Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:21

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (4)


əvvəli

- Əfən­dim, çay­mı, qəh­və­mi? - Mən rek­to­run qə­bul ota­ğı­na qal­xıb, gös­tə­ri­lən kres­lo­da əy­lə­şən­dən son­ra Yıl­maz bə­yin qa­ra­ya­nız yaş­lı ka­ti­bə­si so­ruş­du və şə­kər do­lu qənd­da­nı qar­şı­ma qoy­du.
- Heç nə is­tə­mi­rəm, - de­dim.
Ka­ti­bə:

- Rek­tor bəy bir az­dan si­zi qə­bul edə­cək, - de­yə gü­lüm­sün­dü.
Ra­zı­lıq əla­mə­ti ola­raq ba­şı­mı tər­pət­dim və qa­baqs­to­lu­nun üs­tün­də­ki jur­nal­la­ra və buk­let­lə­rə göz gəz­dir­dim. On­la­rın ək­sə­riy­yə­ti­nin Göy­tə­pə uni­ver­si­te­ti haq­qın­da ol­du­ğu­nu de­mək ar­tıq­dır. Uni­ver­si­te­tin tə­lə­bə­lər üçün aç­dı­ğı im­kan­lar, təd­ris olu­nan dərs­lə­rin key­fiy­yə­ti, otaq­lar göz ox­şa­yır­dı. Şüb­hə­siz, şə­kil­lər pe­şə­ka­rın fo­toa­pa­ra­tın­dan çıx­mış­dı.

Ka­ti­bə öz işin­dəy­di və sto­lun üs­tün­də­ki ka­ğız-ku­ğuz­lar­la qur­da­la­nır­dı.
Bir müd­dət keç­di, rek­tor­dan səs çıx­ma­dı. Na­ra­hat­çı­lı­ğı­mı du­yan ka­ti­bə hər­dən ba­şı­nı qal­dı­rıb mə­nə ba­xır və iş­lə­rin elə də pis ol­ma­dığ­ına mə­ni inan­dır­maq üçün gü­lüm­sü­nür­dü. Nə­ha­yət, rek­to­run ya­nın­da­kı qo­naq çıx­dı və ka­ti­bə xa­nım:

- Bu­yu­run, əfən­dim, - de­yə qa­pı­nı aç­dı və mən rek­to­run ota­ğı­na keç­dim.
Yıl­maz Dur­muş aya­ğa qalx­dı, irə­li gə­lib mə­nim­lə ikiəl­li gö­rüş­dü, otur­ma­ğı tək­lif et­di, özü də mə­nim­lə üz­bəüz əy­ləş­di.

- Ba­kı­dan gəl­mi­si­niz? - de­yə so­ruş­du və ca­vab göz­lə­mə­dən, - bi­zim Ba­kı­da çox­lu dost­la­rı­mız var, - gü­lüm­sə­yə­rək de­di, on­la­rın ad­la­rı­nı sa­da­la­dı, son­ra, - bir so­run­mu var? - de­yə xə­bər al­dı.
- Prob­lem yox­dur, - de­dim, - sa­də­cə bir işə gö­rə si­zi ra­hat­sız et­dim.
Son­ra əla­və elə­dim ki, ya­zı­çı­yam, İs­tan­bul­da öl­dü­rü­lən Zü­ley­xa Göy­çək mə­nim ya­xın qo­hu­mum­dur və onun ta­le­yi mə­nə əzi­zi­dir. O, ba­şı ilə bil­dir­di ki, mə­ni ba­şa dü­şür və bu mə­sə­lə­də yar­dım­çı ol­ma­ğa ha­zır­dır.

Mən Yıl­maz bə­yə ha­di­sə ba­rə­də yığ­cam da­nış­dım, Zü­ley­xa­nın kim­li­yi­ni an­lat­dım, İs­tan­bul­da nə iş­lə məş­ğul ol­du­ğu­nu de­dim.
- Zü­ley­xa xa­nı­mın İs­tan­bul­da nə iş­lə məş­ğul ol­du­ğu­nu çox­la­rı bi­lir, - de­yə o, ey­ham­la da­nış­ma­ğa baş­la­dı.
- Əs­lin­də, mə­ni da­ha çox Mə­həm­məd ma­raq­lan­dı­rır. O si­zin tə­lə­bə­niz olub. Son gün­lər onu Zü­ley­xa Göy­çə­yin ya­nın­da gö­rüb­lər­miş.

Yıl­maz Dur­muş ba­şı­nın işa­rə­si­lə mə­nim­lə ra­zı­laş­dı­ğı­nı bil­dir­di və de­di:
- Hə, be­lə bir tə­lə­bə­miz var­dı, özü də yax­şı oxu­yur­du, am­ma bir ne­çə ay bun­dan ön­cə yo­xa çıx­dı. Biz Ba­kı­ya, ana­sı­gi­lə yaz­dıq. Ora­dan bi­zə xə­bər gəl­di ki, oğul­la­rı İs­tan­bul­da­dır. Am­ma o, yo­xa çıx­mış­dı. Son­ra ev­lə­ri­nə te­le­fon aç­dıq. Ey­ni ca­va­bı al­dıq. Bi­zim is­rar­lı sual­la­rı­mı­za ca­vab ola­raq ana­sı te­le­fo­nu bağ­la­dı.

Bu ara­da ka­ti­bə içə­ri gir­di və üzü­nü mə­nə tu­tub bir da­ha so­ruş­du:
- Əfən­dim nə bu­yu­rur, çay­mı, qəh­və­mi?
Mən çay si­fa­riş elə­dim.

- Eşit­dim ki, Mə­həm­mə­din adı PKK ter­ror­çu­su­nun üs­tün­dən ta­pıl­mış qeyd­lər­də var, - de­dim.
- Siz Din­qo­nu de­yir­si­niz, Din­qo Əl­çat­ma­zı. Mər­din­liy­di. O da bi­zim tə­lə­bəy­di, am­ma da­ha ön­cə yo­xa çıx­mış­dı. Bu­nun üs­tün­də bi­zim ba­şı­mız çox ağ­rı­lar çək­di. Əm­niy­yət mə­mur­la­rı hə­lə də biz­dən əl çək­mə­yib­lər. Bə­zi qə­zet­lər isə uni­ver­si­te­ti­mi­zi az qa­la ter­ror yu­va­sı ad­lan­dı­rır.
- Bü­tün bun­lar qə­ri­bə­dir, - de­dim, - kim ol­say­dı siz­dən şüb­hə­lə­nər­di, - rek­to­run tu­tul­du­ğu­nu gö­rüb, - mə­ni düz an­la­ma­dı­nız. De­mək is­tə­yi­rəm ki, Mə­həm­məd si­zin tə­lə­bə­niz ola-ola han­sı­sa na­mə­lum qru­pa qo­şu­lub, özü də yax­şı oxu­yan tə­lə­bə­niz. Bəl­kə gün­də­lik­də adı çə­ki­lən si­zin Mə­həm­məd de­yil.

- Ola bi­lər. Am­ma on­lar, yə­ni əm­niy­yət­çi­lər, bu­na əmin­dir­lər. Mən o qeyd­lə­ri si­zə ve­rə bi­lə­rəm. Bəl­kə siz mə­sə­lə­yə bir ay­dın­lıq gə­ti­rə­si­niz. Bi­zim də ca­nı­mız bu de­di-qo­du­lar­dan qur­ta­rar. Onun su­rə­ti­ni əm­niy­yət mə­mur­la­rı mə­nə ve­rib.

Bu söz­lər­dən son­ra o, ka­ti­bə­ni ça­ğır­dı və tap­şır­dı ki, Din­qo­nun gün­də­li­yi­nin su­rə­ti­ni çı­xar­dıb mə­nə ver­sin­lər.
Mən ka­ti­bə­ni göz­lə­mə­dim və Yıl­maz bəy­lə xu­da­ha­fiz­lə­şib otaq­dan çıx­dım. Qa­pı­dan çı­xar­kən Yıl­maz Dur­muş ar­xa­dan:

- Ar­ka­daş­la­ra sa­lam de­yin, - de­di.
- Müt­ləq de­yə­rəm.
Am­ma on­dan bir ne­çə sa­ni­yə son­ra Yıl­maz bə­yin sa­lam­la­rı­nı, ça­ta­caq­la­rı ad­la­rı, ün­van­la­rı unut­dum.

Qə­bul ota­ğın­da çox lən­gi­mə­dim, ka­ti­bə gün­də­li­yin su­rə­ti­ni gə­tir­di və mən meh­man­xa­na­ya tə­ləs­dim. Din­qo­nun gün­də­li­yi­ni oxu­maq in­di mə­nim­çün bir nöm­rə­li mə­sə­ləy­di.
Meh­man­xa­na­ya ça­tan­dan son­ra sü­rü­cü­nü sər­bəst bu­rax­dım. On­suz da meh­man­xa­na­dan çö­lə çıx­maq fik­rim yo­xuy­du, sü­rü­cü­nü boş-bo­şu­na sax­la­maq mə­na­sı­zıy­dı, am­ma bir az­dan son­ra fik­ri­mi də­yiş­dim...

* * *

Din­qo­nun gün­də­li­yi­ni oxu­ma­ğa baş­la­dım və Mə­həm­məd­lə bağ­lı yer­lə­rin al­tın­dan qır­mı­zı ka­ran­daş­la dal­ğa­lı xət­lər çək­dim, son­ra ha­di­sə və fakt­la­rı xro­no­lo­ci ar­dı­cıl­lı­ğa uy­ğun düz­düm. Nə­ti­cə bu cür ol­du:

"Bu gün Mə­həm­məd gə­lib bi­zə qo­şul­du. Mə­ni xır­da­vat dü­ka­nın­da tap­dı. Əmim oğ­lu, Me­mo­nu de­yi­rəm, əv­vəl­cə onu qov­maq is­tə­di. "Yad adam gə­tir­di­yi­mi­zə gö­rə Bö­yük Xo­ca bi­zə acıq­la­nar" de­di. "O, yad de­yil, mə­nim dos­tum­dur, sən bu­nu yax­şı bi­lir­sən, həm də ta­nı­yır­san, on­dan bi­zə zi­yan gəl­məz" de­yə is­rar elə­dim. Me­mo çox gö­tür-qoy elə­di, mə­ni sor­ğu-sua­la tut­du, axır­da "hər şe­yə sən ca­vab­deh­sən" de­di və Mə­həm­mə­din dəs­tə­mi­zə qo­şul­ma­sı­na ra­zı­lıq ver­di.

