Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Orxan Pamuka qadın paltarı geyindirdilər


Türkiyənin "Cumhuryet" qəzeti Nobel mükafatlı yazar Orxan Pamukun qadın paltarı, corabı və ayaqqabısı geyinmiş karikaturasını yayınlayıb.

Karikaturaya görə, guya Pamukda digər ünlü türk yazarı Əlif Şəfəqə qarşı qısqanclıq yaranıb.

Səbəb də odur ki, Əlif Şəfəqin yenicə çapdan çıxan "İsgəndər" romanının artıq 250 min nüsxəsi satılıb. Kitabın üzərində Əlif Şəfəqin kişi paltarı geymiş şəkli var.

Karikaturaya yazılan mətndə deyilir ki, guya Pamuk Əlif Şəfəqin romanının 250 min nüsxə satılması xəbərini eşidən kimi "15 dəqiqəlik qısqanclıq krizi" keçirib.

Dərhal öz naşirinə zəng edərək Əlif Şəfəqdən geri qalmamağın gərəkliyini anladıb.

Naşir də Nobel ödüllü yazarı sakitləşdirərək deyib ki, artıq bu barədə düşünüb və onun nəşriyyata təqdim etdiyi son romanının üz qabığına veriləcək şəkillə 1,5 milyon nüsxə satılacağı "əvvəlcədən qarantilənib", həmin şəkildə Pamuk qadın paltarındadır.

Onu da qeyd edək ki, Pamuk xaricdə kitabları ən çox satılan türk yazarı olsa da, öz ölkəsində vəziyyət fərqlidir. Məsələn, 2009-cu ildə Türkiyədə ən çox kitabı satılan Ə.Şəfəq olub. Pamuk həmin ilin reytinqində yalnız 4-cü sırada yer alıb.

ƏLİF ŞƏFƏQİN YENİ ROMANININ UĞURU

“Ən çox – elə ən çox sevdiklərimizi incidirik”...

Tanınmış türk yazıçısı Elif Şafak-ın yeni romanını – əsərdəki bu cümlə daha yaxşı xarakterizə edir.

“İsgəndər” adlanan romanın baş qəhrəmanlarından biri – Türkiyənin bir kürd kəndində anadan olan Pembe adlı qadındır.

O ailə qurub əvvəl İstanbula, daha sonra Londona köçür.

Yazıçı üç uşaqlı bu ailənin qürbətdəki həyatından bəhs edir.

Buna bir “ana-oğul” romanı da demək olar.

Romanın adı – Pembenin oğlu İsgəndərin adından götürülüb.



Roman türk kişisinin şəxsiyyətinin necə formalaşması haqdadır.

Elif Şafak Türkiyə mətbuatına müsahibəsində deyib:

“Benim için ‘İskender’ de bir aile hikayesi. Bir göç hikayesi. Tepede de bir ana-oğul ilişkisi var. Biraz bunu çözmek, gözlemlemek istedim. Türkiye’de erkeklik nasıl inşa ediliyor, nasıl kuruluyor? Kadınların bunda rolü ne? Aslında pek çok şeye, onları yetiştirme biçimlerimizle biz sebep oluyoruz. Ama esas olarak sevdiklerimizi kırmak üzerine bir roman. En çok sevdiklerimiz, en çok incittiklerimiz aslında”.

Qadın yazar ola-ola romanının əsas qəhrəmanının kişi olduğuna, kişi obrazının daxili aləmini təsvir etməyə çalışdığına işarə olaraq Əlif Şəfəq kitabının üz qabığında kişi paltarında fotosunu yerləşdirib.

Yazıçı romanın böyük hissəsini Londonda yazıb. Əsərdəki hadisələr əsasən ötən əsrin 70-ci illərinin sonunda baş verir.

Yazıçının bundan əvvəl işıq üzü görmüş “Eşq” romanı Türkiyədə bestseller olub.
XS
SM
MD
LG