Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:25

Gülxani Pənah. Ana Kürüm, Xan Arazım


QARĞIŞ


Erməni vəhşilərinə

Qansız, sənin barmaqların
Bir də nişan alammasın.
Gözlərində bircə damla
Günəş nuru olammasın!

Oxun dəysin görüm daşa.
Həsrətli qal, dağa, daşa.
Vermiyəsən ömrü başa.
Ömrün şirin olammasın!

Çatmıyasan muradına,
Min bir lənət inadına.
Qurd da düşsün qanadına…
Quş qanadın olammasın!

Elə batdın sən günaha,
Qaranlıq çöksün sabaha!
Üz tutmuşam bir Allaha,
Xoş sabahın olammasın!

Məni balamdan eylədin,
Bağrımın başın teylədin.
Süngüyə taxdın neylədin.
Canın dərdsiz olammasın!

Mən baladan aralıyam,
Oxun vurdun, yaralıyam.
Qarabağlı, buralıyam,
Yurdum sənin olammasın!

Günahsızdıq, atdın daşı.
Tökdün gözü, tökdün qaşı.
Nəsibin olsun göz yaşı,
Qəlbə sevinc dolammasın!

Sən qatilsən-ermənisən,
Heç adamlıq görməmisən,
Çörək qədri bilməmisən,
Təhnən dolu olammasın!

Elim sənə:- lənət,- deyir.
Çalış-vuruş tapma xeyir,
Elə göynə göyür-göyür,
Dərdə dərman olammasın.

Kaş sinəndə qalsın arzu!
Tapılmasın sənə ruzu!
Yediyin çörəyim, duzum
Sən halal olammasın!

Nə yemisən qan qusasan.
Dilin bağlana, susasan.
«Var-yoxundan» olasan,
Varım sənin olammasın!

Mən tikmişəm, sən də yaşa.
Oxun dəysin hər gün daşa,
Yaşa ağlaşa-ağlaşa,
Yaxşı günün olammasın!

Mənim səsim çatsın Haqqa!
Verməsin haqqı nahaqqa!
Danışamma daqqa-daqqa.
Dil boğazda qalammasın!

Dədə Şəmşir haqq aşığı,
Ruhu ellər yaraşığı…
Vətən Kəlbəcər qarışığı,
Yada məkan olammasın!

Gecə-gündüz daşı, tala,
Göydən gəlsin sənə bəla.
Köçkün qəlbi- sınıx qala….
Ona yolun olammasın!


ANA KÜRÜM, XAN ARAZIM

Ana Kürüm, xan Arazım,
Sizdən görən necə yazım?
Xan Arazım, qəm yüküsən,
Ayrılığın həsrətindən
bizim kimi, sən də hər vaxt
ürəyimi dağıdırsan,
sökürsən.
Sənin nəğmən «ayrılıq» dan,
qəm-kədərdən söşbət açır.
Bulanıqsan, durulmursan.
Yorğan kimi sanki yatıb
şırım açıb getdiyin
o torpağa vurulmusan.
Bir milləti ayırmısan,
iki yerə dərddir, vallah.
Görünməyir bir xoş sabah
Çağladığı eşitmədim,
ağladığı eşitmədim.
Sən yolumu kəsdiyindən-
o tayında dərd içində
qalan qardaş-bacılar var.
Heç onlarla görüşmədim.
Ahım qalxıb yerə-göyə
Yaşayıram, ölməyirəm
dizlərimə döyə-döyə.

gulxani.net
XS
SM
MD
LG