Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56

Murad Köhnəqala. Film, Ziyarət, Şeirdəki oğlan


FİLM

Mənim həyat filmim…
özüm öynayıram, əvət, baş rolda
dublyorsuz, kaskadyorsuz…

özüm eləyirəm
ən qorxulu tryukları da…

qrimsiz oynamışam həmişə
yüngülvari bir bığ qoymuşam,
vəssəlam…!

Vuruş, döyüş səhnələri
görüş səhnələri
xəyanət səhnələri, öpüş səhnələri
xəcalət səhnələri…

Biletlər satılır kassalarımda


ZİYARƏT

Məkkəyə gedirsən ziyarətə
Cəhənnəmə,
gedirsən ziyarətə
Ziyarət ziyafət deyil
Ayağı aç
qarnı yalın
cocuq var nə qədər
zarafat deyil

Məkkəyə getmirsən
Sən məzhəkəyə gedirsən

Mənim ağzım əyilməz
Sənin ağlın əyilib

Səccadəyə qul olunca
Get bir yetimin saçını öp
Ərəbin daşını öpüncə
Xəritədə Laçını öp!


ŞEİRDƏKİ OĞLAN

Şerdəki sevgiyə baxma,
zaddı…
əslində sevgi erkəkdi

Qaldı ki…
şerdəkinə inanma,
şerdəki sevgilər
şeydi…
çox boynubükükdü
hərdən çox yoğundu
hərdən çox nərmənazikdi

Zaddı…
qorxağın biridi şerdəki oğlan
gopbazın yekəsidi

Nədi bunun adı…
ağlağan şeydi
başına vur əlindən al sevdiyi qızı
ağlağanın biridi
axmağın biridi şerdəki o…
XS
SM
MD
LG