Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:19

Ülviyyə Heydərova "Xəyanətin dostu" (Hekayə)


Kamil heç vaxt doymadığı yuxudan bu dəfə elə həvəslə oyandı ki…

Divar saatına baxmaq istəyəndə rəqəmlərin bir-birinə sarmaşdığını görüb gözlərini ovuşdurdu.

Həvəssiz fırlanan saatın əqrəblərini dəqiqliklə görməsə, də işığı yandırmaqla arvadının yuxusunun yarıyolda kəsiləcəyindən ehtiyatlanıb fikrindən vaz keçdi.

Qırmızı qızılgüllü örtüyü ehmalca kənara çəkib barmaqlarının ucunu xalçanın üstünə qoydu.

Uşaq vaxtı rəqslə məşğul olduğundan bədəninin çəkisi barmaqlarına əziyyət vermirdi və elə beləcə, mobil telefonunu termonun üstündən götürüb nəfəsini dərmədən səssizsə mətbəxə sürüşdü.

Telefonunu yandırıb saata baxdı. Altının yarısı idi. Deməli, işə getməyinə hələ iki saat vaxtı vardı.

Əllərini sobada bir az isidəndən sonra çaydanı odun üstünə çəkdi. Soyuducudan pendiri, xamanı çıxardıb masanın üzərinə düzdü. Kəsdiyi pendirdən bir dilim götürüb ağzına ötürəndə gözü masanın üstündə dolaşan qarışqaya sataşdı.

Qabların arasında azıb qalan bu binəva heyvanı bir anlıq özünə bənzətdi.

Qarışqa içi xama ilə dolu qaba yaxınlaşmaq istəyəndə Kamil heç özü də bilmədi ki, nədən barmağının ucunu ona tərəf tuşlayıb yüngül təkan verdi.

Pəncərəyə yaxınlaşdı. Buxta çirkli şüşədən bulanıq göründüyündən eyvanın qapısını açıb şəhərə baxmaq istəsə də, mizi pəncərənin qarşısına çəkib seyr etməklə kifayətləndi.

Təbii ki, beynini gəmirən fikri ondan bir an da olsa əl çəkmirdi. Düşünürdü ki, bu gün hansı bəhanə ilə praktikant qızı görüşə çağıra bilər.

"Bəlkələrin" növbəsinin uzun olduğunu görüb çarəsizlikdən ayağa qalxanda birdən ağlı beyninin qaranlıq küncündən tullanıb özünü göstərdi: ona çoxlu tapşırıq verib iş vaxtının sonuna kimi saxlatsın. Sonrası da Allah kərimdir…

-Kaaamiiiil, zaaavtrak eləəmisəəəən?

Arvadının səsini eşitcək fikirlərini o dəqiqə yola saldı.

Yataqda yorğanın altında görünməz olan arvadı üstündəki örtüyü tənbəl-tənbəl bir tərəfə çəkdi. Qara atlasdan gecə libası əyninə böyük olduğundan arıq bədəni sanki döşəyə yapışmışdı. Əvvəlcə əllərini, sonrasa ayaqlarını ağır-ağır havaya qaldırıb çarpazlaşdırmağa başladı. Bu, onun səhər idmanı idi. Sonra əlini qarnına sürtüb:

- Bu gün mamamla həkimə gedəcəm. Pulu sumkama qoyarsan-dedi.

- Neçə manat?- Kamil onun üzünə baxmadan dilləndi.

- Guya bilmirsən, həmişə nə qədər verirdin?.. Dünən həkimlə yenə danışdım.

Deyir, nə özünü üzürsən, uşağın olacaq. Bəh-bəh-bəh, qapı qonşumuz kimi kalyaska ilə bəbəşkamızı həyətə düşürəcəyik...

- Nə olub, şükür Allaha, ikimiz də cin kimiyik, əlbəttə ki, uşağımız olacaq… Nəsə almaq lazımdır?

- Yox… hər şey var.

Arvadı sanki hamiləymiş kimi əlləri ilə qarnını ölçməyə başladı. Şifonerin güzgüsündən hərəkətlərinə diqqət yetirəndə bir an ona yazığı gəldi.

Düşündü ki, yaxın gələcəkdə qızla yaşamalı olsa görəsən, onu nələr gözləyə bilər? Əlbəttə, təzəcə çiçəklənmiş sevgisini xəyallarının qaranlıq tunelində qalmasını heç istəmirdi…

Kamil beş ildir ki, bankda işləyir. Saat doqquzdan altıya kimi rəqəmlərin nazını çəkib onları əzizləsə də, əslində işindən heç zövq almırdı.

