Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:40

Əri Nuridə Atəşinin şeirlərini necə yandırdı?


Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi öz həyat hekayətini anladır. Onun "Gəl günaha bataq" kitabından parçalar...

Əvvəli burda

...Artıq hər şey mənə aydm idi. Elçin məni heç bir yerə buraxmayacaqdı. Özü də o qədər qorxaqdı ki, anasını qoyub heç vaxt ya balasını, ya da məni tutmazdı.

İçimdə övlad sevgisi o qədər güclü idi ki... Başqa yolum da yox idi...

O zamanlar Azərbaycandan xaricə çıxmaq hər oğulun işi deyildi (elə indi də), hələ ailəli bir qadın, iki uşaq, heç bir xarici dil bilmədən, bir kimsən olmadan.

Bütün bunları göz altına alan hər kəs belə bir cəsarətli addım ata bilməzdi.

Almaniyanın bir kültür cəmiyyətindən nümayəndələr gəlmişdi. Televiziyadan iki gün sonra olacaq toplantı yerlərinin ünvanını eşitdim.

Toplantı başlamazdan bir saat öncə qapını kəsdirmişdim artıq.

Özumu zorla içəri dürtərək bir dərnək başçısınm əlinə Ayanın xəstəlik tarixçəsini dürtüşdürdüm.

Bir ay keçməmiş Berlin şəhərindəki Bencamin klinikası Ayanı müalicə üçün oraya dəvət etdi.

Dərnəyə gəlib-gedən Leyla adında azərbaycanlı tələbə sənədləri klinikaya vermişdi.

Elçindən gizli xarici pasport çıxartdırmış, vizamı, biletimizi belə alıb cvə qoymuşdum.

Onun üzünə baxa bilmir, özümü günahkar kimi hiss edirdim (Tanrı bir evi kökündən yıxmaq istəyəndə insanı günaha itələyər...)

Ayanıma baxdıqda isə içimə bir rahatlıq çokür, özüm-özümə təsəlli verirdim.

GÖZƏLLİYİN ZƏHƏRİ


Elçin hələ də xalqımın ən sevimli mahnılanndan olan "Neylərsən"in sözlərinin mənə aid olduğunu bilmirdi.

Adımı onsuz da çox vaxt çəkmirdilər, çəkəndə də Atəşi təxəllüsü ilə. Qorxudan bu təxəllüsü götürmüşdüm ki, üzə çıxarsa, qulağına çatarsa, mən olduğumu başa düşməsin.

Universitetdə dəfələrlə bir çox müsabiqənin qalibi olmuşdum. Mənim çox istedadlı bir aktrisa olacağıma hamı inanırdı. Amma Elçini sevdiyim üçün səhnəni ona qurban verdim.

Sədaqətli bir qadın, gozəl bir ana olmağı, isti bir yuvanı daha üstün tutdum.

Amma qələmdən əl çəkə bilmədim. Ədəbiyyat, şeir başqa bir dünyadır. Yazmaya bilməzsən. İlham pərisi, şeir özü yazmağa məcbur edər şairi.

Məşhur Cənubi Azərbaycan şairi Əhməd Şamlu deyir ki, 40 il çalışdım bir şer yazam, yaza bilmədim.

Ona deyirlər, axı sənin bu qədər gözəl şeirlərin var, bəs kim yazdı onları?

Deyİr, onları mən yazmadım, onlar özləri-özlərini yazdırdılar.

Elçin məni o qədər çox sevirdi ki, qələmə, kağıza belə qısqanırdı.

Deyirdi səndə istedad yoxdur, özün gözəl olduğun üçün hara gedirsən, səni yalandan tərifləyirlər.

Ona yalvarırdım ki, gəl bərabər gedək, sən təqdim elə şeirlərimi. Amma sözlərim ağlına batmırdı. Bir gün şeirlərimi məşhur şair N.Həsənzadənin yanına apardım.

Katibəsinə verib oxumasını və bir neçə gündən sonra özüm zəng edəcəyimi söylədim.

O zaman N.Həsənzadə mətbuat nazirinin 1-ci müavini idi. Tam bir həftə sonra zəng etdim. Şeirlərin müəllifi olduğumu söylədim.

- Atamın goruna and olsun, mən Azərbaycanın məşhur şairini kəşf etmİşəm, - dedi.

- Elə isə şeirlərim haqqında bir məqalə yazıb çap etdirin - deyə rica etdim.