Biz onun­la bir yer­də oxu­mu­şuq. Bo­ğa­zi­çi­nin sol sa­hi­lin­də­ki uni­ver­si­tet­də. Mə­həm­məd da­im fi­kir­liy­di. Heç ki­mə qo­şul­mur­du. Bir də­fə on­dan fi­kir­li ol­ma­ğı­nın sə­bə­bi­ni so­ruş­dum. Am­ma o mə­nə ca­vab ver­mə­di. Mən əv­vəl­lər nəq­şi­bənd­çiy­dim, son­ra nur­çu­lu­ğu seç­dim, axır­da is­lam­çı­lı­ğı. Mək­təb­dən kə­nar­da da is­lam­çı qrup fəa­liy­yət gös­tə­rir­di. Son­ra­dan bil­dim ki, on­la­rın mə­ram və məq­sə­di ta­mam baş­qa­dır. Əmi­m oğ­lu­nun on­lar­la əlaq­əsi var­dı. Mən ona, yə­ni Me­mo­ya qar­da­şım ki­mi ba­xı­ram. Bir yer­də bö­yü­mü­şük.

Mə­həm­məd­lə bir otaq­da qa­lır­dıq. O, çar­pa­yı­nın ikin­ci qa­tın­da ya­tır­dı. Ge­cə­lər tez-tez oya­nır, ye­ri­nin için­də otu­rub nə ba­rə­də­sə fi­kir­lə­şir­di.

Bir də­fə Mə­həm­məd özü mə­nə ya­xın­laş­dı və so­ruş­du ki, is­lam­çı qru­pun ama­lı nə­dir. Mən də ca­vab ver­dim ki, biz is­lam əley­hi­nə çı­xan­la­ra düş­mən ki­mi ba­xı­rıq, tə­ri­qət­çi­lə­ri isə qə­bul elə­mi­rik. O, mən­dən so­ruş­du ki, zi­na edən bir qa­dı­na ölüm dü­şür­mü? Mən əv­vəl­cə təəc­cüb­lən­dim, son­ra isə söz ver­dim ki, bu mə­sə­lə­ni xo­ca­mız­dan, yə­ni qar­daş ki­mi sev­di­yim əmi­m oğ­lun­dan so­ru­şa­ram, çün­ki o bu mə­sə­lə­lə­ri yax­şı bi­lir. İs­tə­sə, onun­la gö­rüş­dü­rə bi­lə­rəm. Am­ma o, bu tək­lif­dən bo­yun qa­çır­dı və ri­ca elə­di ki, bu işi xo­cam­dan özüm so­ru­şum.

Ə­mim oğ­lu bir də­fə mə­ni də ic­las­la­rı­na ça­ğır­dı və bərk-bərk tap­şır­dı ki, eşit­dik­lə­ri­mi və gör­dük­lə­ri­mi heç ki­mə de­mə­yim.

Qrup üzv­lə­ri əmim oğ­lu­nun xır­da­vat dü­ka­nın­da­kı ar­xa ota­ğa yı­ğı­şır­dı­lar. İlk ge­cə on­lar is­lam­dan, onun 18 tə­ri­qə­tin­dən, din­də və­tən, mil­lət an­la­yış­la­rı ba­rə­də uzun-uza­dı da­nış­dı­lar, mil­lət və tor­paq bir­li­yi­nin mü­qəd­dəs­li­yi­ni dö­nə-dö­nə vur­ğu­la­dı­lar. Son­ra ə­mim oğ­lu de­di ki, əsas mə­sə­lə ka­sıb­çı­lı­ğın da­şı­nı at­maq­dır. Bu­nun üçün­sə biz azad ol­ma­lı­yıq. Dü­zü, mən nə­dən və kim­dən azad ola­ca­ğı­mı­zı bil­mir­dim, bu mə­sə­lə mə­nim­çün qa­ran­lıq idi, əm­im oğ­lu­na bu ba­rə­də su­al ver­mə­yə də qor­xur­dum.

Top­lan­tı­dan çı­xan­da Mə­həm­mə­din sua­lı­nı xo­ca­ma ver­dim. Sən de­mə, onun da xo­ca­sı var­mış və bi­zim ha­mı­mı­zın bö­yü­yü o imiş. "Mən Böyük Xo­ca­dan so­ru­şa­ram" - de­di. Mə­həm­mə­din sua­lı­na Bö­yük Xo­ca­nın ca­va­bı qı­sa və qə­ti ol­muş­du "ə­vət".

Son­ra­kı gün­lər­də qrup üzv­lə­ri mə­nə ay­dın ol­ma­yan mə­sə­lə­dən söh­bət edir­di­lər...

İs­tan­bul­da part­la­yış baş ve­rən­də Me­mo­gi­lin qru­pun­dan bir ne­çə nə­fə­ri tut­du­lar. Əmim oğ­lu mə­nə de­di ki, biz bu­ra­dan get­mə­li­yik, çün­ki bi­zi də tu­ta bi­lər­lər. Dü­zü, əmim oğ­lu­nun bu ən­di­şə­si mə­nə tam ay­dın de­yil­di, am­ma ca­nım­dan ya­na na­ra­hat ol­du­ğu­ma gö­rə onun­la bir­gə ge­də­si ol­dum... Get­məz­dən ön­cə Mə­həm­mə­də de­dim ki, biz bəl­kə bir da­ha gö­rüş­mə­dik, am­ma ha­ra­da ol­du­ğu­mu müt­ləq ona de­yə­cəm. Mən ona eti­bar edir­dim, çün­ki sö­zübü­töv ada­ma ox­şa­yır­dı... Bu cür adam­lar sat­qın ol­mur­lar. O, bi­zim qrup ba­rə­də mə­lu­mat­lıy­dı, am­ma heç ki­mə bir söz de­mə­miş­di.

Biz şə­hər­dən çıx­ma­mış Mə­həm­məd gə­lib bi­zi tap­dı. Və de­di ki, xa­la­sı­nı qət­lə ye­ti­rib, da­ha doğ­ru­su, onu öl­dür­dü­yü ya­dı­na gəl­mir, am­ma özü­nü gü­nah­kar hiss edir..."

Gün­də­lik­də­ki və­rə­qə­lə­rin bə­zi­lə­rin­də iri, qa­ra lə­kə­lər var­dı, yax­şı oxun­mur­du, gö­rü­nür, on­la­ra su düş­müş­dü, bəl­kə də ya­ğış­dan is­lan­mış­dı­lar. Mən on­la­rın üs­tün­də çox baş sın­dır­ma­dım və Mə­həm­mə­din adı olan və­rəq­lə­ri oxu­ma­ğa ça­lış­dım.

"...Mə­həm­məd qə­fil yo­xa çı­xıb. Me­mo mə­ni dan­la­dı ki, na­haq­dan onu dəs­tə­yə qoş­duq və Bö­yük Xo­ca bu­nu bil­sə, ba­şı­mı­zı bə­də­ni­miz­dən ayı­ra­caq. Əmim oğ­lu sə­hər­dən ax­şa­ma ki­mi mə­ni dan­la­dı. O elə he­sab elə­yir ki, Mə­həm­məd düş­mən­lə­ri­mi­zin agen­tiy­miş və bi­zi ələ ve­rə­cək..."
"...Mə­həm­məd­dən xə­bər yox­dur. Dəs­tə­miz ye­ri­ni də­yiş­mə­li­dir..."

Gün­də­li­yin da­ha bir ne­çə ye­rin­də Mə­həm­mə­din adı çə­ki­lir­di. Söh­bət əsa­sən Me­mo ilə Din­qo­nun mü­ba­hi­sə­sin­dən iba­rət idi. Gün­də­lik sa­hi­bi Bö­yük Xo­ca­nın ona qə­zəb­lə­nə­cə­yin­dən qor­xur­du və ta­le­yin­dən ya­na na­ra­hat idi...

"...Bö­yük Xo­ca mə­nə və Me­mo­ya qə­zəb­lə­nib..."

* * *

Din­qo­nun qeyd­lə­ri bəd­bin son­luq­la bi­tir­di. Mə­nə elə gəl­di ki, əmoğ­lu­la­rı Bö­yük Xo­ca de­yi­lən adam o bi­ri dün­ya­ya "ə­da­lət ar­xa­sın­ca" gön­də­rib. Ürə­yim sı­xıl­dı. Ov­qa­tı­ma tə­ra­vət qat­maq üçün meh­man­xa­na­nın çar­da­ğı­na - ye­mək­xa­na­ya çıx­dım. Bo­ğa­zi­çi­ni seyr elə­mək is­tə­dim, am­ma heç nə gö­rə bil­mə­dim. Ha­va tut­qun ol­du­ğun­dan Bo­ğa­zi­çi qa­ran­lıq du­ma­na bü­rün­müş­dü.

Na­har elə­yən­dən son­ra aşa­ğı dü­şüb, ves­ti­bül­dən Yıl­maz bə­yə te­le­fon aç­dım. Mə­həm­mə­din qal­dı­ğı ya­taq­xa­na­nın ün­va­nı­nı so­ruş­dum və ora gir­mə­yə ica­zə is­tə­dim.

Yıl­maz bəy Mə­həm­mə­din ya­şa­dı­ğı Əmin Xal­ça­çı ya­taq­xa­na­sı­nın İs­tan­bu­lun Av­ro­pa his­sə­sin­də, Bo­ğa­zi­çi­nin sa­ğın­da yer­ləş­di­yi­ni və ora gi­ri­şin azad ol­du­ğu­nu de­di.

Port­ye mə­ni ba­şa sal­dı ki, de­yi­lən ün­van, yə­ni Tak­sim cad­də­si bi­zim meh­man­xa­na­nın ya­xın­lı­ğın­da yer­lə­şir. Ara­da İnö­nü, yə­ni Be­şitk­taş fut­bol klu­bu­nun mey­dan­ça­sı var.

Mən ma­şın ça­ğır­ma­dım və ya­taq­xa­na­ya pi­ya­da get­mək qə­ra­rı­na gəl­dim.
İ­nö­nü sta­dio­nu­nun ya­nın­dan ke­çən­də bö­yük bir coş­qu­nun şa­hi­di ol­dum. Gö­rü­nür, be­şik­taş­lı­la­rın se­vim­li ko­man­da­sı növ­bə­ti ya­rı­şa çıx­mış­dı...
Ə­min Xal­ça­çı ya­taq­xa­na­sı doğ­ru­dan da uzaq­da de­yil­di və ya­rım saat­dan son­ra onun gi­ri­şin­dəy­dim. Bu, on iki mər­tə­bə­li köh­nə ti­ki­liy­di. Bi­rin­ci mər­tə­bə­nin iri şü­şə­bən­di və qar­şı­sın­da sə­li­qə­li bağ­ça­sı var­dı.

Qa­pı­çı ha­ra get­di­yi­mi, nə ax­tar­dı­ğı­mı so­ruş­ma­sa da, özüm-özü­mü təq­dim elə­dim, Yıl­maz bəy­lə gö­rüş­dü­yü­mü və məq­sə­di­mi söy­lə­dim.
Qa­pı­çı:
- Mən be­lə şey­lə­ri bil­mə­rəm. Növ­bət­çi­ni ça­ğı­rım, - de­di.

Növ­bət­çi gə­lə­nə ki­mi ves­ti­bü­lə göz gəz­dir­dim. Di­var­dan Ata­tür­kün port­re­ti asıl­mış­dı, al­tın­da isə "Çox qan­lar ba­ha­sı­na məm­lə­kə­ti­mi­zi yük­səlt­dik" söz­lə­ri ya­zıl­mış­dı. Bir az ara­lı­da isə məş­hur bir şai­rin "Tor­paq, uğ­run­da ölən var­sa va­tan­dır" kəl­mə­si qa­ra­lır­dı. Bu söz­lə­rin al­tın­da im­za yox idi. Son­ra­dan öy­rən­dim ki, hə­min mis­ra­lar To­fiq Fik­rə­tin­dir. Şü­şə­bənd­dən çö­lə bax­dım. Bağ­ça­da pa­yız öz sö­zü­nü de­miş­di. Şa­ba­lıd və cö­kə ağac­la­rı­nın yar­paq­la­rı ta­mam tö­kül­müş­dü. Lap hə­ya­sız­la­rı hə­lə də bu­daq­lar­dan ası­lı qal­mış­dı, kü­lə­yin əlin­də oyun­ca­ğa çev­ril­miş­di­lər, kü­lək, san­ki on­lar­la mə­zə­lə­nir­di. Ba­kı­nı xa­tır­la­dım. Sa­hil par­kın­da sı­ra ilə əkil­miş pa­lıd, çi­nar ağac­la­rı­nı pa­yız çox­dan so­yun­ma­ğa va­dar elə­miş­di. Pa­yız­da ağac­lar mə­sum qa­dı­na, kü­lək isə hə­ya­sız ki­şi­lə­rə bən­zə­yir.

- Əfən­dim, mə­ni­mi ara­dı­nız? - de­yə ar­xa­dan bir səs eşit­dim. Ge­ri dön­düm. Qar­şım­da arıq, hoq­qar bir qa­dın da­yan­mış­dı. Bil­dim ki, növ­bət­çi de­yi­lən şəxs bu­dur.
- Hə, si­zi ax­ta­rır­dım, - de­dim, özü­mü təq­dim elə­dim. O da əli­ni uzat­dı:

- Hə­li­mə.
Mən gə­li­şi­min məq­sə­di­ni söy­lə­dim. O, Din­qo və Mə­həm­məd adı­nı eşi­dən­də:

- Siz də əm­niy­yət­dən­si­niz­mi? - de­yə sual­lı nə­zər­lə­ri­ni üzü­mə zil­lə­di.
Mən üzün­dən yor­ğun­luq ya­ğan bu xa­nı­ma elə ayaq üs­tə­cə bə­zi şey­lə­ri ba­şa sal­dım. Mə­nim söz­lə­rim onu bir qə­dər sa­kit­ləş­dir­di və Din­qo ilə Mə­həm­mə­din qal­dı­ğı ota­ğı gös­tər­mə­yə apar­dı.
Bu da Mə­həm­mə­din ota­ğı. Da­rıs­qal bir mək­na­da beş tə­lə­bə qa­lır­dı. Mə­nə elə gəl­di ki, bir za­man­lar mən də bu­ra­da ol­mu­şam. Çox şey ta­nış idi. Və bir­dən ya­dı­ma düş­dü ki, qür­bət­də oxu­mu­şam və vax­tı ilə mən də beş nə­fər­lik otaq­da ya­şa­mı­şam.



Din­qo ilə Mə­həm­mə­din yat­dı­ğı iki­qat çar­pa­yı­da in­di baş­qa­la­rı uyu­yur­du. Tə­lə­bə­lə­rin üçü ha­ra­sa get­miş­di, iki­si otaq­day­dı. Biz içə­ri gi­rən­də dərs­lə­ri­ni ha­zır­la­yır­dı­lar. Çə­lim­siz, arıq oğ­lan nə­sə ya­zır­dı, or­ta­bab bi­ri­si ikin­ci qat­da uza­nıb ki­tab oxu­yur­du.

Tə­lə­bə­lər bi­zi gö­rən ki­mi öz­lə­ri­ni yı­ğış­dır­dı­lar, ikin­ci qat­da ya­tan oğ­lan da aşa­ğı düş­dü, hər iki­si xoşgəl­din et­di. Hə­li­mə xa­nım ba­şa sal­dı ki, mən on­lar­dan ön­cə bu­ra­da ya­şa­mış oğ­la­nın qo­hu­mu­yam.

- Hə, biz də eşit­mi­şik, be­lə bir şey, am­ma tam an­la­ya bil­mə­dik, - çə­lim­siz oğ­lan be­lə de­di.
- Nə eşit­mi­si­niz ki? - xə­bər al­dım.
- On­lar han­sı­sa qru­pa qo­şu­lub­lar.
Mən ix­ti­yar­sız ola­raq ba­şım­la təs­diq­lə­dim və de­dim ki, sə­bə­bi­ni heç kim də­qiq bil­mir. Bəl­kə on­lar da­ha nə­sə eşi­dib­lər.

- Biz də bil­mi­rik, - hə­min oğ­lan ye­nə də dil­lən­di, - biz bu­ra kö­çən­də çar­pa­yı­lar sə­li­qə ilə yı­ğıl­mış­dı, do­lab­lar­da da heç nə yox idi. Bir­cə di­var­da bu rəsm qal­mış­dı.
Mən o gös­tə­rən tə­rə­fə bax­dım. Di­var­da Sər­dar Kü­çü­koğ­lu­nun "Bo­ğa­zi­çin­də gü­nəş" rəs­mi asıl­mış­dı. Heç nə an­la­ma­dım. "Bu rəsm bu­ra ne­cə dü­şüb?" Özüm-özü­mə bu sua­lı ver­dim, am­ma, ha­zır ca­vab yox idi.

Mən ota­ğa göz gəz­dir­dim, Mə­həm­mə­din çar­pa­yı­sı­na uzun-uza­dı bax­dım. "Bu­ra ni­yə gəl­mi­şəm, nə ax­ta­rı­ram?" - ürə­yim­də fi­kir­ləş­dim. İri qa­ra bir mil­çək pən­cə­rə­də vı­zıl­da­yır­dı. Onun çö­lə can at­ma­sı mə­ni qı­cıq­lan­dı­rır­dı və dü­şün­mə­yə ma­ne olur­du...

Ha ça­lı­şır­dım, am­ma ürə­yi­min də­rin­li­yin­də və qa­fa­mın için­də nə­sə ta­pa bil­mir­dim. Elə­cə, Mə­həm­mə­din na­ra­hat-na­ra­hat dö­yük­dü­yü­nü, ya­taq­da qur­cux­du­ğu­nu, ge­cə­lər ye­ri­nin için­də du­rub otur­du­ğu­nu göz­lə­rim önü­nə gə­ti­rir­dim və elə bu dü­şün­cə­lər­lə də səs­siz-sə­mir­siz otaq­dan çıx­dım. San­ki səs­siz və ağ-qa­ra ki­no­ya ba­xır­dım, am­ma Mə­həm­mə­din üzü­nü heç cür gör­mür­düm. Mən onu tə­səv­vür edə bil­mir­dim, elə­cə dörd yaş­lı şək­li­ni xa­tır­la­yır­dım. Mən onun şək­li­nə bax­ma­lıy­dım, on­da, yə­qin, nə­sə, han­sı­sa im­pul­slar mə­nə ötü­rü­lə bi­lər­di. Zü­ley­xa­nı, öz xa­la­sı­nı doğ­ru­dan­mı o öl­dü­rüb?

"Get o qan­cı­ğı öl­dür!" - Bu, ana­sı­nın Mə­həm­mə­də tap­şı­rı­ğıy­dı və yal­nız bir ne­çə gün­dən son­ra Fa­ti­mə xa­nım Ba­kı­da­kı evin­də bu­nu eti­raf edə­cək­di. Ona qə­dər isə müəm­ma­lar için­də ya­şa­dım...

Ya­taq­xa­na­dan çıx­dım və Bo­ğa­zi­çi­nə düş­düm. Ba­lıq aşiq­lə­ri qar­maq­la­rı­nı su­ya sal­la­mış­dı­lar. Ba­kı­da­kı ki­mi. Am­ma in­di Ba­kı­da ba­lıq­çı­lar qal­ma­yıb, ov­çu­lar qa­lıb. Gü­nün gü­nor­ta ça­ğı adam­la­rın hə­ya­tı­nı, ge­cə­lər isə yu­xu­su­nu oğur­la­yan ov­çu­lar.

Bo­ğa­zi­çi­nin sa­hi­lin­də da­ya­nıb ba­lıq­çı cər­gə­si­nə ba­xır­dım. Bu cər­gə gün­ba­ta­na qə­dər uza­nır­dı. Kim­lər­sə pis keç­mi­şi­ni unut­maq, kim­lər­sə yax­şı keç­mi­şi­ni xa­tır­la­maq, kim­lər­sə də bu gü­nün çə­tin­lik­lə­ri­ni yad­da­şın­dan sil­mək üçün ba­lıq tu­tur­du. Bu­na ba­lıq tut­maq da de­mək ol­maz­dı. Qar­ma­ğı­nı su­ya sal­la­yan hər kəs ba­lıq tut­mur ki. O, hə­ya­ta ümi­di­ni be­lə­cə ger­çək­ləş­di­rir, özü­nə ürək-di­rək ve­rir. Ümi­din gə­tir­di­yi ov köh­nə də ola bi­lər, tə­zə də. Əsa­sı ov­dur, ba­lı­ğın qar­ma­ğa keç­mə­yi­dir. Mən­dən yaş­ca bö­yük müd­rik­lər də­fə­lər­lə de­yib­lər: ba­lıq qa­dın ki­mi­dir, onu tov­la­yıb tu­ta­na qə­dər sə­nin, tu­tan­dan son­ra sən onun olur­san. Çün­ki "ki­şi qa­dı­nın ar­xa­sın­ca qa­dın onu tu­ta­na­can qa­çır".