İllah da kompüterin klaviaturasında "0" rəqəmini yazanda elə zənn edir ki, kimsə onu işarənin boşluğuna itələyib bərk sıxır.

Yaxud da "9" rəqəmini qarmağa bənzətdiyindən ona ilişəcəkmiş kimi, hər dəfə monitorda qeyd edəndə çalışır ki, nəzərini bu işarəyə dikməsin.

Bir sözlə, o, rəqəmlərin dövrəsində özünü narahat, qərib, yad planetdə hiss etdiyindən bu neçə ildə işə həvəssiz gedərdi.

Lakin praktikant qız peyda olandan banka tez çatmaq üçün gah maşınının sürətini artırar, gah da tıxaca düşəcəyindən ehtiyatlanıb tez çatsın deyə metroyla yollanardı.
…Kompüteri yandırmazdan öncə ətrafa göz gəzdirdi. Kresloda yerini rahatlayıb masasındakı kağızları səliqəyə salanda başı biixtiyar sağa yönəldi.

Otağın o başından Fərəhin gəldiyini görüncə düşündü ki, dünəndən qalmış sənədləri müdirin yanına aparıb möhür vurdurmağı ona tapşırsın. Dodaqları sevincdən yayılmaq istəsə də, özünü güclə ələ alıb qızın gəlişini gözlədi.

- Sabahın xeyir! Necəsən? İnanmazsan, bu gün o qədər işimiz olacaq ki…- Fərəhin üzünün qırışdığını görəndə gözləri ilə birgə ürəyi də dondu.

- Doğrudaaaaaan? Mən də podruqama söz vermişdim ki, obeddən sonra Torqovıya çıxağ…

- Heç ürəyini sıxma… Torqovı dünyanın qurtaracağında deyil ki… Bir şey fikirləşərik… - əlindəki qovluğu ona uzadıb:

-Bunları Araz müəllimə apar, özü bilir, peçat vurandan sonra mənə gətir-dedi.
Fərəh sənədləri alıb müdirin otağına gedəndə Kamilin nəzərləri də qızla birgə yollanırdı. Qara qısa yubkası o qədər də arıq olmayan ayaqlarına xüsusi yaraşıq verirdi. Qırmızı köynəyi isə sanki bədəninə yapışdığından onu al qızılgülə bənzətdi. Birdən yadına düşdü ki, bankın hər küncündə kameralar quraşdırıldığından müdriyət tərəfindən hər hansı tənbehi eşidə bilər və ona görə də kompüteri qoşub işinə başladı. Artıq bankın şüşəli qapısı da getdikcə daha tez-tez açılıb bağlanırdı.

- Salam, necəsüz?.. Offffff, ay bala, bilmirəm bu kreditin əlindən hayana gedim?- müştəri pencəyinin cibindən yaylıq çıxarıb alnının tərini sildi.

- Niyə?! Siz onu deyin ki, nə yaxşı bu kredit varmış. Yoxsa nə edərdik? Arzularımız reallaşardımı? Yooox! - Kamil kişidən vərəqi alıb kodu yığmağa başladı. Printerdən çıxan vərəqi götürüb imza yerinə cızmaqara yazıb müştərisinə uzatdı.

-Əmi, qolu bax, bura çəkin-deyib qələmi ona uzatdı.

…Abunəçilər, kredit müştəriləri Kamilin başını o qədər qatdı, bir də onda ayıldı ki, iş vaxtının bitməsinə on dəqiqə qalır. Fərəhi də "böyük təşəkkür" etmək üçün gün ərzində işlərlə elə yüklədi ki, zavallı qız yerində əyləşməyə macal tapmadı…

- Bu gün mənə o qədər kömək etdin, heç bilmirəm yaxşılığını nə ilə ödəyim…- Kamil nəhayət, minnətdarlığını birdirmək fürsəti əldə etdi.

- Nə danışırsınız... Borcumdur… Mənimçün bir növ təcrübə oldu… Onsuz da işləri nə vaxtsa özüm də görəcəkdim…

- Hər halda, böyük yardımçı oldun!.. İstəyirsən gedək kafeyə, xəcalətindən çıxım. Uzaq deyil… Malakan bağındakını deyirəm…

Fərəhin sevincdən gözləri parladı. Bakının demək olar, bütün barlarında, gecə klublarında olsa da, Malakan bağındakı kafedə oturmağa hələ imkan tapmamışdı.

