Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:07

Rafiq Tağı. İran və qloballaşma qaçılmazlığı


Rafiq Tağı
Rafiq Tağı
Yazıçı Rafiq Tağının "Oxu zalı"na göndərdiyi məqalə


Rafiq Tağı

İRAN VƏ QLOBALLAŞMA QAÇILMAZLIĞI

İslamı dünyada gözdən salan, həyat tərzini dini-fantastik süjetlərlə quran, elmin az qala ancaq Quran təfsirlərindən ibarət olduğu İran adlı bir dövlət artıq bəşəriyyət üçün dözülməz olmuşdur. Bu dövlət müharibələrlə dolu olan tarixi ilə mütəkəbbir görsənməkdə, mədəni dünyanı hədələməkdə davam edir.

Müasir İran – asanlıqla dağılası mifdir.

İsraili yer üzündən silməyə çağıran, nəhəng kəşfləri ilə bəşəriyyəti gələcəyə tullamış, peyğəmbərlər milləti yəhudilərə daim nifrət aşılayan, Nürnberqdə Beynəlxalq Hərbi Tribunalın, hətta indiyəcən yəhudilərə təzminat ödəyən almanların da, tanıdığı Holokostu heç cür tanımaq istəməyən, imam Mehdi sahib-əz Zamanı İran ərazisində şəxsən özü qarşılamağa hazırlaşan bir dövlət başçısına, konkret olaraq Mahmud Əhmədinejada, ya bahar bayramı Novruzu islama uyğun saymayan, edam olunandan sonra təqsirsizliyi-günahsızlığı bilinənlərin birbaşa cənnətə gedəcəyini bəyan edən, qadına boşanmaq hüququnu yalnız kişinin cinsi alətinin yoxluğu sübuta yetirildiyi halda tanıyan, inkişafı çoxarvadlılıq yolu ilə - çoxalmaqda görən, öz millətlərinin belə yazıb-oxumaq haqqını tapdalayan dini ölkə rəhbərlərinə qətiyyən ağıl sahibi demək olmaz.
Teokratiyaya insanlıq çoxdan yox deyib; bu sayaq mübahisələrə yüzillərdir nöqtə qoyulub.

Çağdaş dünyada teokratik dövlət eybəcər və qorxuncdur.
Şəriət qanunları sivil hüquqla dissonans təşkil edir.

İran öz ambisiyaları ilə mədəni dünyada təcrid vəziyyətindədir. Təəssüf, əldə olunacağı təqdirdə atom silahını da yuxular, ya vəhylərlə idarə edəsi İran
İranda daş-qalaq cəzasına hazırlanan qadın
İranda daş-qalaq cəzasına hazırlanan qadın
mədəniyyətlə yox, artıq yalnız vəhşiliklərlə dünya üzünə çıxmaqdadır. Daha bilmirlər ki, indi ən nəhəng vəhşiliklər də ram ediləndir.

İnsanlıq dünyəvi ədalət istehsal edən gücə malikdir.

Müstəqil Azərbaycan Respublikasına İrandan gələn təhdidlər gülünc görsənir. Kobud bir məsəl: eşşəyə gücü çatmır, palanı döyür. Dediyim kimi, İran bizi barı korşalmış bir mədəniyyətləsə də yox, zoru ilə təəccübləndirir.

Cənnət-cəhənnəm tərbiyəsi görmüş mənəviyyat yoğun bağırsaq kimi buynuzlu soxulcanlar yetirər.

***

İran kimi totalitar dövlətlər yada düşdükcə, qloballaşmanın vacibliyinə, onun qaçılmazlığına bir daha əmin olursan. Qloballaşma artıq fəsadlar törətməkdə olan mədəniyyətləri lüzumsuz edir. İrandakı hərbi təkəbbür doğuran, insanları təhdid edən mədəniyyət bəşər sivilizasiyası üçün atavizm sayılmalıdır.

Qloballaşma bütün dünyada inkişafı ləngidən milli ənənələrin ləğvi demək olardı.
“Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir,” – bir vaxt mən yazmışdım. Dünyadakı bütün insanlar yerdaşlardır.

Qloballaşma totalitarlığı istisna edir.

Qloballaşmada dinlər Allah adından yalanlar kimi üzə çıxır, rahat və təhlükəsiz həyatı şərtləndirən açıq cəmiyyətlər bütün dünyada bərqərar olur, insanlar bir-biri ilə asanlıqla anlaşır. Dünyanın yalnız elmi dərki vacib görsənir. Milli-dini naqisliklər birdəfəlik tarixin arxivinə gömülür. Ziyanlı tarixi biliklər utilə çevrilmiş olur.

Yeri gəlmişkən, tarix qarı düşmənçilik mənbəyidir.

...Gəlsənə, qloballaşmanın nəfinə fikirlər yürüdək.

10 noyabr 2011-ci il


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG