Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:36

Leyla Əliyeva: "Mənim özümün biznesim var"


Arxiv fotosu
Arxiv fotosu
Amerikanın CNBC telekanalı beynəlxalq miqyaslı korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma barədə “Çirkli zəngin” sənəli filmini yayımlayıb. Filmdə Azərbaycandan da danışıb. Onun qısa məzmunu belədir. Filmin müəllifi Scott Cohn-un hazırladığı söhnətinə Dubayla başlayır.

DUBAYIN MƏŞHUR PALM JUMİERA ADASINDAN DANIŞAN COHN DEYİR:

Bu gün Dubay ticarət paytaxtı olmaqla bərabər həm də "çirkli zənginlər" üçün populyar yerdir. Varlılar üçün mülklərin yer aldığı süni ada - Palm Jumeira o qədər böyükdür ki, havadan da görünür. 2 milyon dollardan başlanan villaların sahibləri David Beckham, Bradd Pitt və Angelina Jolie kimi superstarlar və gənc Heydər Əliyevdir. 2009-cu ildə o hələ 11 yaşında olanda burada 75 milyon dollar dəyərində düz 9 mülk alıb. Ilk dəfə Vaşinqton Post qəzetində dərc edilən rəsmi sənədlərə görə, onun 20 yaşlarında bacıları Arzu və Leyla Əliyevanın da bir neçə mülkü var.

Onlar şıq həyat tərzi sürürlər. Məclislər, moda, dəbdəbə içində yaşayırlar. Onların hansı ölkədən çıxdığına baxanda çox böyük şeylər əldə etdiklərini demək olar. Çünki Xəzər sahilindəki keçmiş Sovet respublikası olan Azərbaycanda ortalama bir nəfər ayda 420 dollar qazana bilir.


AZƏRBAYCAN PREZİDETNİN ÖVLADLARINDAN SÖHBƏT DÜŞÜR:

Bu imkanlı və zəngin gənc maqnatlar ölkənin birinci şəxsi – Prezident İlham Əliyevin uşaqlarıdır. İlham Əliyev hakimiyyəti 2003-cü ildə, atası öləndən sonra alıb. Ancaq atasının şəkillərini hələ də paytaxt Bakının hər yerdə görmək olar.

Amerika diplomatları Əliyev ailəsini “Xaç atası” filmindəki Carleone ailəsinə bənzədir. Wikileaks-də dərc edilən Dövlət Departamentinin daxili yazışmalarına görə, İlham Əliyev zahirdən filmdəki rasional Maykl, batildə isə Sanninin qarışığı təsirini bağışlayır.


AZƏRBAYCANI ZƏNGİN NEFT ÖLKƏSİ KİMİ TƏQDİM EDƏN COHN DEYİR:

Azərbaycanın nə qədər neft-qazı olduğunu bilmək üçün gecə-gündüz yanan Yanardağı görmək kifayətdir. Azərbaycanın 7 milyard barel təsdiqlənən neft ehtiyatı ilə dünyada 19-cudur. Gündə milyonlarla barel neft ixrac edən kəmər də burada başlayır. Burada o qədər neft və qaz var ki, Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə böyüyüb. Xarici ticarətdə Azərbaycan ixracının payı idxalından 12 milyard dollar çoxdur. Və bütün bu pullar ayrıca Neft Fonduna yığılır, artıq 30 milyard dollara çatan vəsait Əliyev rejiminin nəzarəti altındadır.


NEFT PULLARI HARA GEDİR?

“Bəs pullar hara gedir?” sualından sonra Azərbaycan-Amerika Ticarət Palatasının cah-cəlallı məclisindən görüntülər göstərilir. Və bu qala-şam yeməyində ABŞ neft şirkətlərinin və yerli rəsmilərin iştirakıyla Azərbaycanın əldə etdiyi uğurlardan və investitisyalar üçün cəlbedici yer olmasından danışılır.