Bu bağı, xüsusən də hovuzun içindəki üç qara heykəli çox sevirdi. İşdən bir yerdə çıxıb Xaqani küçəsi ilə piyada Malakan bağına gəldilər.

İki mərtəbəli kafenin ətrafına masalar düzülsə də, pilləkənlə yuxarı qalxıb orada əyləşmək istədilər. Kafe açıq havada olmasa da, hər tərəf tütün iyi ilə dolu idi. Küncdə boş masa tapıb əyləşdilər. Fərəhə həmişə elə gələrdi ki, kafe ikinci mərtəbədə əyləşənlərçün hansısa dağın zirvəsidir. Lakin indi özünü bağın üstündə yox, altında hiss etdi.

- Oyyy, bura nə yaman darısqaldı…- Ətrafa baxıb dilləndi.

-İstəyirsən, gedək "Anadolu"ya. Çox uzaq deyil, Fransa səfirliyinin yanındadır.

- Yooox… Siz belə danışırsınız ki, elə bil, şəhərdə göz açmamışam… Prosta, mənə elə gəlir ki, darısqallıqda fikirlər də dalana düşür…

Onun bu sözü Kamilin gözlərinin bərəlməsilə nəticələndi. Fikirləşdi ki, bu cür ağıllı düşünəni tora salmaq heç də asan məsələ olmayacaq. Özü də qızdan geri qalmamaq üçün bu neçə ildə bildiklərini nümayiş etdirdi:

- Qəribədir, demək, fikirlər də məkana görə hərəkət edir?- masanın üstündəki külqabını fırlada-fırlada Fərəhin düz gözlərinin içinə baxdı.

- Əlbəttə!- Fərəh ona əhəmiyyət vermədən iri qəhvəyi rəngli qovluğu əlinə alıb menyuya nəzər yetirdi.

- Mən belə düşünmürəm. Fikir çağırılmamış qonaq kimidir. Keyfi nə vaxt, harada istəsə, o zaman gələ bilər. Məsələn, fikrim səhər peyda olub dedi ki, bu gün hökmən Fərəhi kafeyə aparmalısan…

- Doğrudan? Gülməlidir?! Fikriniz deyəsən, özbaşınadır…

- Ola bilər…- Kamil Fərəhin yanında istədiyi hərəkəti etməkdən ötrü birmirdi ki, nə etsin. Sevincini bölüşmək üçün bəlkə də ona bir barmaq göstərmək kifayət idi.

Təəssüflənirdi ki, bunlar hələ də baş vermirdi və ona görə qızdan sadəcə, nə içəcəyini soruşmaqdan başqa əlacı yox idi.

- Çay, çiyələkli tortla…- Fərəh gözlərini menyudan ayıranda Kamilin ona iştahla baxdığım görüb təəccübləndi. Düşündü ki, yəqin arvadı ilə o qədər də xoşbəxt deyil. Marağını bu dəfə də üstələyə bilməyib ona şəxsi sualla "atəş açdı":

- Siz Allah, bağışlayın, özəl işlərə baş qoşuram. Maraqlıdır, həyat yoldaşınız siz qısqanmır ki?

- Əvvəla gəl, ondan başlayaq ki, mənə "sən" deyə müraciət elə…
Kamilin "sizdən" "sənə" keçmək təklifi onun lap ürəyincə oldu. Yaşından asılı olmayaraq hər kəslə tay-tuş kimi davranmaq istəsə də, bəzən buna nail ola bilmədiyi üçün təəssüflənərdi. Çünki "azadlıq" sevimli kəlməsi olduğu üçün sözü həyat tərzinə keçirməkdən zövq alırdı.

- Bilirsən, düşünmürəm, hansı hərəkətimləsə onu qısqandırım. Hər halda, xəyanət etmirəm. - Kamil çaydan bir qurtum içib sözünə davam etdi.

- Xəyanət?! Deyirlər, o, ürəyin məşuqəsidir. Kimisi onu gizlədir, kimisi də açıq-aşkar bəyan edir. Fikrimlə razısan?

- Haradasa hə… belə desəm, o həm də kölgə kimidir. Həmişə səni izləyir, yaxud da o kölgə ilə birgə sürünürsən.

- Çünki xəyanət nəfsdən yaranır. Nəfssə sən demişkən, insanın kölgələrindən biridir… Amma gəl, etiraf edək ki, xəyanət növündən asılı olmayaraq bağışlanılmazdır… - Fərəh limondan bir dilim götürüb ağzına ötürdü.

