Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:07

Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb


Samvel Babayan, arxiv fotosu
Samvel Babayan, arxiv fotosu

►Samvel Babayan: "Biz vaxtilə Kəlbəcəri, Zəngilanı, Fizulini, Cəbrayılı ona görə tutmadıq ki,.."

“Hər bir erməni vətənin təhlükəsizliyi və rifahına töhfəsini verməlidir”- bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərin sualına cavab verərkən deyib.

Sual isə belə olub ki, Dağlıq Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan Rusiyadan Ermənistana qayıdandan sonra onunla görüşübmü?

Arminfo.am saytı yazır ki, Ohanyan Babayanla görüşmədiyini deyib, ancaq əlavə edib ki, kimsə vətənə kömək etmək istəyirsə, heç kim bunun qarşısını almır.

Samvel Babayan uzun müddət Rusiyada yaşayıb. Ermənistandakı ümumi fikrə görə, o,Ermənistanı maliyyə problemləri yarandığına görə tərk etmişdi. İndi onun qayıtmağı hakimiyyətdə müəyyən narahatlıq doğurub.

Bu narahatlığa səbəb onun Qarabağ məsələsində müəyyən fikirləridir və bir də ki, Rusiyadan gəlməyidir. Ermənistanda narahatdırlar ki, o, Rusiyanın adamıdır.

GÜZƏŞTLƏR?

General Samvel Babayan Qarabağ ermənilərinin qəhrəmanıdır, o, hərbi əməliyyatların 1992-ci ildən başlayaraq əlaqələndiricisi olub, 2001-ci ildə isə Qarabağ ermənilərinin lideri Arkady Gukasyana sui-qəsdin təşkilində ittiham olunaraq 15 il həbs cəzası aldı. Ancaq sonra Gikasyan onu əfv etdi.

Babayan bundan sonra Ermənistanda Ədalət müxalifət blokunu yaradıb.

Ancaq əsas bu deyil. Arminfo.am xatırladır:2005-ci ildə Babayan Azadlıq Radiosunun erməni xidmətinə deyirdi ki, Qarabağ münaqişəsində tərəflər qarşılıqlı böyük güzəştlərə gedə bilmirlər. Radio soruşub ki, Dağlıq Qarabağ hansı güzəştə gedə bilər? Babayan cavab verib ki, “Bu faktdır ki, Dağlıq Qarabağ güzəştlərə getməlidir, nəinki Dağlıq Qarabağda, həm də bütün Qafqazda sülh naminə bəzi əraziləri verməlidir. Ancaq bu asılıdır təhlükəsizlik təminatlarından”. Babayan deyirdi ki, “bu baxımdan Dağlıq Qarabağın statusu ikinci dərəcəli məsələdir”.Babayan davam edib deyirdi ki, qaçqınlar məsləsini həll etmək zəruridir. Onlar evlərinə qayıtmalıdır və qarşılıqlı inamın qurulması siyasi yolla həll olunmalıdır. Babayan xəbərdarlıq edirdi ki, əgər tərəflər siyasi yolla münaqişəni həll edə bilməsələr, gec-tez müharibə olacaq. Babayan deyirdi ki, Azərbaycanın addımları onun müharibəyə hazırlaşdığını göstərir.

Bu, Babaynın 2005-ci ildə dedikləridir. İndi isə Ermənistana qayıdan Babayan ilk növbədə Dağlıq Qarabağda hərbi vəziyyət barədə danışır. Beynəlxalq siyasət barədə dediyi fikirlər də maraqlıdır.

BEYNƏLXALQ ALƏMİN RAZILIĞI

Arminfo.am-ın başqa məlumatına görə, Babayan deyib ki, “beynəlxalq münasibətlərdə necə deyərlər, razılıq vermək siyasəti ciddi rol oynamır və oynaya bilməz. O deyir ki, “biz vaxtilə Kəlbəcəri, Zəngilanı, Fizulini, Cəbrayılı ona görə tutmadıq ki, beynəlxalq aləm buna razılıq verdi, əksinə , super-dövlətlərin və beynəlxalq aləmin razılığının əleyhinə olaraq bunu etdik. Ona görə, beynəlxalq münasibətlərdə atalar sözü işləyir: güc haqq yaradır”

Babayan separatçıların Qarabağda apardıqları əməliyyatların planını cızanlardan olub. O cümlədən Şuşanın işğalı planını. 1994-cü ildə atəşkəsin əldə olunması danışıqlarında iştirak edib. 1997-ci ildə ona separatçıların təsis etdiyi "Artsax qəhrəmanı" adı verilib. 1994-99-cu illərdə Qarabağdakı qondarma respublikanın "müdafiə naziri" olub. 2000-ci ildə "Dağlıq Qarabağ Respublikasının prezidentinə sui-qəsd cəhdinə görə" mühakimə edilib, amma 4 il sonra əfv edilib.

XS
SM
MD
LG