Azərbaycan-Amerika Ticarət Palatasının rəhbəri Mahir İsgəndər CNBC-ə deyir ki, Azərbaycan qarşıdakı 15 ildə neft-qaz layihələrində 200 milyard dollar əldə edəcək.

Tom Maine Global Witness anti-korrupsiya qrupu üçün illərdir ki, bu pulun necə xərclənəcəyini araşdırır. Deyir ki, Azərbaycanın durumu narahatlıq doğurur. Çünki əldə etdiyi gəlirlərə baxmayaraq, bu gəlirlər adi insanlara çatmır.

Filmdə Azərbaycanda həyat səviyyəsinin bir qədər yaxşılaşması qeyd olunur. Ancaq ölkədəki tikinti bumu ilə müqayisədə bunun daha az nəzərə çarpdığı deyilir. Azərbaycanda göydələnlərin tikintisi və ya Tacikistan daha yüksəyini ucaldana qədər dünyanın ən hündür bayraq dirəyinə sahib olmasından ötrü inanılmaz pulların xərcləndiyi bildirilir və ölkənin korrupsiyanın durumuna görə Transparency İnternationalın reytinqlərində 183 ölkə arasında 143-cü olmasından və neft gəlirlərinin böyük hissəsinin hakimiyyətdəki ailəyə getməsindən danışılır.


PREZİDENT AİLƏSİ

Filmdə deyilir ki, qanuna görə, Azərbaycan prezidenti başqa bizneslə məşğul ola bilməz. Onun illik maaşı isə 280 min dollardır. Ancaq ofşor şirkətləri vasitəsiylə Əliyev ailəsi istədiyini edir. Təkcə Panamada prezident ailəsinə məxsus olan 11 şirkət var.

Həm də parlamentin üzvü olan, ancaq iclaslara nadir hallarda qatılan Prezidentin xanımı Mehriban Əliyeva plastik əməliyyatlara da çox həvəslidir. Wikileaks-də dərc edilən ABŞ diplomatları yazışmalarında keçirdiyi əməliyyatlar üzündən Birinci xanımın emosiyalarını tam ifadə bilməməsindən də yazılır.

İlham Əliyevin qızlarından biri - Arzu Azərbaycanda turizmi təşfiq edən reklamlarda çəkilməsiylə ad çıxarıb. O biri qızı Leyla Əliyeva isə yüksək elitasının təmsilçisdir. O rusiyalı pop-star və moda jurnalının naşiri olan biznesmenlə ailə həyatı qurub. Birlikdə bacılar Azərbaycanın mobil və aviasiya sahələrində çox böyük paya malikdirlər.


LEYLA ƏLİYEVA-nın CAVABI

Cəmi 25 yaşı olan Leyla Əliyeva necə bu qədər varlanmağı bacardığını öyrənmək istədik. Nyu-York hotellərinin birində keçirilən seçilmiş adamlar üçün olan məclislərdən birinə qatıldıq. Leyla Əliyeva burada xərçəng və qan xəstəlikləri olan uşaqlara yardım elədiyi üçün mükafat alırdı.

CNBC müxbiri belə gənc yaşında necə bu cür uğurlara nail olduğunu Leyla Əliyevadan soruşur.

Leyla Əliyeva:

- “Məncə əsas odur ki, gərək hədəfin olsun. Hədəf olandan sonra ona nail olmaq daha asandır”.

CNBC:

- "Bu cür dəbdəbəli bir tədbirlər bizim Azərbaycanda gördüyümüz durum arasında təzadı fərq etməmək çox çətindir. Sənin ailənin var-dövlətinin haradan gəlməsi, sənin biznes maraqlarınla bağlı da bəzi suallar var. Bu məsələlərə aydınlıq gətirsəniz, çox sevinərdim".

Sual səslənəndə Leyla Əliyevanın üzündəki təbəssüm yox olur. Onu müşayət edən şəxs kiməsə göstəriş verir.