Kamil xəyanətlə bağlı yadına düşən maraqlı hadisəni ona danışmaq istədisə də,
niyyətindən uzaq düşəcəyindən ehtiyatlanıb söhbətini sonraya saxladı. Fərəhin gözlərinə baxa-baxa arvadıyla müqayisə etdi. Əlbəttə, evdəki xanımı qat-qat gözəl olsa da, nədənsə qarşısındakı ona cazibədar görünürdü. Mobil telefondan gələn Mendelsonun "Toy marşı" onu fikrindən ayırdı. Fərəh telefona baxıb söndürdü.

-Nə oldu, niyə cavab vermədin?

- Atam idi… Nə cavab verim? Deyim, kafedə oturmuşam? Bir qısqancdır, gəl görəsən.

- Bəs soruşmaz ki, niyə odboy verdin?

- Yox… Deyəcəm, zənq edəndə telefonun zaryadkası öldü…

- Deyəsən, metodundan tez-tez istifadə edirsən?- Kamil bir anlıq öz atasını, daha dəqiq, onun zəhmli baxışlarını düşündü. Ürəyinin pultu həmişə onun əlində olmasını heç vaxt özünə bağışlaya bilmirdi. Sənətini seçməyi, hətta ailə qurmağı da atasının əmrilə baş verdiyindən həyatını öz istədiyi kimi qura bilməmişdi. Düzdür, anlayırdı ki, atası sakit həyatını övladına ərmağan etməkdən ötrü belə edir. Lakin içindəki boşluğu nə ona bağışlanmış həyatı, nə də evindəki xanımı doldura bilmirdi. Əslində, o, nə istədiyindən heç özü də baş açmırdı. Fərəhi həqiqətənmi sevirdi, yoxsa sadəcə onunla olmaq istəyirdi? Sanki illərlə "həbsdə" çürüyən arzuları çıxış yolu tapdığından ürəyindəki anarxiyanın qarşısını almaqda aciz idi…

- Eeee, ayıl, gözlərin yol çəkdi…- Fərəh çay qaşığını nəlbəkiyə vuraraq onu fikrindən ayırmağa çalışdı.

- Hə, bağışla! Hərdən belə şeylər olur…

- Bəlkə gedək? Uje gecdir, evdəkilər deyər görəsən, başıma nə gəlib. Telefonum da sönüb…

- Nə oldu? Elə indi gəlmişik ki… Özüm apararam…

- Oyyy, bircə evə maşınla getməyim qalıb?!

Kamil əlinə düşən fürsətdən yararlanmaq istəsə də, mətləbə necə keçəcəyini bilmirdi. Bircə ağlına o gəldi ki, Fərəhi tərif atəşinə tutub onu məst etməklə nəyəsə nail ola bilər. Amma necə? Birdən yadına düşdü ki:

- Elə gözəl fikirlərin var, söhbətindən doymaq olmur. Əlacım olsa səhərə kimi sənə qulaq asardım. Hayıf… o imkanım yoxdur!- dərindən ah çəkərək çatma qaşlarını yuxarı qaldırıb fağır görkəmini aldı.

Əlbəttə, Fərəh oğlanlardan tərif eşitməkdən ötrü həftələrlə yuxusundan imtina etməyə belə razılıq verərdi.

Təki xoş sözlərin əhatəsində olsun. Elə indicə Kamilin dedikləri ürəyinə yağ kimi yayıldı.

Nə yaxşı ki, iki gün bundan öncə barda rəfiqəsinin oğlan dostunun düşüncə, xəyanət haqqında söylədiklərini yaddaşına yapışdırmışdı. Kamili təəccübləndirmək istəyi baş qaldırdığından getməyə hazırlaşan ayaqları sanki yerə bərkidildi.

- Oooo… Bunları kompliment kimi qəbul edim?

- Sən Allah?! Ürəyimdən gələni dedim.

- Əcəb qəlbin var?! - Kamilin zarafatca burnunu sallamasını görüb fikrinə aydınlıq gətirdi. - Yooox… Yəni, demək istəyirəm ki, çox diqqətli insansan. Bu isə hər kəsdə olmur!

Söhbətin bu yerində Kamil ürəyinin nə vaxtdır çəkdiyi əziyyətlərindən danışmaq istədi. Fikirləşdi ki, evli olduğunu bilə-bilə sevdiyini etiraf etsə, onu qəbul edərmi?

- Orası düzdür. Hər kəsin diqqətə ehtiyacı var… Elə mənim də. Məsələn, istəyərdim ki, həmişə diqqətində olum.

