Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:29

«Niyə Yaxın Şərqdə geriyə dönüş yoxdur?»



«Newsweek International» jurnalının redaktoru. Amerikalı jurnalist Fareed Zakarianın fevralın 17-də «TİME» jurnalında çap edilmiş «Niyə Yaxın Şərqdə geriyə dönüş yoxdur?» məqaləsi çap edilib. Məqalədə deyilir:

Yazıdakı fikirlər Tunis və Misirdə baş verən hadisələrin Yaxın Şərq xalqlarını necə hərəkətləndirdiyinin xülasəsi ola bilər. Əslində hər şey 162 il əvvəl Siciliya və Fransada başlayıb. 1848-ci il İnqilabının ruhu bu gün Yaxın Şərqdə baş verənlərə çox oxşayırdı. (Tarixçilər bu etirazları «xalqların baharı» olaraq xarakterizə edirlər.) O zamanlar da xalqın qəzəblənməsinə səbəb iqtisadi durğunluq və yüksələn ərzaq qiymətləri idi.

Ancaq o zaman baş verən narazılıqlar o qədər də yaxşı nəticələnmədi. Etirazçılar əvvəlcə güc qazandı, daha sonra öz aralarında mübarizəyə başladılar. Bir-birləriylə döyüşərək öz özlərini zəiflətdilər. Ordu da köhnə nizama sadiq qaldı və etirazçılara təzyiq göstərdi. Mütləq hökmdarlar işlərin qaydaya salınmasını gözlədi və bir neçə il içində köhnə rejimlər yenidən güc qazandı. Bununla bağlı ingilis tarixçisi A. J. P Taylor, «Tarix bir dönüş nöqtəsinə çatdı, amma dönə bilmədi» dedi.

GƏNCLİK VƏ TEXNOLOGİYA

Bəs tarix Yaxın Şərqdə də dönə bilməsə? Yəmən, Bəhreyn, İordaniya və region ölkələrdəki bu etirazlar təsirini itirərsə və biz bir neçə il sonra geriyə dönüb baxdığımız zaman əslində çox şeyin dəyişmədiyini görsək necə olacaq? Bu əlbəttə ki, mümkündür. Ancaq son bir neçə həftədə Yaxın Şərqi təsiri altına alan bu təzyiqin azalmasını qoymayaın iki əsas səbəb var: gənclik və texnologiya.

Fareed Zakaria
Yaxın Şərqdəki krizisin mərkəzində böyük bir gənclik hərakatı dayanır. Təxminən region əhalisinin 60 faizi 30 yaşdan aşağıdır. Bu milyonlarla gənc insanın təmin edilməsi zəruri olan arzuları var və bu an iqtidarda olan rejimlərin bunu yerinə yetirməsi çox çətin görünür.

Keçmişdə etirazçıların tələbləri islam fundamentalizmi yaxud qərb müdaxiləsini əsas gətirilərək rədd edilmişdir. Əslində etirazlar Qərbi keçmişdə qurduqları ittifaqların sarsıldığı hissi ilə narahat etdi. Etirazçıların ilk istəyi isə vətəndaş münasibəti görmək idi.

GƏNCLƏR NİYƏ ETİRAZ ETDİLƏR?

Gənc insanlar hər vaxt zorakılıq tərəfdarı olmayıblar. Qərbdə, Çin və Hindistan kimi ölkələrdə sürətli əhali artımı iqtisadi inkişafı da özü ilə gətirdi. Ancaq artımın və məşğulluğun olmadığı vəziyyətlərdə gənc insanların, xüsusilə də gənc kişilərin narahatlığı kütlə etirazlarına çevrilə bilər. Yaxın Şərqdə baş verənlər məhz bu idi.

Jurnalistlər, siyasətçilər, elm adamları dəfələrlə Yaxın Şərqdəki gənclərin problemini dilə gətiriblər. Ancaq region dövlətləri bu problemin həllinə ciddi yanaşmadılar. Neft zənginliyi Körfəz ölkələrinin rəhbərlərini xeyli gücləndirib. Ancaq Yaxın Şərq xalqlarının yarısı neft çıxarmayan ölkələrdə yaşayır.

Baş verən son hadisələr yalnız kasıb ölkələrə təsir etməyib. Bu dalğadan təsirlənən Küveyt və Bəhreyn kimi zəngin neft ölkələri bu il vətəndaşlarına pul mükafatı verməyi planlaşdırır (Küveyt: 3000: Bəhreyn 2700 dollar). Bu mükafatlar Yaxın Şərqdə iki idarə sistemi olduğuna işarədir: Kütləvi təzyiq və kütləvi rüşvət.

1930-CU İL RADİOLARI VƏ BU GÜN


Tunis və Misirdə baş verən hadisələrin əsas səbəbini «Facebook» sosial şəbəkəsində axtarmaq düzgün deyil. Ancaq texnologiyanın region xalqlarının maariflənməsində, məlumatlanmasına və dünyayla əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bəllidir. Bu cür inkişaflar dövlətləri zəiflədər, fərdləri isə gücləndirər. Bir zamanlar məhdud sayda olan texnologiyalar hakimiyyətin əlində idi. Buna görə 1930-cu illərdə inqilabçılar radio stansiyalarını götürməyə çalışırdılar. Ancaq bu yolla onlar kütlələrə səslənə bilərdilər. Bu gün texnologiyalar o qədər çoxdur ki, onlara nəzarət etmək mümkünsüzdür. Bu isə informasiyanı boğmaq istəyənlər üçün çox pisdir.

CƏMİYYƏTİN MÜASİRLƏŞMƏK EHTİYACI

Əlbəttə dövlətlər internetə problem yarada bilərlər. Məsələn Misir hökuməti vətəndaşlarına internetə daxil olmağına 5 gün qadağa qoya bildi. İran rejimi 2009-cu ildə Yaşıl Hərəkatın etirazlarına görə mobil telefonu əlaqələrini tamamilə kəsdi. Amma bu addımların nəticələrini düşünün. Banklar internet olmadan işləyə bilərmi? Mobil telefonları olmadan ticarət mümkünmü? Rejimlər xalqların tələblərinə cavab verməlidirlər.

Gənclik inqilablarıyla əlaqədar bu qədər optimist düşünməmin səbəbi cəmiyyətlərin müasirləşmə olan ehtiyacıdır. Yaxın Şərqin yaxın keçmişdəki kədərli vəziyyətinə baxanda uğursuzluq barədə düşünmək asandır. Ancaq bölgədə nələrsə dəyişən kimi görünür. Bu səfər fərqli olacaq.

Warren Buffett bir dəfə demişdi ki, kimdənsə «Bu dəfə fərqli vəziyyətdir» sözlərini eşidəndə, qeyri-iradi pul kisəsinin üstündə olub-olmadığını yoxlayırdı, qorxurdu ki, onu yenə də aldadacaqlar. İndi məndə də belə bir hiss var ki, Yaxın Şərqdə «Bu dəfə fərqli vəziyyətdir». Amma mənim əlim elə həmişə pul kisəsinin üstündə olur.

Sayta hazırladı: Turxan Kərimov
XS
SM
MD
LG