Leyla Əliyevanın cavabı:

- “Mən özümün biznesi var, ərimin də biznesi var. Amma mən burda biznesə görə deyilən, bu, mədəni fəaliyyətimlə bağlıdır”.

CNBC:

- "Sizcə Azərbaycan xalqı bu cür möhtəşəm tədbir haqda nə düşünərdi?"

Leyla Əliyeva:

- “Ümid edirəm ki, onlar mənim bu mükafatımla qürur duyurlar. Çünki dediyim kimi, mən bu mükafatı özüm üçün yox, Azərbaycanın indiki bütün gənc nəsli adından qəbul elədim”.

Ancaq müxbir qeyd edir ki, Leyla Əliyevanın müşayiətçiləri müsahibəni mədəni şəkildə kəsirlər. Sonra isə çəkiliş qrupun oaradan uzaqlaşdırırlar.


AZƏRBAYCANDAKI GƏNC NƏSİL - EMİN MİLLİ

Filmdə sonra Leyla Əliyeva ilə eyni nəslin təmsilçisi olan Emin Millidən söz açılır. Onun ABŞ-da təhsil alıb-qayıdandan sonra göstərdiyi fəallıqdan, eşşək Azərbaycanda klipindən sonra təzyiqlə üzləşməsindən, restoranda Adnan Hacızadə ilə olarkən döyülməsindən və şikayət etməyə getdiyi polis idarəsində tutulmaslı və 17 ay həbsdə qalmasından danışılır.

Bütün bu baş verənlərə isə ABŞ rəsmilərinin reaksiyası bəyanatla bildirilib. Bəyanatda Emin Millinin həbsindən üzüntü duyulduğu qeyd olunub. BAkıya səfərə gələn ABŞ Dövlət Katibi Hillary Clinton İlham Əliyevlə gülərüz girdiyi görüşdə, həm də bu məsələni müzakirə elədiyini deyib. Ancaq keçirdiyi mətbuat konfransında bu məsələdən çox, Azərbaycan və ABŞ-ın necə dərin, strateji münasibətlərə malik olmasından danışıb.


AZƏRBAYCANLA MÜNASİBƏTLƏR: MARAQLAR VƏ DƏYƏRLƏR RASINDA SEÇİM

Filmdə yenə Wikileaks-də dərc edilən Dövlət Departamentinin daxili yazışmalarına toxunulur. İlham Əliyevi Karleoneyə bənzədilən bu yazışmada amerikalı diplomat deyir ki, Azərbaycan - Amerika münasibətləri zamanı ABŞ-ın maraqları və dəyərləri arasında seçim etməli olursan. Müxbir deyir ki, görünən odur ki, Amerikanın neft formasındakı maraqları çox zaman dəyərlərə üstün gəlir.

CNBC neft gəlirlərinin xərclənməsi, ailəsinin var-dövləti haqda sualları Azərbaycan prezidenti İlham Əliyevə də ünvanlamaq istəyib. Amma Amerika-Azərbaycan Ticarət Palatasının toplantısında əsas çıxışçı olması gözlənən İlham Əliyev tədbirə qatılmayıb.

Əvəzində CNBC suallarını Azərbaycanın maliyyə naziri Samir Şərifova ünvanlayıb. Nazirsə deyib ki, “İlham Əliyev dəfələrlə bildirib ki, ölkədə yoxsulluğun qalmamağını istəyir. Və bu siyasət hazırda həyata keçirilir”.

Amma aparıcı Azərbaycan hissəsinin sonunda deyir ki, hələ ki, Dubaydakı cah-cəlal ölkədə yaşayan adi adamlar üçün çox əlçatmazdır.

Fİlmdə daha sonra Tunisin devrilmiş prezidenti Bin Alinin ailəsi və başqa neft zəngini ölkə lideri haqda danışılır.
XS
SM
MD
LG