Əlbəttə ki yazmadı. Bəlkə də bir nazir qızı, arxalı birisi olsaydım, təbii ki, bunu edərdi.

Mətbuat naziri də oxumuşdu şerlərimi və: - Gəl bir kişi imzası ilə çap edək, - demişdi.

Bəlİ, mən o vaxtlar, ondan daha çox öncələr öz vətənimdə məşhur olmağı arzulayırdım.

Bəlkə də, o zaman sənətimə dəyər verən, qədrimi bilən, qolumdan yapışıb ortaya çıxaran olsaydı, indi bu qürbət ellərdə vətən həsrətilə, öz xalqıma xidmət etmək arzusu ilə alışıb-yanmaz, elimdən-obamdan belə didərgin düşməzdim.

Amma heyhat... Məşhurlar öz mövqelərini itirməkdən, (Amma xəlvətə düşəndə elə alçaq təkliflər edirdİlər ki!..) adlarına, vəzifələrinə xələl gələ biləcəyindən qorxurdular.

Çünki həqiqətən gözəl idim.. Şeirlərimi ortaya çıxarmaq istəyən tapılanda da, əvəzİndə nəsə umurdular və təbii ki, bu yolu da qəbul edə bilmirdim.

Bir sözlə, gözəlliyimin zəhərini içirdim. Hələ çox içəcəkmişəm bu zəhəri.

Ürəyim hər şeydən, hamıdan sınmışdı, ruhum incidilmişdi...

İNDİ SÖZ MƏNİMDİR

Almaniyaya uçmağıma iki gün qalırdı. Artıq vaxt çatmışdı. Getməzdən öncə xalqım məni - ünvansız şeirlərin sahibini tanımalıydı.

Elçinim məni tanımalıydı. İstedadlı bir şairi divarlar arasında saxlamağın nə qədər böyük bir günah olduğunu bilməliydi artıq.

Teleteatrda gənclərə həsr olunmuş canlı bir televiziya proqramı vardı.

Proqramın aparıcısına zəng edib özümü təqdim etdim. O: - Ah, mən həmişə bu sözlərin sahibini axtarmışam, tamaşaçılarımız üçün də çox maraqlı olacaq. Buyurun, gəlin, - dedi.

Ayanımı qucağıma alıb teleteatın yolunu tutdum.

Məni tamaşaçılara təqdim etdilər. Mahnılarım oxundu, çıxış etdim və şeirlərimi oxudum. Öz adımla.

Öz həqiqi, gerçək adımla. Nuridə Atəşi.

Teleteatrdan çıxdıqda özümü quş kimi yüngül, azad hiss edirdim. Azadlığıma doğru İlk addımı atmışdım. Bu addımın mənə necə baha başa gələcəyini təxminən bilsəm də, artıq qorxmurdum.

Evdə məni nə gözlədiyini təxmİn etsəm də, artıq heç bir şeyin fərqİ yoxdu.

Mən özümü, istedadımı isbat etmişdim xalqıma, Elçinimə.

Evə yetİşəndə, gözlədiyim kimi, Elçinin bu uğuru anlayacaq qüdrətində olmadığını ürək ağrısı ilə hiss etdim.

- Məni rüsvay etdin, qonşulann üzünə necə çıxacağam? - deyə (sanki namusunu ləkələmişdim) məni təpiklərinin altına saldı və qapını çöldən bağlayıb içəridə həbs edərək getdi. O həbs həyatı ki, artıq mənim üçün arxada qalmışdı.

...Gözlərimə yenicə yuxu getmişdi. Elçin qolumdan yapışıb məni yuxulu-yuxulu ayağa qaldırdı.

Nə olduğunu anlaya bilmədim. Darta-darta həyətə çıxartdı. Həyətin ortasında böyük bir tonqal çırta-çırtla yanırdı.

Əvvəl heç bir şey başa düşmədim. Yaxınlaşdım. Gözlərimə inana bilmədim.

Bütün əlyazmalarım, teatr, səhnə şəkillərim, xatirə dəftərlərim, gündəliklərim yanıb kül olurdu.

Heç bir şeyi xilas etmək mümkün deyildi. Tonqalın qarşısına çökdüm. Elçin - Onlar səni mənim əlimdən ala bilməzlər, - deyə ləzzətlə külü seyr edirdi.

Heç nə söyləmədən tonqalı sakit göz yaşlarımla seyr edirdim. Son atəş də söndü.