Ba­şı­mı bu cür yün­gül fi­kir­lər­lə qa­tır­dım ki, har­dan­sa ağ­lı­ma bir fi­kir düş­dü və üşən­dim. Zü­ley­xa­nı mən onun­la gö­rü­şən­dən bir ne­çə ay son­ra qət­lə ye­tir­miş­di­lər və po­li­sin mən­dən də şüb­hə­lən­mə­yə əsa­sı var­dı.

Bu fi­kir qə­fil mə­ni haq­la­dı­ğı ki­mi, qə­fil də yox ol­du. Çün­ki əsas­sı­zıy­dı... Qlo­bal­laş­ma­ya qar­şı ol­sam da, ca­ni de­yil­dim və heç kim mə­ni iz­lə­mir­di, hər hal­da, psi­xo­loji tə­sir va­si­tə­si olan açıq tə­qi­bi hiss elə­mə­miş­dim.

Bo­ğa­zi­çi­nin sa­hi­lin­dən bir az ara­lı­da Ame­ri­ka bay­ra­ğı dal­ğa­la­nır­dı. Və mə­nə elə gəl­di ki, kim­sə bay­ra­ğın ta­xıl­dı­ğı ofi­sin ey­va­nın­dan giz­lin­cə Bo­ğa­zi­çi­nə sa­rı ba­xır.

Bir qə­dər ön­cə isə iran­lı həm­ka­rım: "Gö­rən, Ame­ri­ka İra­nı vu­ra bi­lər­mi və əgər vur­sa, azər­bay­can­lı qar­daş-ba­cı­la­rı­mız nə fi­kir­lə­şə­cək?" - de­yə su­al et­miş­di.

Ca­nım­dan üşüt­mə keç­di və meh­man­xa­na­ya tə­ləs­dim. Mən də Mə­həm­məd ki­mi qa­ra­bas­ma­lar için­də ya­şa­ma­ğa baş­la­mış­dım...

* * *

Sə­hər er­tə­dən mə­ni port­ye­nin te­le­fon zən­gi oyat­dı və ha­va ala­nı­na (li­ma­nı­na) get­mə­yin za­ma­nı­nın çat­dı­ğı­nı de­di. Ma­şın ote­lin qar­şı­sın­da göz­lə­yir­di. Da­nış­dı­ğı­mız ki­mi, mə­ni sü­rü­cüm Əh­məd bəy yox, meh­man­xa­na tak­si­si ae­ro­por­ta apa­ra­caq­dı.

Ha­va li­ma­nı­na vax­tın­da çat­dıq, sə­hər saat­la­rı ol­du­ğun­dan yol­lar elə də ba­sı­rıq de­yil­di.
Göy köy­nək­li sü­rü­cü Ba­kı­ya uça­ca­ğı­mı eşi­dən­də:
- Ar­ka­da­şım, Ba­kı­da çox vod­ka içir­lər, - de­di, üzün­də­ki tə­bəs­sü­mü giz­lət­mə­di. De­yə­sən, o da hal əh­liy­di və "vur­maq­la" ara­sı sa­zıy­dı...
- Siz­də də ra­kı­nı se­vər­lər, - de­dim.

- Ra­kı­nı Mus­ta­fa Ka­mal əfən­di də se­vər­miş, - de­di və gül­dü.
Biz vaxt öl­dür­mək üçün yol­bo­yu or­dan - bur­dan da­nış­dıq, Tür­ki­yə-Azər­bay­can bir­li­yi­nin qı­rıl­maz­lı­ğın­dan, er­mə­ni soy­qı­rı­mı­nın qon­dar­ma­lı­ğın­dan söz aç­dıq, er­mə­ni­lə­ri da­im dəs­tək­lə­yən Ame­ri­ka­nın bos­ta­nı­na daş at­dıq. Hə­mi­şə­ki ki­mi ye­nə də o nə­ti­cə­yə gəl­dik ki, gü­nah bi­zim özü­müz­də­dir. Sü­rü­cü ar­xa­da­şım:
- Doğ­ru, həp­si kən­di­mi­zin su­çu, - de­di.

* * *

Təy­ya­rə­miz vax­tın­da ha­va­ya qalx­dı, aya­ğı­mız yer­dən üzül­dü...

Ye­nə də qor­xu sind­ro­mu. Ha­va­da üzən gə­mi, içə­ri­də bir-bi­ri­lə xo­sun­la­şan sə­fər yol­daş­la­rı, tran­zit­lə ge­dən ya­rı­yu­xu­lu sər­ni­şin­lər və öz-özüy­lə, fi­kir­lə­riy­lə tək qa­lan bən­də­niz. Təy­ya­rə bir müd­dət ye­rin­də gu­rul­da­yan­dan, sı­zıl­da­yan­dan, tit­rə­yən­dən son­ra ye­rin­dən gö­tü­rül­dü, mən də baş­qa­la­rı ki­mi ürə­yim­də "Al­lah kö­mə­yi­miz ol­sun" de­dim və ye­ri­mi ra­hat­la­dım.

Gö­yər­çin bar­maq­lı, gü­lə­rüz stüar­des­sa bi­zi təh­lü­kə­siz­lik va­si­tə­lə­rin­dən agah et­dik­dən son­ra film baş­la­dı. "Ter­mi­na­tor­"un növ­bə­ti se­ri­ya­sıy­dı. Əzə­lə­lə­ri­nə gü­nə­ba­xan ya­ğı sürt­müş (bi­zim ba­zar­da­kı­lar mey­və­lə­ri bu cür yağ­la­yır­lar) Şvarts­neg­ger, Ka­li­for­ni­ya­nın in­di­ki qu­ber­na­to­ru, pu­lem­yo­tun gül­lə­lə­ri­ni ya­ğış ki­mi adam­la­rın ba­şı­na yağ­dı­rır­dı. Yo­ru­cu və ta­nış mən­zə­rəy­di. Ki­no­re­jis­sor­la­rın, "pro­kat­çik"­lə­rin man­yak­lı­ğı­na söz ola bil­məz­di. Sa­diz­min tə­rəf­dar­la­rı olan ta­ma­şa­çı­lar bu mə­zə­rə­ni bö­yük ləz­zət­lə seyr elə­yir­di­lər.

Mən qu­laq­cıq­la­rı çı­xar­dım, ra­dio­ya qo­şul­dum. Ka­nal­la­rın bi­rin­də "sek­si­lər" səs­lə­nir­di, di­gə­rin­də "İn­şal­lah" mah­nı­sı­nın hə­zin sə­da­sı ada­mı sa­kit­ləş­di­rir­di. Bu mah­nı­nı mən ilk də­fə təx­mi­nən beş il bun­dan əv­vəl Mosk­va­da olar­kən eşit­miş­dim. Uşaq­lıq dos­tum El­mir "Xim­ki"­də­ki bi­na­nın 22-ci mər­tə­bə­sin­də maq­ni­to­fo­nu oxu­dur­du. Mah­nı xo­şu­ma gəl­miş­di. "Bi­lir­sən, oxu­yan kim­di?" - de­yə so­ruş­du. Mən onu İq­le­sia­sa, son­ra Co Das­se­nə bən­zət­dim. "Sal­va­tor Ada­mo­dur", - de­di. O za­man mən bu mü­ğən­ni­ni kəşf elə­dim. Ba­kı­ya qa­yı­dan­da El­mir o dis­ki mə­nə ba­ğış­la­dı. İn­di bu mah­nı­nı eşi­dən­də qor­xum yo­xa çıx­dı. Sə­ma­nın ən­gin­li­yin­də Tan­rı­ya ya­xın bir yer­də "İn­şal­lah" oxu­nur­du­sa, de­mə­li, in­şal­lah Ba­kı­ya da sağ-sa­la­mat ça­ta­caq­dım.

Təy­ya­rə ha­va li­ma­nı­na enən­də me­qa­po­li­sə çev­ri­lən şə­hə­rə bax­dım. Qər­bin və Şər­qin qovu­şa­ğın­da yer­lə­şən şə­hər get­dik­cə daş qə­bi­ris­tan­lı­ğı­na bən­zə­yir­di. Da­şa, as­fal­ta bu qə­dər sev­gi har­da­nıy­dı, gö­rən? Hün­dür tə­pə­lər­də­ki bi­na­lar Man­het­ten­də­ki əkiz bi­na­la­ra ox­şa­yır­dı. Teh­ra­nı da bir vaxt­lar mən bu cür gör­müş­düm. Si­vi­li­za­si­ya­la­rın ha­mı­sı­nın axı­rı bir yer­də qur­ta­rır - daş­lıq­da. Daş ürək­lər, qəlb­lər, kor­şal­mış hiss­lər, yo­xa çı­xan və tut­ya ki­mi ax­ta­rı­lan mər­hə­mət, hu­ma­nizm. Adam­lar qo­cal­dıq­ca hu­ma­nist­lə­şir, si­vi­li­za­si­ya yaş­laş­dıq­ca az­ğın­la­şır.

Gün­dən-gü­nə ar­tan, uca­lan bi­na­la­ra bax­dıq­ca ev­siz-eşik­siz adam­la­rı dü­şü­nür­düm, on­lar öl­kə­də on min­lər­lə­di, am­ma bu qə­dər bi­na­lar kim­sə­siz­lik­dən qa­ran­lı­ğa qərq olub...

Ev­də lən­gi­mə­dim, Fa­ti­mə­gi­lə get­dim. On­la­rın ev ün­va­nı­nı İs­tan­bul­da olar­kən Yıl­maz bəy­dən al­mış­dım, Fa­ti­mə xa­nı­mın uni­ver­si­te­tə gön­dər­di­yi ca­vab mək­tu­bu­nun su­rə­ti­ni də özüm­lə gö­tür­müş­düm.