Fərəhin çayı boğazında qaldığından sonuncu qurtumunu güclə içdi. Düşündü ki, deyəsən, bunun da ürəyini ağlı ilə birgə əlinə alıb. Deməli, növbəti kişisi Kamil olacaq. Nə yaxşı ki, bayaq keçmiş sevgilisinin zənginə cavab vermədi. Yoxsa, qarşısındakını əməlli-başlı şübhəyə sala bilərdi. İti ağlına, hazırcavablılığına bir daha heyran oldu.

- Nə deyim vallah… Diqqət deyəndə ki…- Əslində fikrinin sonrasını gətirmək istəmirdi. Daha doğrusu, nə deyəcəyini bilmirdi. Kamilin gözlərinə baxıb oradan özünü görməyə çalışdı, - deyəsən, arvadınla xoşbəxt deyilsən?

Kamilin elə bil ürəyi yerindən oynadı. Atasının zəhimli baxışları kölgə kimi yanında olmasına baxmayaraq, bu gün Fərəhin yatağına getmək, yaxud da gecəsini birlikdə hansısa oteldə keçirməkdən ötrü hər şeyi açıb danışmaq istədi.

- Düz tapmısan... Nə olsun ki, pulum başımdan yağış kimi yağır, əslindəsə bədbəxtin yekəsiyəm. Arvadım pis deyil, amma onu sevə bilmirəm. Çünki zalım qızını mən yox, atam seçmişdi. Nə var- nə var, dostuyla rumka vuranda əhd-peyman ediblər ki, gələcəkdə mütləq quda olmalıdırlar. Üç ildir Allah bizə heç uşaq da vermir. Fikirləşirəm ki, bu, gələcəkdə yollarımızın birləşməməsinə işarədir…

Kamil ürəyini birnəfəsə boşaldanda Fərəh də təəccübdən nəfəsini dondurmuşdu.

O, gələcək sevgilisindən bu tezlikdə eşq bəyanatını gözləmirdi. Fikirdəşirdi, gənc bankir uzaqbaşı 15-20 günə onun evinin hüzurunda ola bilər. Nəfəsi donsa da, beynindəki fikirlər dəyirman kimi fırlanırdı.

Belə etirafları ildə iki-üç dəfə eşitdiyindən o dəqiqə "Kamil layihəsini" hazırlayıb planlarını qurmağa başladı. Təbii ki, bu proqramın birinci bəndində çoxdan arzuladığı, lakin heç cür əldə edə bilmədiyi avtomobil dayanırdı.

Buna baxmayaraq, belə məqamda bir az naz edərək özünü əlçatmaz səviyyəsinə qaldırmağın nə demək olduğunu gözəl anladığından "yox" kəlməsini elə işlətməli idi ki, gələcəkdə "hə" ilə əvəz edə bilsin. Hətta əvvəlki rəsmiyyətinə də qayıtmaqdan çəkinmədi:

- Yooox?! Nə danışırsız? Bəs ailə? Arvadınız?

- Sən Allah, başqa söhbət elə!

- Məsələ burasındadır ki, mən qız uşağıyam. Hər şeyi nəzərə alsaz, yaxşı olardı…
Kamil qərarında israrlıydı. Fikirləşdi, əgər onunla əməlli-başlı yaşamalı olsa, müqavilə bağlayıb yaxın dostunun rəhbərlik etdiyi holdinqin xətti ilə hər hansı bir xarici ölkədə çalışa bilər. Təbii, arvadını atasıgilə tapşırıb getmək şərtilə. - Yəni, elə vicdansızam ki, qız uşağı ilə oyun çıxaracam? İmkanlarımdan xəbərin var, tak çto, narahat olma! O ki qaldı arvadıma… Onun çarəsini tapmışam. Hə, nə deyirsən?

Fərəh özünü təəccüblənən kimi göstərdi. Mobil telefonun qara şüşələrinə baxıb zənglərinə cavab verməyən nömrələrin sahiblərini düşündü. Adil, Etibar, Azad, Elçin, Samir, Rəşad, hətta amerikalı Corcla sonuncu görüşünü xatırladı. İndi isə "sevgi tarixi"nin yeni səhifəsini açırdı. "Kam-az" şirkətində şöbə müdiri işləyən Şahmar Nəcəfovun oğlu Kamil…

- Nə bilim, vallah… Elə bil tupikdəyəm. Mən də özbaşına deyiləm. Qoy məsləhətləşim…

- Bax, bilmək istəyirəm ki, heç olmasa ürəyinin küncündə də olsa, orda yerim varmı?

