Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:35

Ülkər Ucqar. Nağıl qadın kimidir


-

nağıl qadın kimidir

“getdim” de
özünü də, məni də qurtar!
nağılı deməyincə bitməz
yerlə göy arasında
gərgin düşübən qarğayar başlayanını...

“atdım” de
özünü də, məni də qurtar!
nağıl yarıcan olanda
asılı qalar
bir ömür, deyəninin dalısınca sürünər
qiyamət günü
sonunu istər...

nağıl qadın kimidir,
unutqan gözlərini yumsan da,
tanıyar səni!
unutqan əllərini gizləsən də,
tanyiar səni!

“getdim” de, özünü də, məni də qurtar...
“atdım” de, özünü də, məni də qurtar...
XS
SM
MD
LG