Külü xeyli seyr etdim. Kənarda atılmış şüşə qabı gotürdüm. Dinməz-söyləməz külü içinə doldurmağa başladım.

Sükutum Elçini daha çox yandırırdı. Mənə yaxınlaşdı. İki əliylə tutub qucağına sıxdı. Gözlərinin içinə son dəfə dərindən baxaraq pıçıldadım:

- Sən mənə od vursaydın belə yanmazdım, Elçin, kül olmazdım... Sən məni itirdin, əzizim, həmişəlİk itirdin...

Bəzən insan onu bədbəxt edən mühitdən qaçıb qurtulmaqla, azadlığına doğru ilk addım atmış olur.

QAÇIŞ


...Son gecə. Geniş, gözəl yataqda bir tərəfimdə Ayan, bir tərəfımdə Elçin şirin-şirin, dünyadan xəbərsiz mışıldayırdılar.

Elçinin məni dəli kimi sevdiyini büirdim. Bu qəfıl ayrılığa necə tab gətirəcəkdi?

Vicdan əzabı çəkirdim. Bir anlıq onu silkələyib oyatmaq, hər şeyi ona danışmaq istədim. Ancaq gozüm Ayanımın şikəst qoluna sataşdıqda içimə bir rahatlıq doldu.

Onun bizi bağışlayacağına, məni başa düşəcəyinə qəti əmin idim. Bütün gecə Elçini göz yaşlarımla oxşadım, əzizlədim, onunla vidalaşdım.

Ona çox bağlı idim. Sevdiyim insandan ayrılmaq, həm də, belə ayrılmaq mənim üçün çətin, çox çətin idi.

Bu, ona qarşı böyük bir xəyanət, namərdlik idi. O layiq deyildi atılmağa, belə tərk edilməyə. Papağının yerə soxulmağına.

Amma başqa yolum da yox idi. Mən hər şeyi, hamını atıb onu tutdum, o isə məni xoşbəxt etmədİ, dörd divar arasına qapatdı.

Anasına, bacısına ayaqaltı etdi, alçaltdı məni, ləyaqətimi əzdi, tapdaladı, qadınlığımı yaşatmadı, gözəlliyimin, təravətimin, namusumun qiymətini, dəyərini anlamadı.

Məni insan kimi, qadın kimi, sənətkar kimi, şair kimi məhv elədi.

Bütün bunları yenə ona bağışlayardım, amma balamın ölümünü kənardan, soyuq baxışlarla seyr etməyi heç vaxt bağışlamazdım.

Ona görə gedirəm, əzizim, səni tərk edirəm, bağışla. Sən bu cəhalətə baş əydin, onun qurbanı o!dun, amma mən baş əyə bilmədim, kölə ola bilmədim.

Mən bəyənmədim, barışa bilmədim taleyimə yazılan bu qismətlə. Gedirəm onu pozmağa.

Yeni tale, yeni qismət yazmağa. Sənə nifrət etmirəm, səni qınamıram, səndən incimirəm.

Sənə acıyıram, yazığım gəlir. Amma o qədər aciz, gücsüz, qətiyyətsiz, zavallı bir insansan ki, sənə kömək etmək belə mümkün deyil.

Səni bu bataqlıqdan çıxarmaq üçün mənə əlini uzatmazsan, əksinə, məni çəkəcəksən o bataqlığa.

Onun üçün səni tərk edirəm, əzizim. Vaxt gələcək anlayacaqsan, haqq qazandıracaqsan mənə...

Güclü, möhkəm ol, məni axtarma, özüm gələcəm. İstəsən məni gözlə, qəbul et, qayıdacam sənə, bağışla, məni anlamağa çalış, düşmənimə çevrılmə, zamanın hökmünü sən də qəbul et...

Səhər saat 6.00 idi. Son dəfə öz əlimlə bəzəyib-düzədiyim evimə (bir daha heç bir zaman ayaq basa bilməyəcəyimi ağlıma belə gətirmədən), gözəl yatağıma (bir daha heç bir zaman Elçinimə sarılaraq orada uzana bilməyəcəyİmi düşünmədən), dünyadan xəbərsİz uyuyan Elçinimə yaşlı gözlərlə (onu sevirdim) baxaraq, yazdığım vida məktubunu yastığının altına qoyaraq, mənə nə qədər ağır olsa da, Ayanımı qucağıma alıb barmaqlarımın ucunda, qorxu içində (o qorxu məni heç zaman tərk etmir) qapıdan çıxdım...