- Hə… yox! Yəni buna zaman lazımdır… - Fərəh çantasının içindəcə güzgüdən özünə baxdı. İşdən tələm-tələsik çıxdığından pudralanmağı unutmuşdu və ona görə də üzünə yenicə səpilmiş çillər əməlli-başlı sezirildi.

- Nədir, özüvə baxırsan? Onsuz da gözəlsən! Səndə elə bil maqnit var. Tozsoran kimi özüvə çəkirsən..

- Maqnit ola bilərəm, amma tozsoran yox… Tozsoran bütün zibilləri özünə dartır. Sənsə, toz-torpaq deyilsən!

- Sağ ol, ağıllı qız! Doğrudan da fikirlərinə heyranam…

Artıq gec idi. Kamilin içi qaynasa da, özünü birtəhər ələ almışdı. Sevinirdi ki, Fərəhin ürəyinə tam sahib çıxmasa da, bu vaxt ərzində nəyəsə nail olmuşdu. Bu gün, ya sabah çəkdiyi əziyyətin "hayıfını" istədiyi kimi çıxardacağına əmin idi.

- Bəlkə gedək?- Fərəh mobil telefonunu çantasına qoyub ayağa qalxdı.

- Gəl, səni evinəcən də olmasa, yaxınlığına kimi maşınla aparım… Onsuz da şüşələr plyonkadır…

Pilləkənlə aşağı endilər. Heykəlləri dövrəyə alan hovuzda gəzişən qırmızı balıqlara baxandan sonra Səməd Vurğun küçəsinə tərəf gəldidər. Kamil qara "Hyundai Assentin" arxa qapısını açıb Fərəhi əyləşməkdə kömək etdi. Özü də şəstlə qapını örtüb maşını işə saldı.

- Sən harada olursan?

- "Ledo" restoranının yanında…

- Okey… Gəl, səninçün yaxşı bir muzıka qoyum-deyərək fitlə hansısa bir mahnını müşayiət edə-edə CD-ni işə saldı.


- Sən Allah?! Ürəyimdən gələni dedim.

- Əcəb qəlbin var?! - Kamilin zarafatca burnunu sallamasını görüb fikrinə aydınlıq gətirdi. - Yooox… Yəni, demək istəyirəm ki, çox diqqətli insansan. Bu isə hər kəsdə olmur!

Söhbətin bu yerində Kamil ürəyinin nə vaxtdır çəkdiyi əziyyətlərindən danışmaq istədi. Fikirləşdi ki, evli olduğunu bilə-bilə sevdiyini etiraf etsə, onu qəbul edərmi?

- Orası düzdür. Hər kəsin diqqətə ehtiyacı var… Elə mənim də. Məsələn, istəyərdim ki, həmişə diqqətində olum.

Fərəhin çayı boğazında qaldığından sonuncu qurtumunu güclə içdi. Düşündü ki, deyəsən, bunun da ürəyini ağlı ilə birgə əlinə alıb. Deməli, növbəti kişisi Kamil olacaq. Nə yaxşı ki, bayaq keçmiş sevgilisinin zənginə cavab vermədi. Yoxsa, qarşısındakını əməlli-başlı şübhəyə sala bilərdi. İti ağlına, hazırcavablılığına bir daha heyran oldu.

- Nə deyim vallah… Diqqət deyəndə ki…- Əslində fikrinin sonrasını gətirmək istəmirdi. Daha doğrusu, nə deyəcəyini bilmirdi. Kamilin gözlərinə baxıb oradan özünü görməyə çalışdı, - deyəsən, arvadınla xoşbəxt deyilsən?

Kamilin elə bil ürəyi yerindən oynadı. Atasının zəhimli baxışları kölgə kimi yanında olmasına baxmayaraq, bu gün Fərəhin yatağına getmək, yaxud da gecəsini birlikdə hansısa oteldə keçirməkdən ötrü hər şeyi açıb danışmaq istədi.

- Düz tapmısan... Nə olsun ki, pulum başımdan yağış kimi yağır, əslindəsə bədbəxtin yekəsiyəm. Arvadım pis deyil, amma onu sevə bilmirəm. Çünki zalım qızını mən yox, atam seçmişdi. Nə var- nə var, dostuyla rumka vuranda əhd-peyman ediblər ki, gələcəkdə mütləq quda olmalıdırlar. Üç ildir Allah bizə heç uşaq da vermir. Fikirləşirəm ki, bu, gələcəkdə yollarımızın birləşməməsinə işarədir…

Kamil ürəyini birnəfəsə boşaldanda Fərəh də təəccübdən nəfəsini dondurmuşdu. O, gələcək sevgilisindən bu tezlikdə eşq bəyanatını gözləmirdi.