La­zım olan ün­va­nı tap­maq asan ol­ma­dı. Şə­hər ta­mam də­yiş­miş­di. Park­la­rı hün­dür bi­na­lar və ka­fe­lər, sə­ki­lə­ri ma­ğa­za­lar əvəz elə­miş­di. Nə­ha­yət, ax­tar­dı­ğım bi­na­nı tap­dım. Bir za­man­lar bur­da, ba­la­ca par­kın or­ta­sın­da ca­van­la­rın sev­di­yi "Nər­giz" pi­və­xa­na­sı var­dı. İn­di o yo­xa çıx­mış­dı.
Ma­şın əlin­dən tər­pən­mək müm­kün de­yil­di. Hə­ya­sız və na­dan sü­rü­cü­lər ma­şın­la­rı­nı har­da gəl­di sax­la­mış­dı­lar. "İ­no­mar­ka"­lar pi­ya­da yo­lu­nu bağ­la­mış­dı­lar. On­la­rın ün­va­nı­na lə­nət yağ­dır­maq­dan sa­va­yı əlim­dən heç nə gəl­mə­di.

Fa­ti­mə­gil də tə­zə bi­na­dan ev al­mış­dı­lar, da­ha doğ­ru­su, köh­nə məh­lə­miz sö­kü­lən­də ona da pay düş­müş­dü.

Su­suz­la­mış­dım. Mar­ke­tə gi­rib su al­dım. Qo­ca bir qa­rı çö­rə­yin dörd­də bi­ri­ni al­maq is­tə­yir­di. Sa­tı­cı isə ver­mək fik­rin­də de­yil­di.

- Bu­nun qa­la­nı­nı ki­mə sa­tım, - de­yə don­qul­da­nır­dı.

Qa­dın ya­zıq nə­zər­lə­ri­lə mə­nə bax­dı. O, əs­təğ­fü­rul­lah, sü­mük göz­lə­yən it­lə­rə ox­şa­yır­dı, göz­lə­ri lap xır­da­laş­mış­dı, bə­bək­lə­ri­ni ağ pər­də ört­müş­dü. İn­di o, mə­ni, yə­qin ki, hu­ri - mə­lə­yə ox­şa­dır­dı. Qa­rı­nın ba­xış­la­rı­nı oxu­maq elə də çə­tin de­yil­di: "Bəl­kə sən kö­mək edə­sən?!"
- O çö­rə­yi bü­töv­lük­də qa­rı­ya ver, pu­lu­nu mən­dən çı­xar­san, - de­dim və sa­tı­cı­ya on ma­nat uzat­dım.
Sa­tı­cı uta­nan ki­mi ol­du, bir ba­la­ca qı­zar­dı da:

- Mə­ni düz ba­şa düş, qar­da­şoğ­lu, qon­şu­la­rın ço­xu çö­rə­yi nis­yə alır. Mil­yar­der öl­kə­də də çö­rə­yi nis­yə alar­lar?! Bağ­la­ya­cam bu­ra­nı! - de­yə özü­nə bə­raət qa­zan­dır­dı və çö­rə­yi qa­rı­ya ver­di.
Qa­rı çö­rə­yi alıb tor­ba­sı­na qoy­du və çox zə­if səs­lə "sağ ol, çox sağ ol" de­yib be­li­ni bü­kə-bü­kə uzaq­laş­dı. Mə­nə elə gəl­di ki, o qa­rı­nı ön­cə­lər har­da­sa gör­mü­şəm.

Çö­lə çıx­dım. Qa­rı əli­ni tor­ba­ya sa­lıb eşə­lə­nir­di, yə­qin ki, çö­rə­yin böy­rün­dən qo­pa­rıb ye­mək is­tə­yir­di. Tü­kü tö­kül­müş bir pi­şik onun bö­yür-ba­şı­na fır­la­nır­dı. Qa­rı çö­rək­dən kə­sib ona at­dı, pi­şik çö­rə­yi iy­lə­di, am­ma ye­mə­di və iki­qat əyil­miş qa­rı­nın tu­ma­nı­na sür­tün­mək­də da­vam elə­di. Qa­rı­nın onu qov­ma­ğa he­yi qal­ma­mış­dı, bəl­kə də pi­şik özü­nün­küy­dü de­yən ya­nın­dan qov­mur­du...
Nə­ha­yət, ün­va­nı tap­dım.

Bi­rin­ci mər­tə­bə­sin­də "Ra­mal" ma­ğa­za­sı yer­lə­şən bi­na on üç mər­tə­bə­liy­di. Onun ya­nın­da­kı zi­bil­lik­də bir ki­şi ilə qa­dın eşə­lə­nir­di. Du­rub bax­dım. Qa­dın nə­sə tap­mış­dı, ki­şi onun əlin­dən al­maq is­tə­yir­di.

"Bi­lir­sən, bi­zim­lə av­ro­pa­lı­la­rın ara­sın­da fərq nə­dir?" Bu sua­lı mə­nə bir za­man­lar yaş­ca bö­yük həm­ka­rım ver­miş­di. Ba­şı­mı bu­la­mış­dım. "Fərq on­da­dır ki, av­ro­pa­lı­lar öz və­tən­lə­ri­nin zi­bil­li­yin­də eşə­lən­mə­yi qür­bət­də fi­ra­van ya­şa­maq­dan üs­tün tu­tur­lar". Hə­min həm­ka­rı­mın bu fi­kir­lə­ri­ni ya­dı­ma sa­lan­da ürə­yim­də Ulu Ya­ra­da­na şü­kür elə­dim. Şü­kür elə­dim ki, "a­xı­rı biz də və­tə­ni­mi­zin zi­bil­li­yin­də eşə­lən­mə­yi qür­bət­də yax­şı ya­şa­maq­dan üs­tün tu­tu­ruq". Bi­li­rəm ki, sar­saq fi­kir­di...
Bi­na­nın on­bi­rin­ci qa­tı­na pi­ya­da qalx­dım, lift iş­lə­mir­di. Be­şin­ci mər­tə­bə­yə ça­tan­da da­ya­nıb nə­fə­si­mi dər­dim. Yan otaq­dan qat­ma­qa­rı­şıq me­lo­di­ya eşi­di­lir­di. Mu­si­qi­nin söz­lə­ri­ni an­la­ya bil­mə­dim. De­yə­sən, azər­bay­can­ca oxu­yur­du­lar.

Nə­ha­yət, çat­dım. Çin is­teh­sa­lı olan də­mir qa­pı­nı as­ta­ca döy­düm və bir müd­dət göz­lə­dim. İçə­ri­dən səs gəl­mə­di. Yə­qin ki, eşit­mə­di­lər. Çün­ki qa­pı­nın sə­si yax­şı çıx­mır­dı. Ona gö­rə də qa­pı­nı tə­zə­dən, am­ma bir az bərk­dən dö­yə­si ol­dum. Aha, eşit­di­lər. Ayaq səs­lə­ri qa­pı­ya ya­xın­laş­dı və qa­pı­nın o bi­ri üzün­də­ki adam kim­li­yi­mi xə­bər al­dı. De­yə­sən, Fa­ti­mə xa­nım özüy­dü. Mən kim­li­yi­mi de­dim, köh­nə qon­şu­la­rı ol­du­ğu­nu ya­dı­na sal­dım.

O, mə­ni xey­li sor­ğu-sua­la tut­du, ki­min oğ­lu ol­du­ğu­mu, han­sı işin qul­pun­dan ya­pış­dı­ğı­mı tək­rar-tək­rar so­ruş­du, am­ma xa­tır­la­ma­dı. Gö­rü­nür, ta­nı­maq is­tə­mir­di, han­sı­sa keç­miş xa­ti­rə mə­ni ta­nı­maq­dan çə­kin­di­rir­di. Nə­ha­yət o:

- İn­di qon­şu­la­ra da eti­bar qal­ma­yıb, özü də köh­nə­sin­dən ola, - de­di.
Mən onun ey­ham­la­rı­nı ba­şa düş­düm. Köh­nə qon­şu­lar keç­miş­də­ki eti­bar­dan is­ti­fa­də edib borc pul alır­dı­lar, am­ma qay­tar­mır­dı­lar. Zə­ma­nə də­yiş­miş­di. Elə adam­lar da. Mən dü­ba­rə de­dim ki, elə-be­lə qon­şu de­yi­ləm, ya­za­ram, bəl­kə də mə­ni te­le­vi­zor­da gö­rüb, am­ma ta­nı­ma­yıb. Qa­pı­nın da­lın­da­kı səs mə­ni ye­nə də ta­nı­ma­dı­ğı­nı de­di.

- Mə­həm­məd­dən xə­bər gə­tir­mi­şəm, - de­dim.
Mə­nim bu qə­fil xə­bə­rim­dən o, özü­nü itir­di, sə­si­ni xırp kəs­di. Yə­qin, mə­nə nə ca­vab ve­rə­cə­yi­ni dü­şü­nür­dü. Son­ra as­ta səs­lə, az qa­la pı­çıl­tıy­la:
- Tür­ki­yə­dən gəl­mi­sən? - de­yə xə­bər al­dı.
­O­nun sua­lı­na ca­va­bın­da mən də as­ta­dan de­dim ki, Tür­ki­yə­dən gəl­mi­şəm və Mə­həm­məd ba­rə­də va­cib xə­bər var.

Bun­dan son­ra o, qa­pı­nı az­ca ara­la­dı, mə­ni baş­dan aya­ğa qə­dər süz­dü. Üst-ba­şı­ma bax­dı, de­yə­sən, nor­mal adam ol­du­ğu­ma inan­dı, qa­pı­nı ta­mam açıb:
- Gə­lin, - de­di və kə­na­ra çə­kil­di.
Mən içə­ri keç­dim. Kan­dar qa­ran­lı­ğıy­dı. Ca­van bir qız ara­lı­da da­yan­mış­dı. O da Fa­ti­mə xa­nım ki­mi hi­cab­lıy­dı və ba­xış­la­rıy­la bi­zi iz­lə­yir­di.

- Anam, sən get dərs­lə­ri­ni ha­zır­la, - de­yə Fa­ti­mə xa­nım qı­za bu cür mü­ra­ciət elə­di, son­ra mə­nə tə­rəf dö­nüb, - ana­mın adı­nı qoy­mu­şuq, onu xa­tır­la­yar­sı­nız, yə­qin.
Mən onun son söz­lə­ri­ni ba­şım­la təs­diq­lə­dim. Ca­van qız yan ota­ğa keç­di, biz isə qo­naq ota­ğın­da otur­duq.