Taksi arxa qapıda gözləyirdi. Aeroporta qədər gözüm arxada qaldı.

Təyyarəyə minik başlananda sevindim. Necə sevindiyimi bir Allah bilir, bir də mən...

İlhamə radioda "Neylərsən" oxuyurdu. Camaatı yara-yara özümü birinci olaraq təyyarənin içinə saldım.

Yerimi tapıb oturdum. Ürəyim hələ də, əsirdi qorxudan. "Neylərsən" burada da oxunurdu, daha ucadan.

Təyyarənin qapıları bağlananda dərindən nəfəs aldım. Qaçdım, nə qaçdım!..

...Frankfurt hava limanına endiyim zaman ilk öncə nə edəcəyimi bilmədim. Qatara bilet almaq üçün kassaya yaxınlaşanda məndən nə istədiyimi soruşan alman qadının üzünə key-key baxdım.

Əlində xəstəxanadan başqa heç bir ünvan olmayan, kimsəni tanımayan, almanca bir kəlmə belə bilməyən birisi burada nə edəcəkdi?

Sən məndəki ürəyə, riskə bir bax, İlahi! "Allah kərimdir",-deyə kassiri laldili, birtəhər başa salaraq biletimi cibimə basıb qatara doğru yollandım.

Berlində də, taksiyə oturub həkimin məktubunu sürücünün əlinə dürtüşdürdüm.

Taksİdən düşəndə ilıq bir may səhəri idi. Göy üzü tərtəmizdi... Üzümü göyə tutub pıçıldadım: - Artıq sən azadsan, Nuridə, azadsan!

Klinikaya yetişdim. Məktubu qapıda göstərdim. Sanki qapıçı ordaca durub məni gözləyirmiş.

Dərhal məni qəbul otağına gətirdi. Hər şey böyük bir professionallıqla hazırlanmışdı.

Rusdilli tərcüməçi ilk öncə çay, kofe gətirdi. Yolda necə gəldiyimi soruşdu.

Köməkçi həkim gəldi. Təbii ki, öz həkimlərimizi yamanlamadım, əksinə, tərifləyib göyə qaldırdım.

Sonra professor M.Brok özü gəldi. Mənə, Ayana əl verdi, bir çətinliyimiz olub-olmadığını soruşdu.

Gözlərimə inana bilmirdim. Klinikadakı təmızlik, yeni tibbi avadanlıqlar, həkimlərin bir-birinə və xəstələrə münasibəti, davranışlan məni sehrləmişdi.

Bir neçə günlük müayinədən sonra professor mənə soylədi ki, bu xəstəliyi əməliyyatsız, sadəcə dərmanla sağaltmaq mümkündür.

Dərman beyindəki qurdları öldürür, torbacıqlar yavaş-yavaş quruyur və məhv olur.

Eşitdiklərimdən dəhşətə gəldim. Az qala çığıra-çığıra soruşdum:

- Bəs, onda nə üçün bu körpə üç dəfə əməliyyat olunub?

Professor mənə yaxınlaşdı. Mehribancasına əlini kürəyimə vurdu (Əlbəttə, ona mədəniyyəti, yüksək səviyyəsi bizim qoyun həkimlər haqqında artıq-əskik bir söz deməyə İmkan vermədi).

Təmkinlə: "Siz artıq heç ürəyinizi sıxmayın, indi Almaniyadasınız. Və qızınız doğru ünvandadır".

Ayanın yanaqlarını oxşayıb: "Şəkərim, biz səni artıq Berlindən buraxmayacağıq, qalıb burda bizim qızımız olacaqsan", - dedi.

Brok bizi Virşov xəstəxanasına gondərdi. Orada iki həftə Ayana gündə üçcə dəfə sadəcə dərman ıçırdılər.

Vizamızın müddəti cəmi on gün idi. Xəstəxanadan çıxdıqda əlimə bir məktub verdilər ki, Almaniya Xarici İşlər İdarəsinə təqdim edim.

Sən demə, məktubda yazıblarmış ki, Ayanın müalicəsi Azərbaycanda və Rusiyada mümkün deyil, o burada qalmalıdır.

Almaniya dövləti bizi evlə təmin etdi və bütün sosial ehtiyaclarımızı ödədi.

