq" müsabiqəsi haqda dərc olunan yazı

Obyektiv və tərəfsiz Azərbaycan xəbərlərini əldə etmək istəyənlərin indi yalnız bir ünvanı var: Azadlıq radiosu. Efir imkanlarının məhdudlaşdırılmasına baxmayaraq, Azadlıq Radiosu qısa vaxt ərzində müasir texnoloji imkanlardan yararlanaraq önə çıxmağı bacardı.

Mart ayından başlayaraq bu günə qədər davam edən, həyəcanla izlənən “Ədəbi Azadlıq” hekayə yarışması ilə Radio-Azadlıq informativ həqiqətlərlə yanaşı olaraq bədii həqiqətlərin də çatdırılmasında ön sıralarda olduğunu sübuta yetirdi.

Maraqlı burasındadır ki Radio-Azadlıq saytının “Oxu Zalı” odası ədəbiyyat saytları içərisində ən aktiv və dinamik olmasıyla diqqəti cəlb edir.

“Oxu Zalı” başqa ədəbiyyat saytlarından (“Adyazar”, “Kultaz”, “Lit.az” və s.) özünün texniki imkanlarıyla fərqlənir, yazıçılarla interaktiv müsahibələr, şərh imknalarının sadə olması, gənc yazarlara geniş meydan tanınması və bütün ədəbi cərəyanları özündə birləşdirməsi bu elektron məkanı bütün yazıçıların və ədəbiyyatsevərlərin görüş yerinə çevirir.

Baş tutan hekayə yarışması, təqdim edilən kiçik hədiyyələr, yarışmaya qatılanların əsərlərinin toplandığı gözəl tərtibatlı kitabın nəşr olunması – hər şeyin sadə və təmənnasız olması – son dərəcə gözəl idi, pak idi, tarixdə ilk dəfə idi.

Bir az bundan əvvəl gerçəkləşən Milli Kitab Mükafatından mənəvi dəyərlərə öncəlik verməsi baxımından fərqlənirdi, sponsorların gurultulu adları altında yazıçı adları kölgədə qalmamışdı. Yarışmaya qatılan bütün yazıçılar; mükafat alanlar da, almayanlar da, əsl yaradıcılıq sevinci yaşadılar, bu ölkədə ədalət işığını yaşadan insanların varlığını gördülər, hiss etdilər.

Qaliblər öz qələbələrinə inanmırdılar, Əvəz Zeynalovun kövrəldiyi hiss olunurdu, Sevinc Pərvanə sanki başqasının payını almış kimi utanmışdı, nə deyəcəyini bilmirdi, bu günə qədər səsi alınmış bu gənc və yaşlı insanlara gözlənilmədən mikrofon verilmişdi və onlar çaşqınlıq içərisindəydilər. Bu kiçik salonda əsl hisslər yaşanırdı.

Deputat Əkrəm Əylislinin orada olması, yarışmanın ona guya 80-ci illərdə görülmüş hansısa işıqlı hadisələri xatırlatdığını söyləməsi və siyasi mövqeyindən asılı olmayaraq yaxşı əsərin elə guya yaxşı əsər olaraq qalmasını haqqında dilə gətirdikləri belə tədbirin səmimilik ovqatını azaltmadı.

Üstəlik, qaliblərə mükafatları onun - siyasi iqtidar nümayəndəsinin təqdim etməsi də tədbirin ən uğursuz və anlaşılması zor olan yönü idi.

www.adyazar.az
XS
SM
MD
LG