Qo­naq ota­ğı da ya­rı­qa­ran­lıq idi. Bu cür ala­to­ran mü­hit adam­da bəd­bin əh­val ya­ra­dır. Uzun müd­dət be­lə bir mə­kan­da ya­şa­san, gör­mə qab­liy­yə­ti­ni də iti­rər­sən. Am­ma, de­yə­sən, bu, ev sa­hib­lə­ri­nin ve­ci­nə de­yil­di.
­O­tur­du­ğum di­van köh­nəy­di, yum­şaq­lı­ğı it­miş­di. Gü­man ki, köh­nə evin ya­di­ga­rıy­dı.
Fa­ti­mə xa­nım:
- İn­di si­zə çay gə­ti­rə­rəm, - de­yə­rək, mət­bə­xə keç­di və mə­nim:

- Zəh­mət çək­mə­yin, - söz­lə­ri­mi qu­la­qar­dı­na vur­du.

O gə­lə­nə ki­mi ət­ra­fa göz gəz­dir­dim. Ser­vant­da bir ne­çə şə­kil var­dı. Du­rub on­la­ra ya­xın­laş­dım, diq­qət­lə bax­dım. Mə­həm­mə­din uşaq­lıq şək­li, ba­cı­sı ilə bir­gə da­ya­nıb, gö­rü­nür, köh­nə məh­lə­də çə­ki­lib. Mə­həm­mə­din əy­nin­də ağ, uzun alt pal­ta­rı var, be­lə­lə­ri­ni qo­ca ki­şi­lər ge­yi­nir. Ba­cı­sı­nın uzun­qol köy­nə­yi və uzun tu­ma­nı var, ba­şı­na yay­lıq bağ­la­yıb. Hər iki­si nə­yə­sə ba­xıb gü­lür, göz­lə­ri­ni də az­ca­na qı­yıb­lar. Yu­si­fin duş­xa­na­sı­nın böy­rü gö­rü­kür, ən­cir ağa­cı­nın köl­gə­si ora dü­şür­dü.
Son­ra Mə­həm­mə­din ca­van­lıq şək­li gə­lir­di. O, bu şək­li, yə­qin, şə­rəf löv­hə­si üçün çək­di­rib­miş. Mə­nə be­lə gəl­di. Qa­raqaş, qa­ragöz bu oğ­lan hə­min vaxt nə dü­şü­nür­müş, gö­rən? Fi­kir­li­dir, san­ki, qar­şı­da onu ağır dö­yüş göz­lə­yir. "İn­di har­da­dır?" - de­yə özüm-özü­mə pı­çıl­da­dım və nə­dən­sə onun gü­nah­sız­lı­ğı­na inan­dım.

Fa­ti­mə xa­nım bir az­dan məc­mə­yiy­lə bir­gə qa­yıt­dı. Ça­yı sto­lun üs­tü­nə qoy­du, mə­nim şə­kil­lə­rə diq­qət­lə bax­dı­ğı­mı gö­rüb:

- Köh­nə məh­lə­mi­zi ta­nı­dı­nız, yə­qin? - Ba­şım­la təs­diq­lə­dim. - Mə­həm­məd bu şək­li Tür­ki­yə­yə get­məz­dən ön­cə çək­dir­miş­di, - de­yə əla­və elə­di.
- Hə... - Mən do­da­ğı­mın al­tın­da mı­zıl­dan­dım.

- Ça­yı­nı­zı için. Lən­kə­ran ça­yı­dır, rəng qa­tı­lan­lar­dan de­yil.
Mən ye­ri­mə qa­yıt­dım. Fa­ti­mə xa­nım bö­yür­də­ki kres­lo­da otur­du, ba­şı­nı aşa­ğı sal­dı. O, yə­qin ki, mə­nim da­nış­ma­ğı­mı göz­lə­yir­di. Mən nə­dən baş­lay­aca­ğı­mı bil­mir­dim. Onun göz­lə­mə­yə höv­sə­lə­si çat­ma­dı və ba­şı­nı qal­dı­rıb:

- Mə­həm­mə­di gör­dü­nüz­mü? - so­ruş­du.
Mən ca­vab ver­məz­dən ön­cə onun üzü­nə diq­qət­lə bax­dım. San­ki hi­ca­bın al­tın­dan mə­nə zil­lə­nən göz­lər Zü­ley­xa­nın­kıy­dı. Am­ma si­fət o de­yil­di. On­da da­ha çox əzab var­dı, mən­sə Zü­ley­xa­nı sağ­lam və ca­van ki­mi ya­dım­da sax­la­mış­dım. O, mə­nim diq­qət­lə bax­dı­ğı­mı gö­rüb hə­yəcan­la­nan ki­mi ol­du, qı­zar­dı, yay­lı­ğı­nı dü­zəlt­di.

Mən:

- Or­da de­di­lər ki, Mə­həm­məd yo­xa çı­xıb, siz bi­lən har­da olar? - de­yə sua­la sual­la ca­vab ver­dim.
O, du­rux­du. Qə­ri­bəy­di ki, heç ni­ga­ran ol­ma­dı da. San­ki hər şey­dən xə­bə­ri var­dı. "Bu ne­cə ana­dır?!" Öz­lü­yüm­də hey­rət­lən­dim. Son­ra Fa­ti­mə xa­nım hüzn­lü səs­lə:

- Biz heç nə bil­mi­rik, - de­di, - elə bi­lir­dim, siz nə­sə bi­lir­si­niz.
- Mə­həm­mə­din yo­xa çıx­ma­sı­nı si­zə İs­tan­bul­dan da xə­bər ve­rib­lər. Heç na­ra­hat ol­ma­dı­nız­mı?
Fa­ti­mə xa­nım ye­nə də sus­du. Mən da­vam elə­dim:
- Si­zin ba­cı­nız var­dı, Zü­ley­xa. On­dan xə­bə­ri­niz var?
Zü­ley­xa adı­nı eşi­dən­də san­ki onu ilan vur­du, ağ­zı-gö­zü əyil­di, kirpik­lə­ri səy­ri­mə­yə, do­daq­la­rı və əl­lə­ri tit­rə­mə­yə baş­la­dı.

- On­dan da­nış­ma! O, ka­fir­dir! - de­yə üzü­mə bo­zar­dı.
- Onun haq­qın­da keç­miş za­man­da da­nış­sa­nız yax­şı­dır, - de­dim, - çün­ki o, yox­dur, o, ölüb, da­ha doğ­ru­su, öl­dü­rüb­lər.
Mə­nim bu söz­lə­rim Fa­ti­mə xa­nı­ma tə­sir elə­mə­di. Gö­rü­nür, o, ölüm­dən xə­bər­dar idi, bəl­kə də bu qa­ra xə­bər onun ve­ci­nə de­yil­di.

- Mə­həm­məd­dən şüb­hə­lə­nir­lər, - de­dim, - onun adı bir ter­ror­çu­nun gün­də­li­yin­dən ta­pı­lıb.
- Mə­həm­mə­din o qan­cı­ğı öl­dür­mə­si­nə inan­mı­ram. Am­ma öl­dü­rüb­sə, sü­dü­mü ona ha­lal edi­rəm.
- O, si­zin ba­cı­nız idi, onun haq­qın­da bu qə­dər qan­sız ni­yə da­nı­şır­sı­nız ki?! - hey­rə­ti­mi giz­lət­mə­dim.
Fa­ti­mə xa­nım hik­kə ilə:

- Siz heç nə bil­mir­si­niz. Siz onu ta­nı­mır­sı­nız! - de­di. Son­ra o bi­ri ota­ğa ke­çib, "Hür­riy­yət+" qə­ze­ti­nin bir ne­çə nüs­xə­si­ni gə­tir­di və sto­lun üs­tü­nə at­dı. - Ba­xa bi­lər­si­niz, adam on­la­ra ba­xan­da özü özün­dən iy­rə­nir. Əs­lin­də, mən on­la­ra əl vur­ma­ma­lı­yam, ki­ta­bı­mız bu­na ica­zə ver­mir, am­ma məc­bu­ram.

Qə­zet­lə­ri bir-bir sə­hi­fə­lə­yib bax­dım. "Hür­riy­yət+­"in əla­və­lə­riy­di. Zü­ley­xa­nın ya­rı­çıl­paq şə­kil­lə­ri qə­ze­ti "bə­zə­yir­di". Şə­kil­lə­rin ha­mı­sı, de­mək olar ki, ey­ni po­za­da çə­kil­miş­di. O, nə is­tə­di­yi­ni bi­lən qa­dın­lar­dan idi və in­di də be­ləy­di. Gü­lər ala göz­lər, ov­sun­lu ba­xış, ağap­paq diş­lər. Zü­ley­xa, san­ki diş­lə­ri­nin ağ­lı­ğı­nı gös­tər­mək üçün gü­lür­dü... Diş­lə­ri Zü­ley­xa­nın key­fiy­yət mar­ka­sı, müa­sir dil­də de­sək, bren­diy­di.

Fa­ti­mə xa­nım:
- Siz hə­lə bu in­ter­vü­yə (mü­sa­hi­bə­yə) ba­xın, - de­di və sa­ral­mış sə­hi­fə­lər­dən bi­ri­ni mə­nə gös­tər­di.
Qə­ze­tin ta­ri­xi­nə bax­dım:

- Bu, çox­da­nın mü­sa­hi­bə­si­di, düz on il əv­və­lin, - de­dim.
- Nə ol­sun ki? Siz qə­ze­tin ta­ri­xi­nə yox, onun için­də­ki­nə, mə­na­sı­na ba­xın. O, bi­zi ələ sa­lır. Bi­zə nif­rət edir. Bir bu­na ba­xın. Oxu­yun!

Mən al­tın­dan qır­mı­zı xət­lər çə­kil­miş sə­tir­lə­ri oxu­ma­ğa baş­la­dım: "Mə­nim əkiz ba­cım var­dı. Fa­ti­mə adın­da. Gü­nü­nü Al­la­ha, Tan­rı­ya iba­dət­lə ke­çi­rir­di, ba­bam­la nə­nə­min di­zi­nin di­bin­də otu­rub, höc­cə­lə­yə-höc­cə­lə­yə Qu­ran oxu­yur­du. Na­maz qı­lır­dı. Ge­cə-gün­düz ərə get­mək haq­qın­da fi­kir­lə­şir­di. İna­nı­ram ki, o, Alla­ha dua edən­də də özü­nü yox, gə­lə­cək əri­ni fi­kir­lə­şir­di. O, bəd­bəxt adam idi. İn­di­nin özün­də də onun xoş­bəxt ol­du­ğu­na inan­mı­ram. Qor­xu­ram ki, uşaq­la­rı­nı da özü ki­mi bəd­bəxt edə. İm­ka­nım ol­say­dı, onun uşaq­la­rı­nı ya­nım­da sax­la­yar­dım. Ame­ri­ka­ya, Fran­sa­ya oxu­ma­ğa gön­də­rər­dim. Qoy, oxu­yub adam ol­sun­lar. Hə­ya­tı se­və bil­sin­lər..."