Ayanın bütün müalicə xərclərini öz üzərinə götürdü, Qızım gündən-günə çiçək kimi açılırdı.

Həftədə iki dəfə idman, masaj qolunun fəaliyyətinə xeyli kömək edirdi.

Başına tükləri yavaş-yavaş çıxırdı və artıq almanca belə danışmağa başlamışdı.

Vizam yalnız müalicə üçün olduğundan Berlini tərk etməyə iznim yox idi.

Bir il beləcə su kimi axıb keçdi. Bir gün TD1 alman türk televiziya kanalına məni qonaq kimi dəvəl etdilər.

Yarım saat çıxış etdim, şeirlərimi oxudum. Aparıcının qəfil sualı məni çaşdırdı.
Türkiyədə də məşhur olan "Neylərsən" mahnısının sözlərinin sizə aid olduğunu Azərbaycanda bilirlərmi? Yox, - deyə susdum.

Evə gəlib çatmamış televiziyanın rəhbəri məni aradı.

- Siz professional sənətkarsınız ki? Buyurun bİzdə işləyə bilərsiniz.

Götür-qoy etdikdən sonra öz şərtimi qoydum. Azərbaycan dilində "Körpü" adlı proqram açmaq istəyirəm. Təklifimi qəbul etdilər.

Ən qısa bir zamanda türkcəmi elə inkişaf etdirdim ki, beş aydan sonra "Sevgi dünyası" adlı türkcə ədəbi bir veriliş açdım.

Şeirlərimi türk dilinə çevirdim, 1997-ci ildə Berlin-Hitit nəşriyyatında "Avından kaçan avcı" adlı kitabım çıxdı.

Çox böyük sensasiyaya, qalmaqala səbəb oldu. Yavaş-yavaş məşhurlaşmağa başladım.

Bir gecə tər içərisində öz qışqırtıma ayıldım. Yuxuda görmüşdüm ki, Elçin evlənib.

Bakıdakı bütün qohumlara, tanışlara zəng etdİm. Kimsə mənə bir şey söyləmədi. Özümə gələ bilmir, içİm-içimə sığmırdı. Elçinin Mərdəkanda bir dostu vardı.

Birdən-birə sanki beynim işıqlandı və onun telefon nömrəsini apaydınca orada gördüm.

Bu bir ildə bircə dəfə də onlara zəng etməmiş, nömrəni heç bir yerə yazmamışdım. Birnəfəsə nömrəni yığdım. Dəstəyi kiçik qardaşı götürdü.

- Elçin evlənibmi? - deyə soruşdum.

- Hə, - dedi, on yeddi yaşında ceyran kimi bir qız alıb. Qalada bir gözəl toy elədilər ki, gəl görəsən. Oğlun Ayxan da toyda idi.

Qulaqlarıma inana bilmədim. Qollarım qırılıb yanıma düşdü. Sanki göylər toküldü üstümə... mənsə altında qaldım.

Səsimi eşitdimi-eşitmədimi bilmirəm, boğula-boğula dedim:

- Elçinə söylə ki, xoşbəxt olsun. O xoşbəxt olmağa layiq insandır. Qoy xoşbəxt... Dəstək əlimdən düşmüşdü...

Elçini itirdiyimi bildİyim anda onu nə qədər sevdiyimi də anladım. Ağlamaqdan bir həftə üz-gözümün şişi çəkilmədi.

Dörd ay sonra Berlində qalmaq haqqı qazandım və dərhal Bakıya uçdum. Barmaqlarım titrəyə-titrəyə Elçinin iş yerinə zəng elədim. O, Şüvəlan orta məktəblərindən birində müəllim işləyirdİ.

- Alo, Elçin, necəsən?

Səsi tutuldu. Haçandan-haçana:

- Nə vaxt gəlmisən?-dedi.

- Dünən.

- Bir saat sonra Bakı Soveti metrosunun (həmişəki gorüş yerimiz) önünə gəl. Ayxanı bağçadan götürüb gəlirəm.

Bir saat bir il kimi keçdi. Nəhayət, Elçin Ayxanın əlindən tutmuş halda metronun qapısında göründü. Dizlərim tutuldu. Ayan "Ayxan", Ayxan da "bacı" deyə qışqıraraq bir-birinə sarı qaçdılar.

