Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:24

Ramazan haqda hər şey (Orucluq təqvimi)


Kişi iftardan əvvəl namaz qılır
Kişi iftardan əvvəl namaz qılır
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə, 2012-ci ildə Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Hilalın görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı, inşaallah, şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 19 və ya 20) düşür.

Fətvada deyilir ki, hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3-kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir.

Qazılar Şurası bildirir ki, “bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir”.

ORUCLUQ TƏQVİMİ

Hər bir ölkənin yerləşdiyi yerdən asılı olaraq hicri-qəməri tarixi ilə olan günlər və imsak (orcu tutmaq) və iftar (oruc açmaq) saatları saat qurşağına görə dəyişir.

Azərbaycanda Ramazan təqvimini Qafqaz Müsəlmanları İdarəsi yayımlayır.

2012-ci il üçün Ramazan təqvimi - Bakı

Hicri tarixi 1433 Miladi tarixi 2012 Sübh Gün Çıxma Zöhr Əsr Axşam İşa
1 Ramazan 21 İyul 2012 05:02 06:27 13:50 18:26 21:21 23:01
2 Ramazan 22 İyul 2012 05:03 06:28 13:50 18:25 21:21 23:00
3 Ramazan 23 İyul 2012 05:05 06:29 13:50 18:25 21:20 22:58
4 Ramazan 24 İyul 2012 05:06 06:30 13:51 18:25 21:19 22:57
5 Ramazan 25 İyul 2012 05:07 06:31 13:51 18:24 21:18 22:56
6 Ramazan 26 İyul 2012 05:08 06:32 13:51 18:24 21:17 22:54
7 Ramazan 27 İyul 2012 05:09 06:33 13:51 18:23 21:16 22:53
8 Ramazan 28 İyul 2012 05:11 06:34 13:51 18:23 21:15 22:51
9 Ramazan 29 İyul 2012 05:12 06:34 13:51 18:23 21:14 22:50
10 Ramazan 30 İyul 2012 05:13 06:35 13:50 18:22 21:13 22:48
11 Ramazan 31 İyul 2012 05:15 06:36 13:50 18:22 21:12 22:47
12 Ramazan 01 Avqust 2012 05:16 06:37 13:50 18:21 21:11 22:45
13 Ramazan 02 Avqust 2012 05:17 06:38 13:50 18:21 21:10 22:44
14 Ramazan 03 Avqust 2012 05:18 06:39 13:50 18:20 21:09 22:42
15 Ramazan 04 Avqust 2012 05:20 06:40 13:50 18:20 21:08 22:40
16 Ramazan 05 Avqust 2012 05:21 06:41 13:50 18:19 21:06 22:39
17 Ramazan 06 Avqust 2012 05:22 06:42 13:50 18:18 21:05 22:37
18 Ramazan 07 Avqust 2012 05:23 06:43 13:50 18:18 21:04 22:35
19 Ramazan 08 Avqust 2012 05:25 06:44 13:50 18:17 21:03 22:34
20 Ramazan 09 Avqust 2012 05:26 06:45 13:50 18:16 21:01 22:32
21 Ramazan 10 Avqust 2012 05:27 06:46 13:49 18:16 21:00 22:30
22 Ramazan 11 Avqust 2012 05:29 06:47 13:49 18:15 20:59 22:28
23 Ramazan 12 Avqust 2012 05:30 06:48 13:49 18:14 20:58 22:27
24 Ramazan 13 Avqust 2012 05:31 06:49 13:49 18:14 20:56 22:25
25 Ramazan 14 Avqust 2012 05:32 06:50 13:49 18:13 20:55 22:23
26 Ramazan 15 Avqust 2012 05:34 06:51 13:49 18:12 20:53 22:21
27 Ramazan 16 Avqust 2012 05:35 06:52 13:49 18:11 20:52 22:20
28 Ramazan 17 Avqust 2012 05:36 06:53 13:48 18:10 20:51 22:18
29 Ramazan 18 Avqust 2012 05:38 06:54 13:48 18:09 20:49 22:18
30 Ramazan 19 Avqust 2012 05:39 06:55 13:48 18:09 20:48 22:14
Şəvval ayının 1-i (20 avqust) Fitr bayramıdır

Qazılar Şurası bildirir ki, İmsak Vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr isə aşağıdakı kimidir:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4,
Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11,
Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18,
Daşkəsən +15,
Şəbran +4, Şirvan +4,
Füzul +11,
Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14,
Xaçmaz +4,
İsmayıllı +6, İmişli +7,
Kəlbəcər +15, Kürdəmir +6,
Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4,
Laçın +14, Lənləran +5, Lerik +7,
Masallı +5, Mərəzə +3,
Mingəçevir +11, Merneulli (Tiflis) +20,
Naxçıvan +18, Neftçala +3,
Oğuz +11, Ordubad +16,
Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13,
Tərtər +12, Tovuz +16,
Yardımlı +18, Yevlax +11,
Ucar +8,
Zaqatala +15, Zəngilan +13, Zərdab +9.

RAMAZANIN TARİXİ

Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona «Ramazan orucu» da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə «on bir ayın sultanı» da adlandırırlar, çünki bu ayın gecələrinin birində Qurani-Kərim nazil olub.

QƏDİR GECƏLƏRİ

Həmin gecəyə «qədir» və ya «əhya» gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi
ORUC TUTANLAR NƏLƏRƏ DİQQƏT ETMƏLİDİR?

Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq, və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, müharibədə olan əsgərlər, yolçular (səyyahlar) azad olunurlar.

RAMAZAN BAYRAMI

Orucluğun başa çatdığı gün Ramazan bayramı həm də Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb.

Bu il Ramazan bayramı sentyabrın 9-na təsadüf edir.

FİTRƏ

Belqradda Ramazan Bayramı qeyd olunur, 21 sentyabr 2009
Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

DÜNYADA MÜSƏLMANLAR

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1.5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Müsəlmanların ən çox yaşadığı ölkələr İndoneziya (195 milyon), Pakistan (160 milyon), Hindistan 140 milyon, Banqladeş (125 milyon), Türkiyə (72 milyon), İran (69 milyon), Misir (68 milyon), Nigeriya (70 milyon) və Çindir (20 milyon).

Müsəlman dövlətlərinin birləşdiyi İslam Konfransı Təşkilatıında 57 ölkə yer alır.

İslam Ərəbistan yarımadasında yaransa da, dünyada yaşayan müsəlmanların ancaq 15 faizə qədəri ərəblərdir.
XS
SM
MD
LG