Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:23

«Eynulla Fətullayev azad edilsin»


12 beynəlxalq təşkilat həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasına dair Avropa Şurası Nazirlər Komitəsinin son qərarını alqışlayır. Komitə martın 11-də Azərbaycan hökumətinə müraciət edərək Avropa Məhkəməsinin jurnalistin həbsdən buraxılmasına dair qərarını yerinə yetirməyə çağırıb. Bu təşkilatların birləşdiyi Beynəlxalq Tərəfdaşlıq Qrupu narahatdır ki, Fətullayev həbsdə səhvən yatır, o, dərhal və şərtsiz azad olunmalıdır.

Jurnalistləri Müdafiə komitəsinin əməkdaşı Nina Ognianova Azərbaycanın beynəlxalq öhdəlikləri olduğunu xatırladaraq, jurnalistin hələ də həbsdə saxlanılmağının Avropa Şurası Məhkəməsinin qərarlarına zidd olduğunu bildirib.

«11 mart 2011-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Şurası Eynulla Fətullayevin azad edilməsiylə bağlı ikinci qərar verib. Bu qərara əməl edilməməsi ciddi narahatçılıq doğurur»– deyə açıqlamada bildirilir.

Index on Censorship təşkilatının əməkdaşı Natasha Schmidt Azərbaycan hökumətinin jurnalist Eynulla Fətullayevi uzunmüddətli həbsdə saxlamaqla ifadə azadlığı və insan hüquqlarına zidd münasibətinin olduğu qənaətindədir.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru E.Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb.
XS
SM
MD
LG