Uşaqlar qucaqlaşıb sevincdən ağlaşırdılar, biz isə hərəmiz bir tərəfdə donub qalmışdıq. Sonra birdən Ayan atasının, Ayxan da mənim üstümə yüyürdü. Ayxan qollannı açıb: "Sən anasan. Sən mənim anamsan", - deyə boynuma sarıldı.

Başımı qaldıranda Elçin hələ də diz üstə çöküb Ayana sarılaraq hönkürürdü.

Xeyli sonra uşaqlar yenə bir-birinə san getdilər. Elçin yerində donub qalmışdı. Yavaş-yavaş ona san yeridim:
- Salam... Əlimi uzatdım. Əlimdən tutub güclə, taqətsiz halda ayağa qalxdı və bir-birimizə sarıldıq. Sən demə, metronun önündəki hər kəs heyrətlə bu səhnəni seyr edirmiş.

Üç həftə Bakıda qaldım. Ayxan bir daha Qalaya - nənəsinin, analığının yanına qayıtmaq istəmədi.

Uşaq boğaza qədər yığmışdı onların əlindən. İki il öncə Almaniyadan alıb göndərdiyim köynəyin yaxası çirkin içindəydi.

Qulaqları vaxtında yuyulmadığından yara bağlamış, qanı süzülürdü. Bircə gecədə onu sanki sağaltdım.

Elçin səhər gələndə mat qalmışdı: "Aylardır uşağın qulağından bu yara getmirdi, sən necə sağaltdın bir gecədə?" deyəndə yaxşı bir cavab vermək istəyirdim, amma öz əyin-başına fıkİr verdikdən sonra (ütüsüz koynək, xətləri itmiş şalvar... Mən beləmi ər saxlayırdım?) acı-acı gülümsəyərək qardaşım üçün aldığım kostyumu və köynəyi çıxanb ona bağışladım.

Həyatım boyu səndən başqa bir qadına gözümün ucuyla da baxmaram, - deyən Elçinim məni nə tez unutmuşdu?

Onu başqa qadının qolları arasında təsəvvür edə bilmirdim. Mən onu vəfasızhğı üçün, o da məni onu qoyub qaçdığım üçün bağışlaya bilmirdi.

Ikimiz də təmkinli davranır, heç nəyi açıb-ağartmırdıq. Uşaqlara görə hər gün görüşürdük. Ayanın üç illik ata həsrəti o qədər böyük idi ki, hər gün onu gormək, qucağına sığınmaq, saatlarla oynamaqdan doymurdu.

Elçinə qarşı bütün hisslərim yenidən oyanmışdı. Əslində heç ölməmişdi də. Sadəcə olaraq övlad sevgisi o hisslərin üzərinə bir azca kölgə salmışdı.

Uşaqlarla bərabər gəzməyə çıxır, yeməyə gedirdik. Onlar dil boğaza qoymadan danışır, bizsə baxışlarımızı hey bir-birimizdən qaçırırdıq.

Hərdən təsadüfən baxışlarımız toqquşanda hər ikimiz haldan-hala düşür, duyğularımızın qarşısında nə qədər zəif, aciz olduğumuzu hiss edirdik.

Gəzdiyimiz parklar, girdiyimiz restoranlar qayğısız tələbəlik illərində dünyanın ən xoşbəxt sevgililəri tək əl-ələ, qol-boyun gəzib dolandığımız yerlər idi.

Bu bir təsadüf idimi, yoxsa ayaqlarımız bizi qeyri-ixtiyari o yerlərə çəkib aparırdı?

Təsadüfən qolumuz bir-birinə toxunanda üzr istəyir, özümüzü yad adamlar kimi aparırdıq.

Halbuki bəlkə bizim qədər doğma, əziz, bizim qədər bir-birini sevən kimsə tapılmazdı. Sevgimizi boğmağa çalışır, hisslərimizi zəncirləyir, duyğularımızın qarşısına sədd çəkirdik.

Onu sevirdİm. Elçinimi sevirdim. Öz halal ərimi, balalarımın atasını sevirdim. Qəbul edə bilmİrdim axşamlar bizi tərk edib öz evinə getməyini.

O evə ki, orada mən gəlin olmuşdum. Qəbul edə bilmirdim, başqa bir qadının yatağına girməyini.

O yatağa ki, orada tam dörd il mən ona sarılıb yatmışdım. Onun üçün də çətin, həm də çox çətin idi. Heç bir şey soyləməsə də, əzab çəkdiyini açıq-aşkar görürdüm.

Bir gün uşaqları Dəniz kənarına aparmaq üçün gəldi.