Son­ra müx­bi­rin ai­lə hə­ya­tı qu­rub-qur­ma­ya­ca­ğı ba­rə­də sua­lı və Ha­kan bəy ad­lı bir pop­mu­si­qi­çiy­lə tə­zə eş­qi ba­rə­də sua­lı gə­lir­di. Zü­ley­xa "er­kək­lər­də sə­da­qət yox­dur. Mən on­la­ra heç za­man kö­nül ver­mə­rəm. Vü­cud baş­qa, kö­nül baş­qa. Bi­rin­ci ha­mı­ya məx­sus ola bi­lər, ikin­ci­si yal­nız mə­nim özü­mə məx­sus­dur" ca­va­bı­nı ve­rir­di.

Da­ha son­ra müx­bir Zü­ley­xa xa­nı­mın zöv­qü ilə ma­raq­la­nır­dı, han­sı pal­tar­la­ra üs­tün­lük ver­di­yi­ni, han­sı xö­rək­lə­ri sev­di­yi­ni so­ru­şur­du. Ca­vab­lar ha­mı­sı Zü­ley­xa xa­nı­mın dü­şün­cə­lə­ri­nə və xa­rak­te­ri­nə uy­ğu­nuy­du. Am­ma mə­ni hey­rət­lən­di­rən baş­qa ca­vab idi. "Co­cuq­luq ar­ka­daş­la­rı­mın tez-tez mə­ni qo­naq et­dik­lə­ri şo­ko­lad­lı don­dur­ma­la­rı xa­tır­la­yı­ram. Dün­ya­da on­lar­dan ləz­zət­li­si yox­dur. Heyf ki, nə co­cuq­luq var, nə də hə­min şo­ko­lad­lar və sə­mi­miy­yət. Mən on­lar­çün da­rı­xı­ram..."
O, bi­zi unut­ma­mış­dı. Ha­mı­nın əx­laq­sız he­sab et­di­yi Zü­ley­xa keç­mi­şin xif­fə­ti­ni çə­kir­miş.
Mə­ni fi­kir­lər­dən Fa­ti­mə xa­nı­mın hik­kə­li sə­si ayır­dı:

- Gör­dü­nüz, nə de­yir? O, bi­zi aləm­də rüs­vay elə­yib...
- Bu qə­zet­lə­ri si­zə kim gön­də­rir­di?

- Ki­min gön­dər­di­yi­ni bil­mi­rəm, am­ma bu cür qə­zet­lər mün­tə­zəm ola­raq bi­zə gə­lir­di. On­la­rın ço­xu­nu cı­rıb at­mı­şam ki, uşaq­la­rın əli­nə düş­mə­sin.
Mən ürə­yim­də onun­la qis­mən ra­zıy­dım, da­ha doğ­ru­su, ra­zı­lıq not­la­rı hər­dən ağ­lım­dan ke­çir­di. Be­lə ba­xan­da, Zü­ley­xa ha­mı­mı­za xə­ya­nət elə­miş­di. Qə­fil yo­xa çı­xan­dan son­ra, san­ki, işı­ğı­mı­zı, ha­va­mı­zı, se­vin­ci­mi­zi də özü ilə apar­mış­dı. Am­ma baş­qa bir Zü­ley­xa da var­dı. Se­vən ürək­li, ca­zi­bə­dar, özü de­miş, na­ğıl­lar­dan gəl­miş bir gö­zəl. Və in­di onun mü­sa­hi­bə­si­ni oxu­yan­da bi­zi unut­ma­dı­ğı­nın şa­hi­di ol­dum, Fa­ti­mə xa­nı­ma, ta­le­yə eti­raz elə­dim:

- O, ni­yə öl­mə­liy­di axı?! Yal­nız bu söz­lə­rə və azad ya­şa­maq eş­qi­nə gö­rə­mi?! - de­yə qeyz­lə so­ruş­dum.
Fa­ti­mə xa­nım əsə­bi hal­da sua­la sual­la ca­vab ver­di:
- Siz bu­na azad ya­şa­maq de­yir­si­niz? O, yo­lu­nu az­mış­dı, ai­lə­mi­zi bia­bır elə­miş­di?! Bu ya­zı­la­rı oxu­yan­lar nə dü­şü­nə bi­lər?! Mü­qəd­dəs bir ai­lə­nin öv­la­dı, imam ki­mi bir ba­ba­nın nə­və­si əx­laq­sız­mı ol­ma­lıy­dı?!

- Mən si­zi ba­şa dü­şü­rəm, - ara­da­kı gər­gin­li­yi azalt­maq üçün sə­si­min to­nu­nu aşa­ğı sal­dım, - am­ma Mə­həm­mə­din bur­da nə gü­na­hı? Mə­həm­mə­di bu işə ni­yə qat­ma­lıy­dı­nız ki?
Fa­ti­mə xa­nım da sa­kit­ləş­di və az qa­la pı­çıl­tı­ya keç­di:

- Mə­həm­məd özü də bu­nu is­tə­yir­di. Tür­ki­yə­yə ge­dən­dən bir ay son­ra ge­ri qa­yıt­dı, de­di ki, Zü­ley­xa­nın şək­li­ni in­ter­net­di-nə­di on­da gö­rüb, te­le­vi­zor­da da ağ­lı­na gə­lə­ni da­nı­şır­mış. İla­hiy­yat fa­kül­tə­si­nin tə­lə­bə­si, Qu­ran oxu­yan, na­maz qı­lan gən­cə bu mən­zə­rə­lər ne­cə tə­sir edə bi­lər­di. Əgər bil­səy­di­lər ki, Zü­ley­xa ki­mi bir f... (sö­zü­nün da­lı­nı gə­tir­mə­di) Mə­həm­mə­din xa­la­sı­dır, o özü­nü ne­cə hiss edər­di. Mən də ona de­dim ki, İs­tan­bu­la qa­yıt və onu öl­dür. Elə be­lə də de­dim: "Get o qan­cı­ğı öl­dür!"

Fa­ti­mə xa­nım da­nı­şa-da­nı­şa özü də bil­mə­dən ye­nə də sə­si­ni qal­dı­rır­dı. Sə­sə qı­zı yan otaq­dan çıx­dı və:
- Ana! - de­di.
Fa­ti­mə xa­nım onun ey­ha­mı­nı, yə­ni "qon­şu­lar eşi­dər", ona gö­rə də sə­si­nin "xo­du­nu" al­sın ey­ha­mı­nı ba­şa düş­dü və:

- Cə­hən­nə­mə eşit­sin­lər! On­suz da aləm­də rüs­vay ol­mu­şuq, - de­yə qış­qır­dı. - Biz na­mus­lu adı­mı­zı qo­ru­yaq, bir lə­çər də kef çək­mək üçün onu lə­kə­lə­sin?! - Fa­ti­mə xa­nı­mın bu qey­zin­də Zü­ley­xa­ya qar­şı qıs­qanc­lıq hiss­lə­ri­ni sez­mə­mək müm­kün de­yil­di. - Qoy, o get­sin, dün­ya­nı gəz­sin, kef elə­sin, biz­sə bia­bır olaq, su­saq! Be­lə­si­nə ölüm də az­dır!
Qı­zı qu­laq­la­rı­nı tu­tub öz ota­ğı­na qa­yıt­dı.

Mən:
- Hər hal­da in­sa­na cə­za­nı Tan­rı ver­mə­li­dir, bən­də yox! - de­yə eti­raz elə­dim.
- Onu mən siz­dən də yax­şı bi­li­rəm, am­ma siz çox şe­yi bil­mir­si­niz. İn­di mən da­nı­şım, siz də yax­şı-yax­şı qu­laq asın.
- Din­lə­mə­yə ha­zı­ram. Mə­nim qu­laq­la­rım si­zin ix­ti­ya­rı­nız­da­dır, - de­dim.
O, baş­la­dı, özü də nə baş­la­dı. Zü­ley­xa­nın sə­hər­dən ax­şa­ma ki­mi kü­çə­lə­ri do­laş­ma­sın­dan, vi­deo­bar­la­ra get­mə­sin­dən, poz­ğun por­no­film­lə­rə bax­ma­sın­dan...



- O, di­şi ca­na­var idi, vəh­şiy­di. Bir də gö­rür­dün ki, ev­dən çıx­dı və ge­cə qa­yıt­dı. Xü­su­sən də atam də­niz­də olan­da. Ba­bam xəs­tə yat­dı­ğın­dan anam ona bax­ma­ğa get­miş­di. Biz ev­də tək idik. Mən Zü­ley­xa­nın at­ma­ca­la­rın­dan, söh­bət­lə­rin­dən qor­xur­dum. Çün­ki lap uşaq­lıq­dan kənd­də, ba­bam­gil­də bö­yü­müş­düm, Qu­ran oxu­muş­dum, na­maz qıl­mış­dım, mən ağ­zı­dua­lı bir adam idim. O kənd iman­lı adam­la­rın ye­ri­dir. Qız-gə­li­ni üzü-ba­şı açıq gör­məz­sən. Bü­tün şə­hər də­ni­zə axı­şan­da bu kən­din ba­şı­bağ­lı­la­rın­dan heç bi­ri çö­lə çıx­mır­dı. İs­ti­də ya­nar­dı­lar, am­ma də­ni­zə get­məz­di­lər. Adam­lar də­ni­zə mü­qəd­dəs var­lıq ki­mi ba­xır­dı­lar.

Onu mur­dar­la­maq is­tə­mir­di­lər. Çün­ki də­niz adam­la­ra çö­rək ve­rir­di, bə­rə­kət gə­ti­rir­di. Zü­ley­xa ki­mi adam­la­rın si­fə­tin­dən­dir ki, o da biz­dən küs­dü. İn­di də­niz­də də­niz­lik qal­ma­yıb... Mən hər­dən ev­dən ba­yı­ra çı­xır­dım, köh­nə məh­lə­miz üçün da­rı­xan­da ata evi­nə gə­lir­dim... Bir ax­şam Zü­ley­xa ye­nə də ev­dən çıx­dı və ge­cə qa­yıt­dı. Ota­ğı­ma gi­rib gü­lə-gü­lə, mə­ni cır­na­da-cır­na­da qə­ri­bə bir ki­no­ya bax­dı­ğı­nı de­di. Onun qə­ri­bə say­dı­ğı ki­no­da ki­şi­lər və qa­dın­lar min hoq­qa­dan çı­xır­dı­lar. Zü­ley­xa­nın hə­rə­kət­lə­ri ba­rə­də ata­ma de­mək­dən qor­xur­dum. Zü­ley­xa mə­ni hə­də­lə­miş­di ki, ata­ma, ya ana­ma bir söz de­səm, Yu­si­fi yol­dan çı­xa­ra­caq...

Bu söz­lər­dən son­ra o, sus­du. Mən pau­za­dan is­ti­fa­də edib so­ruş­dum:
- Yu­si­fin mə­sə­lə­yə nə dəx­li?
Fa­ti­mə xa­nım du­rux­du. Nə­sə fi­kir­ləş­di və han­dan-ha­na de­di:
- Bəl­kə də mən bun­la­rı si­zə de­mə­mə­li­yəm, am­ma oğ­lu­mun və hə­qi­qə­tin xa­ti­ri­nə, mü­qəd­dəs­lə­ri­mi­zin ru­hu na­mi­nə de­yə­cəm. Mən Yu­si­fə vu­rul­muş­dum...
- Mə­sə­lə ay­dın­dır, - de­dim, - siz Zü­ley­xa­nı Yu­si­fə qıs­qa­nır­mış­sı­nız.

- Yox, söh­bət qıs­qan­maq­dan get­mir. Sa­də­cə Zü­ley­xa bu­nu qəs­dən edir­di. O, mə­ni məhv elə­mə­yi, al­çalt­ma­ğı qar­şı­sı­na məq­səd qoy­muş­du. Bi­lir­di ki, mə­nim uşaq­lıq­dan Yu­sif­dən xo­şum gə­lir. Am­ma bu, Zü­ley­xa­nın dü­şün­cə­sin­də olan­lar­dan de­yil­di. Yu­sif­dən söz dü­şən­də o, mə­ni ələ sa­lır­dı. Əcaib-qə­raib şey­lər­dən da­nı­şır­dı, ada­mı baş­dan çı­xa­ran səh­nə­lər təs­vir edir­di. Gu­ya ki, mə­nim­lə Yu­sif... Nəy­sə... Zü­ley­xa üçün mü­qəd­dəs heç nə yox idi...
Söh­bə­tin bu ye­rin­də Zü­ley­xa­nın Yu­sif ba­rə­də da­nış­dıq­la­rı­nı xa­tır­la­dım. O, Yu­si­fin ölü­mü­nə is­teh­zay­la ya­naş­mış­dı: "De­mə­li, mən bir şə­hi­din hə­yat­dan na­kam get­mə­si­nə im­kan ver­mə­mi­şəm", - de­miş­di.

- O ha­di­sə­dən son­ra isə...
Fa­ti­mə xa­nım ye­nə də da­nı­şı­ğı­na ara ver­di. Mən söh­bə­tin nə­dən get­di­yi­ni bi­lir­dim. Yu­sif­dən uşa­ğa qal­ma­sı ba­rə­də Zü­ley­xa­nın eti­raf­la­rı qu­laq­la­rım­dan get­mə­miş­di.
- Zü­ley­xa Yu­si­fi yol­dan çı­xa­ra bil­miş­di. Onu de­mək is­tə­yir­si­niz, elə­mi?
- On­la­rın hər iki­si­ni şey­tan yol­dan çı­xar­mış­dı. Mən bu­nu bi­lən ki­mi ata­ma de­dim. Şey­ta­nın məh­lə­mi­zə ha­kim kə­sil­di­yi­nə şüb­həm qal­ma­yan­dan son­ra. Zü­ley­xa özü şey­ta­ni­ləş­miş­di, han­sı­sa na­mə­lum ruh­la­rın ix­ti­ya­rın­day­dı. O, özü­nü itir­miş­di...

Fa­ti­mə xa­nım söh­bə­ti­nə ara ver­di. Nə­sə fi­kir­ləş­di, göz­lə­ri yol çək­di və ça­ya işa­rə ilə:
- Ni­yə iç­mir­si­niz? - de­yə so­ruş­du və aya­ğa du­rub mət­bə­xə keç­di.
Ba­şa düş­düm ki, bo­ğa­zı qu­ru­du­ğun­dan su, ya çay iç­mək is­tə­yir. Mö­min qa­dın­lar ki­şi­lə­rin ya­nın­da ti­kə kəs­məz, su iç­məz­lər.

İn­di or­ta əsr­lər ol­say­dı, Zü­ley­xa­nı daş-qa­laq edər­di­lər, Av­ro­pa­da isə "au­to­da­fe" edər­di­lər, yə­ni di­ri-di­ri ton­qal­da yan­dı­rar­dı­lar. Bi­rin­ci onu ba­cı­sı sa­tar­dı. Bu­na heç bir şüb­həm yo­xuy­du.
Fa­ti­mə xa­nım qa­yıt­dı. Sa­kit­ləş­miş­di. Mə­nim sua­lı­mı göz­lə­mə­dən söh­bə­ti­ni da­vam elət­dir­di:
- Mən Zü­ley­xa­ya gö­rə tez ərə get­dim, da­ha doğ­ru­su, atam mən­dən, gə­lə­cə­yim­dən qorx­du­ğu­na gö­rə tez ərə ver­di. Özüm də qor­xur­dum. Şey­tan mə­ni də yol­dan çı­xa­ra bi­lər­di. O, hər yer­dəy­di.
- Am­ma Zü­ley­xa son­ra gəl­di, - de­yə mən onun mo­no­lo­qu­na mü­da­xi­lə elə­dim, - Ba­kı­ya qa­yıt­dı.
Fa­ti­mə xa­nım:

- Gəl­di, - de­yə mə­nim­lə ra­zı­laş­dı, - bir ara mən onu ba­ğış­la­ma­ğa da ha­zır idim. Hət­ta Du­bay­da yo­xa çı­xan­dan son­ra ha­lı­na acı­dım da. Am­ma bu qə­zet­lər bi­zə gə­lən­də mə­nim əv­vəl­ki hiss­lə­rim də qa­yıt­dı. O, biz­dən əl çək­mək is­tə­mir­di. Şey­tan qa­yıt­mış­dı. Mən onun fə­sad­la­rın­dan qor­xur­dum. Ev­də qız uşa­ğım bö­yü­yür­dü. Zü­ley­xa onun xa­la­sıy­dı. Bir su­yu da qı­za sıç­ra­ya bi­lər­di. Qız­la­rı yol­dan çı­xar­ma­ğa nə var ki. Qə­zet­lər uşa­ğın əli­nə düş­səy­di, bir Al­lah bi­lir, nə­lər ola­caq­dı... Mə­həm­məd İs­tan­bul­dan ya­rım­çıq ge­ri dö­nən­də isə heç nə gö­zü­mə gö­rük­mə­di. Dün­ya ba­şı­ma fır­lan­dı. "Get o qan­cı­ğı öl­dür!" de­dim. O, get­di...

- Və qa­yıt­ma­dı...
- O, qa­yıt­dı, am­ma bu­ra yox, İra­na. Ba­cı-qar­daş­la­rı­mı­zın ya­nı­na. Ame­ri­ka­lı­lar Qa­ra­bağ­da İra­na qar­şı nə­sə ha­zır­la­yır­lar. Biz bu­na yol ver­mə­rik.
- Har­dan bi­lir­si­niz? Mə­həm­məd de­di?
- Bi­li­rəm. Ürə­yi­mə nə­sə da­mıb... - bir qə­dər sus­duq­dan son­ra əla­və elə­di, - te­le­vi­zor­da de­di­lər ki, Ame­ri­ka­nın İra­na ver­di­yi müd­dət ba­şa ça­tır...

Bir qə­dər ön­cə iran­lı həm­ka­rım: "Gö­rən, Ame­ri­ka İra­nı vu­ra bi­lər­mi və əgər vur­sa, azər­bay­can­lı qar­daş-ba­cı­la­rı­mız nə fi­kir­lə­şə­cək?" - de­yə su­al et­miş­di.
Fa­ti­mə xa­nı­mın ön­cə­gö­rü­mü­nün nə qə­dər ger­çək olub-ol­ma­dı­ğı­nı mən so­na qə­dər ba­şa dü­şə bil­mə­dim. Mə­nə elə gəl­di ki, Fa­ti­mə xa­nım də­li olub. Mə­həm­məd ha­ra, İran ha­ra? On­la­rı bir-bi­ri­nə nə bağ­la­yır­dı ki? Sual­lar çox, ca­vab­lar isə yox idi. Hər şey müəm­ma­lıy­dı. Fa­ti­mə xa­nı­mın bö­yü­dü­yü din­dar kənd ki­mi...

Xu­da­ha­fiz­lə­şib get­mək is­tə­yər­kən ev sa­hi­bə­si­nin ca­van qı­zı yan otaq­dan çıx­dı və mə­yus-mə­yus üzü­mə ba­xıb so­ruş­du:
- Qar­da­şım­dan bir xə­bər var? - Ba­şı­mı bu­la­dım. - Mən onu çox is­tə­yi­rəm. Mə­həm­məd çox vic­dan­lı və pak adam idi. Hər şe­yi öy­rən­mə­yə can atır­dı. Ona gö­rə də çox vaxt ça­şır­dı.
- Hə, yə­qin ki...

A­ra­mız­da uzun pau­za ya­ran­dı. Bu­ra­dan çıx­maq la­zım idi. Mə­nə elə gəl­di ki, get­mə­li­yəm, sua­la ca­vab ol­ma­yan yer­də da­yan­maq can­sı­xı­cı­dır.
- Bir şey öy­rə­nə bil­sə­niz, mə­nə də xə­bər ve­rin, - de­dim və vi­zit kar­tı­mı çı­xa­rıb, sto­lun üs­tü­nə qoy­dum.

davamı
XS
SM
MD
LG