Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:36

İran Azərbaycanından olan daha iki şairin kitabı Bakıda çap edildi


Meeting in Azerbaijani Writers Union
Meeting in Azerbaijani Writers Union
“Cənublu şairlərimiz zindanlardan və məhrumiyyətlərdən çəkinməyərək daim öz sözlərini deyirlər”.

Bunu İran Azərbaycanından olan daha iki şairin kitablarının Bakıda çap olunması ilə bağlı iyunun 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda düzənlənən təqdimat mərasimində şair Sayman Aruz deyib.

Bunlar Elvar Qulivəndin “Zibil dolunda ziyafət” və Ramin Cahangirzadənin “Daşlar” kitablarıdır.

AYB-nin “Cənubi Azərbaycan şöbəsi”nin rəhbəri olan S.Aruzun təşəbbüsü ilə artıq 10-dan çox belə kitab buraxılıb.

Əlifba fərqinə görə, Azərbaycan Respublikasında İran Azərbaycanından olan
Sayman Aruz

yazarların oxunması, tanınması çətindir.

Bu baxımdan AYB-nin Gənclər üzrə katibi Raşad Məcid kitabların çap olunmasını “əhəmiyyətli hadisə” adlandırıb.

Kitablar “DAYAQ və AYB-nin Güney Azərbaycan şöbəsinin kitabxanası seriyası”ndan buraxılır.

Bu günə qədər DAYAQ tərəfindən İran Azərbaycanından olan yazarlar Nigar Xiyavi, Kiyan Xiyav, Rəsul Yunan, Uğur Olqar, Məlihə Əzizpur, Səkinə Purhəsən, Sayman Aruz, İsmayıl Ülkərin kitabları Bakıda latın əlifbası ilə çap olunub.

Həmçinin oxu
Ramin Cahangirzadənin Bakıda çap edilən kitabından şeirlər
XS
SM
MD
LG