Mən içərı otaqdan səsini eşidirdim. Ayandan məni soruşdu. Ayan içəridə olduğumu söylədi. Qapını sakitcə döydü.

- Buyur,-dedim. Qapı açıldı. Mən əynimi dəyişmək üçün soyunmuşdum.

- Oy...bağışla, bilmədim, - deyə qapını örtmək istəyəndə dedim:

- Gəl, Elçin... Bircə göz qırpımında bir-birimizə sarıldıq. Üç ilin həsrətiilərinin sevişməsini heç cür ifadə edəcək kəlmələr tapa bilmirəm.

Üç il içimdə dustaq etdiyim bir selin qabağı sanki açılmışdı. Və bizi götürüb çırpırdı yerlərdən-yerlərə, günahlarımızın sərt qayalarına.

Göz yaşlarımız, tərimiz bir-birinə qarışmışdı. Uşaqlar gəzməyə getmək üçün qapını döydükdə biz bir-birimizə daha bərk sarıldıq.

Rəfiqəm gəlib uşaqları qapıdan zorla ayırdı. Və bizə eşitdirmək üçün dedi: "Biz getdik dəniz kənarına, gec qayıdacayıq".

Bu sevgi idimi, şəhvət idimİ, həsrət idimi bilmirəm, amma gözəl idi, çox gözəl...

...Ayrılmaq çox çətin idi artıq. Amma neyləyə bilərdik ki... Ayrılmalıydıq, vəssalam...

Mühitin adət-ənənələrinə, yazılmamış qanunlarına qarşı bir dəfə çıxmış, əvəzini çox baha ödəmişdik.

İçimizdə yanıb külə dönməliydik, tüstümüz belə görünməməliydi.

Bizim sevgimiz əvvəldən qadağan olunmuş bir sevgi idi. Elçin mənimlə evlənməməli, ailəsinin sevmədiyi yad qızı almamalıydı.

Qəlbinə, sevgisinə ata-anasının əmriylə bıçaq çəkməliydi. Çəkə bilmədi. Biz evləndikdən bir il sonra atası şəkər və ürək xəstəliyindən vəfat etdi.

Anası Elçini "ata qatili" adlandırdı. Hər ikimizə düşmən kəsildi. Düz gözlərimin içinə:

- Mən səni Elçindən boşatdınb öz əllərimlə ona bu həyətə gəlin gətirməyincə, istədiyimə çatmayınca, rahat olmaram, ürəyim soyumaz, - deyİr, ağzından sanki od püskürürdü.

Dünyada necə analar varmış, ilahi... Balasının xoşbəxtliyini istəməyən, ana kimi müqəddəs bir ada layiq olmayan "analar"...

Qayınanam zəkasız, cahil, amma hökmlü bir qadın idi, həmişə onun dediyi olmalı, hamı onun qarşısında baş əyməli idi.

Qohum-əqrəbadan heç kim ona bata bilmir, abırlanna qısılıb qalırdılar. Elçin yazıq neyləyə bilərdi? Anası idi. O isə:

- Mən maştağalı qızıyam, mənə kimsə bata bilməz, - deyə hər kəsə meydan oxuyurdu, - Elçin mənim oğlumdur. Mənim dediyim Elçin üçün qanundur və belə də olmalıdır.

Doğma bacısı belə onu başa düşmür, anasına tərəfdar çıxırdı. O da mənə düşmən kəsilmişdi.

Bir axşam ayrıldığımız vaxt Elçin sakitcə dedi: - Nuridə, mən səni artıq qəbul edə bilmərəm. Mən etsəm belə ailəm sənİ qəbul etməz, cəmiyyət səni qəbul etməz. Ərindən, ailəsindən ayrı xaricdə qalan qadını heç kim namuslu qadın saymaz. Qayıt get, get hara istəyirsən.

Qəribədir, ailəsindən ayrı aylarla, illərlə Rusiyada, Türkiyədə qalan kişilər dondükdən sonra heç kəs onlardan namuslu olduqlarının hesabını sormur. Təki evə qazanc gətirsinlər, mənsə para üçün deyİl, övladımı xilas etməyə getmişdim.

Bunun üçün artıq namuslu qadın deyildim. Və bunun üçün ailəmi, ərimi və vətənimi itirməliydim.

ÖZÜMLƏ SAVAŞ...

(ardı var)
XS
SM
MD
LG