Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:55

Dalğa Xatınoğlu. Ehtiyac


Ay bacadır göyarxası işığa
orada sən varsan, daha heç nə,
zatən sən olursansa heç nə yox.
Qaçmaq istərdim yuxum kimi,
…uçmaq, başımdan uçmaq
uçmaq bir ehtiyac.
Bu mənəmmi əl, ayaq və artıq yük?
Kiməm, hardasan?
Uçuşmu bir tikə lələk, sümük, dəri?!
Çıxmaq istərdim ay bacasından başımı çıxarıb,
qurtulum, bu nəsnələr zindanı sıxır məni
qovuşmaq istərəm sənə, bir də o sonsuz yoxluğa….


kultaz
XS
SM
MD
LG