Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:20

'Çovdarov yalnız ailəsinin göndərdiyi dərmanları atır...'


Akif Çovdarov
Akif Çovdarov

MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarovun müdafiəsinə daha bir vəkil qoşulub.

Bu barədə AzadlıqRadiosu-na həmin vəkil Şahin Rəfiyev məlumat verib.

Rəfiyev işə qoşulmaq üçün vəkil orderini Covdarov, eləcə də onun tabeliyində işləmiş üç nəfər - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun işi üzrə noyabrın 15-də məhkəmə hakimlər heyətinə təqdim edib. İşə Bakı Hərbi Məhkəməsinin Həbib Həsənov, Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət hakim heyəti baxır.

Buna da bax:​ Akif Çovdarovun həbsdəki əmlakları

Noyabrın 14-də məhkəmədə Çovdarov vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovun xidmətindən imtina etmişdi. MTN generalı bu addımını vəkillərinin heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfi kimi, onlara heç bir imkan yaradılmaması ilə əsaslandırmışdı.

Bugünkü məhkəmədə hakim bildirib ki, həm yeni vəkilin qoşulması, həm də Çovdarovun müdafiəçilərindən imtinası məsələsinə noyabrın 17-də keçiriləcək növbəti məhkəmə iclasında baxılacaq.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosu-na deyib ki, müdafiə etdiyi şəxs məhkəməyə yenə də oksigen balonu ilə, həkimlərin nəzarəti altında gətirilib. "Akif Çovdarov aclıq aksiyasını davam etdirir. Yalnız ailəsinin göndərdiyi dərmanları atsa da, yemək və su qəbul eləmir",Kamandar Nəsibov bildirib.

Buna da bax:​ Çovdarov: 'Siz bu işə hakimlik etmək iqtidarında deyilsiniz'

Xatırlatma

A. Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A. Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax:

"Akif Çovdarovun işinə Hərbi Məhkəmə baxmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG