Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:46

Elyad Musəvi. Özüm öz əlimdən yapışıb...



1

Özüm öz əlimdən yapışıb
Gəlirəm bu xiyabanlara hər gün
Adamlarla üz-üzə gələndə gülümsən
Məndə hər bir yeri tanıya bilərdim
əlimin içi bir az oxunaqlı olsaydı özümə
yoxsa çoxdandı başqalarına bülbüldü
(pis oxumur)
Üz-üzə gəlirik sənlə…
Necəsiz? Yazırsan?
(kim sorur)
Çoban kimi yox
Bir azca ziyalı ol
Ana sən niyə o ağ geyinən
Sarı saçlı qadın
Deyilsən?
Roman yazıram,
siqar və çörək alım deyə çıxdım eşiyə
Əl tərpədir mənə gülür o oğlanla dostlaşacayıq növbəti sətirdə
Mən evə dönürəm
Adın nədi- xanoğlan?
YAŞAYARAM
YAŞAYARSAN
YAŞAYARIQ
İtmişəm xanım
Siz mənim anam olarsızmı?
Aloo
Hələ də çox sevirəm səni
Bugün görüşdüyümüzdə anladım bunu
Yaxşı saatlar sizə arzılayıram
Xoşca qalın
Lütfən düd səsindən sonra mesaj, ya da telefon nömrəzi buyurun
Şur
Segah
Bayatl-Şiraz
Məni al qucağına
Dünya sizin qucağızda
Adamı nəm-nəcur elir
Oluram
Dünyaya çeşidli gözlərlə baxmaq olar
Qardaş gözü
Sevgi gözü
Dost gözü
Pis göz
….
(əlimi buraxma oğlum)
Bəs haçan
Özüm istədiyim yerə təkbaşıma
gedə biləcəm?
Sənsiz karakterlərin heç biri sözümə baxmır
DÜÜÜÜÜÜÜD
ÇəçƏÇəH ÇƏH çəH çƏh

2

Əlimi çiyninə qoyub
kiçik adını səslirəm
sən məni başa düşmürsən
mən sənin gözəlliyini
Çatışmazlıq
Səni yaxınlaşdırır mənə
məni səndən uzaqlaşdırdığı kimi

Kilometrələr uzaqda
Əlini qaldırırsan
çiyininə qonan quşu qovmaq üçün

3

Hansı qapıdan desəm
qonşunun qulağı görünməyəcək dalından
və çıxmayacaq gözəlliyini evdə itirən bir qız
bax
qapınınkı çoxalmağına deyil
yoxsa çalınmağına nə gəlib (oğru tülüdü- qıtlığıdır?)
döyəcək bir gün də o oğlan sizin qapızı
və tüpürüb dabana qaçacaq…
“indinin uşaqları halsızdır” atan deyir
yoxsa kilid yerinə saqqız da yapışdırardım
özüm şəxsən
buyurun pıçıldaşın
biz qulaqlarımızın daşını atmışıq
şeytana lənət
özümü sizdə itirdim
anamı payız boyalarında
yoxsa sırğasız da bilirdim
sevməkdən deyil
sevinmək sevməməkdən gəlir
və xışşa-xışla önümdən keçib
qonşunun evində yatır namussuz
güvənmə çoxluğuna
qapının
bir üzü də bağlanmaqdır
bağlanıb dalında qalmaqdır.

4

[hələ dayan sən]
Biz inanmışdıq hər nəyin yaxşı olacağına
Hər dəfə evdən dışarı çıxanda
Sevgi şarqılarını da özləyişlərimizlə birgə
Xiyabanlara götürürdük
əllərimiz yarı qoltuqda, yarı cibdə
uduzmuş əsgərlər kimi dilaltı fışqıraq çalsaq da belə
hər an
hansısa sevindirici xəbərə göz yatırtmışdıq
biz 3 dostu bir yerə toplaya biləcək o muştuluğa
birlikdə şərəfinə prestijlə çəkəcəydik
qutsallıqla qoruduğumuz son siqaranı
ən mutsuz və ağır çağlarımızda
birdən birə qurulacaq o 3 nəfərlik şən törənə hazırlıq görürdük
mən miz üstünə çıxıb axmaqcasına devrimçilər kimi
qurtuluş qonusunda danışq aparacaydım
sonra
sındıracaydıq şəhərin bütün şüşələrini səhərədək
şaşırda bilməyəcəydi bizi heç olay
axı biz doğurdan inanmışdıq
“elə oyundur yaşamın işi
Olsun
Sınamağına dəyərdi”
Uduzandan-uduzana
təkrar-təkrar deyilirdi bu söz
Biz 3 dostun arasında
Hə…
- Sən dayandır sorularını hələ
Çağır dostlarımı biz danışaq
- Bizim inamımızla sarsaqcasına oynanılıb sanırıq
- Və son siqarlarımız hələ döş ciblərimizdə çəkilməmiş qalıb
tanrı


kultaz.com
XS
SM
MD
LG