Fikirdəşirdi, gənc bankir uzaqbaşı 15-20 günə onun evinin hüzurunda ola bilər. Nəfəsi donsa da, beynindəki fikirlər dəyirman kimi fırlanırdı.

Belə etirafları ildə iki-üç dəfə eşitdiyindən o dəqiqə "Kamil layihəsini" hazırlayıb planlarını qurmağa başladı. Təbii ki, bu proqramın birinci bəndində çoxdan arzuladığı, lakin heç cür əldə edə bilmədiyi avtomobil dayanırdı.

Buna baxmayaraq, belə məqamda bir az naz edərək özünü əlçatmaz səviyyəsinə qaldırmağın nə demək olduğunu gözəl anladığından "yox" kəlməsini elə işlətməli idi ki, gələcəkdə "hə" ilə əvəz edə bilsin. Hətta əvvəlki rəsmiyyətinə də qayıtmaqdan çəkinmədi:

- Yooox?! Nə danışırsız? Bəs ailə? Arvadınız?

- Sən Allah, başqa söhbət elə!

- Məsələ burasındadır ki, mən qız uşağıyam. Hər şeyi nəzərə alsaz, yaxşı olardı…
Kamil qərarında israrlıydı. Fikirləşdi, əgər onunla əməlli-başlı yaşamalı olsa, müqavilə bağlayıb yaxın dostunun rəhbərlik etdiyi holdinqin xətti ilə hər hansı bir xarici ölkədə çalışa bilər. Təbii, arvadını atasıgilə tapşırıb getmək şərtilə. - Yəni, elə vicdansızam ki, qız uşağı ilə oyun çıxaracam? İmkanlarımdan xəbərin var, tak çto, narahat olma! O ki qaldı arvadıma… Onun çarəsini tapmışam. Hə, nə deyirsən?

Fərəh özünü təəccüblənən kimi göstərdi. Mobil telefonun qara şüşələrinə baxıb zənglərinə cavab verməyən nömrələrin sahiblərini düşündü.

Adil, Etibar, Azad, Elçin, Samir, Rəşad, hətta amerikalı Corcla sonuncu görüşünü xatırladı.

İndi isə "sevgi tarixi"nin yeni səhifəsini açırdı. "Kam-az" şirkətində şöbə müdiri işləyən Şahmar Nəcəfovun oğlu Kamil…

- Nə bilim, vallah… Elə bil tupikdəyəm. Mən də özbaşına deyiləm. Qoy məsləhətləşim…

- Bax, bilmək istəyirəm ki, heç olmasa ürəyinin küncündə də olsa, orda yerim varmı?

- Hə… yox! Yəni buna zaman lazımdır… - Fərəh çantasının içindəcə güzgüdən özünə baxdı. İşdən tələm-tələsik çıxdığından pudralanmağı unutmuşdu və ona görə də üzünə yenicə səpilmiş çillər əməlli-başlı sezirildi.

- Nədir, özüvə baxırsan? Onsuz da gözəlsən! Səndə elə bil maqnit var. Tozsoran kimi özüvə çəkirsən..

- Maqnit ola bilərəm, amma tozsoran yox… Tozsoran bütün zibilləri özünə dartır. Sənsə, toz-torpaq deyilsən!

- Sağ ol, ağıllı qız! Doğrudan da fikirlərinə heyranam…

Artıq gec idi. Kamilin içi qaynasa da, özünü birtəhər ələ almışdı. Sevinirdi ki, Fərəhin ürəyinə tam sahib çıxmasa da, bu vaxt ərzində nəyəsə nail olmuşdu. Bu gün, ya sabah çəkdiyi əziyyətin "hayıfını" istədiyi kimi çıxardacağına əmin idi.

- Bəlkə gedək?- Fərəh mobil telefonunu çantasına qoyub ayağa qalxdı.

- Gəl, səni evinəcən də olmasa, yaxınlığına kimi maşınla aparım… Onsuz da şüşələr plyonkadır…

Pilləkənlə aşağı endilər. Heykəlləri dövrəyə alan hovuzda gəzişən qırmızı balıqlara baxandan sonra Səməd Vurğun küçəsinə tərəf gəldidər. Kamil qara "Hyundai Assentin" arxa qapısını açıb Fərəhi əyləşməkdə kömək etdi. Özü də şəstlə qapını örtüb maşını işə saldı.

- Sən harada olursan?

- "Ledo" restoranının yanında…

- Okey… Gəl, səninçün yaxşı bir muzıka qoyum-deyərək fitlə hansısa bir mahnını müşayiət edə-edə CD-ni işə saldı.

Salona Patrisiya Kaasın ifasında "Kişi və qadın" kinofilminə bəstələnmiş mahnı yayıldı. Uzaq keçmişin musiqisi Fərəhi yaxın gələcəyə apardı. Fikirləşdi ki, Kamil bəlkə elə həyat yoldaşı oldu. Niyə də yox?! Kimlərdən əskikdir ki, düşünüb maşının güzgüsündən onun üzünə baxdı. Eynəkli kişilər onun zövqüncə olmasa da, Kamilin bəxti onda gətirmişdi ki, Fərəhin gülərkən yanağı batan insanlardan yaman xoşu gəlir.

- Gəl, işdən sonra görüşək- Kamil mahnının səsini azaldıb Fərəhin cavabını gözlədi.

- Amma qrup yoldaşlarımdan kiminsə xəbər tutmasını istəmirəm.

- Nə danışırsan? Axmaq deyilik ki… Türklər demiş, ilişgimizi ikimizdən başqa heç kim bilməyəcək.

- Bəs Allah?

- Allah heç də… İşini-gücü qurtarıb, çaşıb göydən yaxınlarımıza xəbər göndərər?! Aha… elə restoranın düz yanında olursuz?

- Hə… Bax, qabaqdakı 9 mərtəbədə. Elə burda saxla.

Fərəh əslində burda yaşamırdı. Sadəcə, restoranın rəqqasəsi işləyən rəfiqəsinin yanına gəlib çıxışına baxanda bəzən kiminsə sürprizi ilə rastlaşardı. Bu, artıq onunçün əsil azarta çevrildiyindən demək olar, boş vaxt tapan kimi buraya cumardı. Təbii ki, maşından düşən kimi birbaşa restorana gedəsi deyildi. Ona görə də Kamillə sağollaşandan sonra binanın hər hansı bir blokuna getməyi qərara aldı.
Kamil maşını yolun kənarında saxlayanda mobil telefonuna zəng gəldi. Naməlum nömrədən gələn zəngə cavab verməyə tələsmədi. Fərəh güzgüdən göz vurub qapını açanda Kamil ona öpücük göndərib "Sabah mütləq görüşük" -dedi. Sağollaşandan sonra telefonun düyməsini basdı:

- Allo…

Xəttin o biri ucundan uğultulu səs gəldi:

- Ka… Ka… Kaaamiilll…

Kamil açarı fırladıb maşını işə saldı. Telefonu qulağına dayayıb rulu sağa döndərərək, yoluna davam edəndə güzgüdən arxaya- Fərəhə baxdı.

- Kimsən? Səni eşitmək olmur.

- Miiilll… Məəənəmmm eeee, Xəəəə… yaaa… -səs yenidən kəsildi.

- Kim? - Kamil gah Fərəhə, gah da yola baxırdı.

- Xəyaaalaam.

- Hansı? Bir az ucadan danış, eşitmək olmur!

- Xəəəyaaanəəəttt.

Bu o Xəyaldır ki, Kamil bayaq Fərəhə dostunun əsil adının tarixçəsindən danışıb onu təəccübləndimək istəyirdi.

- Hardan danışırsan?

Kamil restorandan uzaqlaşsa da, Fərəhin izini itirməmişdi. Qızın oğrun-oğrun sağa-sola baxaraq "Ledo"ya tərəf getməsini görəndə sürətini azaltmağa başladı. Telefonun o biri xəttindən isə qırıq səslər gəlirdi:

- Qəəə…biirr…dəəənn.

Təəccüb Kamili əməlli-başlı çaşdırmışdı. Bilmirdi Fərəhə baxsın, ya dostunun dediyinə inansın.

- Nə danışırsan? Qəbirdə neynirsən?

- Məəənniii bbburraa aattıbblaar. Boooğğuulluuraamm… Gəəlll- səs kəsildi.
Həyəcandan ayaqları əsdi. Fərəhin restorana getdiyini görəndə rulu sola döndərmək istəyirdi ki, KamAz-ın haradan peyda olduğunu anlaya bilmədi.

"Ulduz"
XS
SM
MD
LG