Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Tehran Əlişanoğlu. Müzakirə hələ indən belədir...


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu


XORDA OXUMAĞI SEVMİRƏM

Üzərində işlədiyim tənqid icmalını yarımçıq kəsib, Azadlığın Oxu zalının redaktoru, hörmətli Rövşən Qənbərovun “Kamal Abdullanı xorla tərifləmək” məqaləsinə cavab olaraq bu cızma-qaranı etməli oluram. Sonra da deyirlər, ədəbi tənqid ədəbi proseslə məşğul olmur; məgər küylər, ətraf təzyiqlər, ittiham və suçlamalar qoyurmu?

Doğrudur, hörmətli Rövşən Qənbərovun məqaləsi ilə ruh etibarilə razılaşmadığımı bir neçə kəlməlik şərhlə də bəyan edə bilərdim. Amma baxıb-gördüm ki, yox, hər nə yazsam, Rövşən Qənbərovun sözləri ilə: yenə də “Kamal Abdullaya yarınmaq”dan başqa bunun bir adı olmayacaq. Məqalənin altından isə nəsə başqa istəklər-ədalar-iddialar görünür, həm də əməlli-başlı “ictimailik” ismarıcı ilə. Odur ki, ANN-dəki köşə yazarı hüququmdan bəhrələnməyə qərar verdim.

Əvvəla, məqalədə yazıçı Kamal Abdullanın xətrinə dəyəsi elə bir nöqtəyə rastlamadım; demək, hamının “xorla təriflədiyi” “Unutmağa kimsə yox” romanına

Gələk, güzəşt məsələsinə. Şəxsən özümün “Unutmağa kimsə yox” haqqında qeydlərimi hörmətli Rövşən Qənbərovun roman haqqında mülahizələrindən çox-çox tənqidi hesab edirəm… Mətni keyfiyyət baxımından yüksək qiymətləndirərək, altı məqama münasibətdə təzəliyini-köhnəliyini yoxlayıb, sonda tənqidi qənaətimi də bildirirəm.
məqalə müəllifinin də elə bir iradı-tənqidi-etirazı yoxdur. Üstəlik, burda Mətnə yaraşan elə bir özgə-təzə rakurs (romanda Miflərlə savaş məsələsi) gördüm ki, istəsəydi, elə Rövşən Qənbərov özü də Kultaz-ın roman müzakirəsinə qoşula bilərdi…

Demək, istəməmiş, amma əvəzində yeni bir, necə deyərlər: anti-müzakirə, roman ətrafında “ikinci cəbhə” açmışdır. Baxalım-görəlim: nədən?, nə deyib açmışdır? “Səbəb də mətbuatda roman haqqında sanki planlı şəkildə, konveyer üsuluyla çap edilən tərifnamələrin “ictimai müzakirə” adıyla təqdim edilməsi oldu (əksəriyyətini oxudum). Romanın bir qüsuru yoxmuş kimi onu boğazdan yuxarı tərifləyən, “ədəbi tənqid” adıyla oxucuya sırıdıqları yazıları “semiosfera”, “paralel dünyalar” və s. gurultulu terminlərlə bəzəyən, əsəri hətta “şedevr” elan edən alim, yazar xoru dözülməz idi …”

Belə çıxır ki: hörmətli Oxu zalı redaktorunu qane eləməyən roman yox, romanın ictimai müzakirəsinin düzgün təşkil edilməməsidir. Bu halda “acığı”nı müzakirəyə qatılmış filan qədər hörmətli imza sahiblərinin üstünə tökmək, üstəlik cəmisinə birdən xor (!) baxmaq nəyə gərək?

Əvvəla, “525-ci qəzet” və Kultaz.com-un “Unutmağa kimsə yox” romanı ətrafında açdığı müzakirənin xeyli dərəcədə stixiyalı gedişatına mən də etirazımı bildirmişəm, həm də iki dəfə; əgər doğrudan da, Rövşən bəy müzakirə materiallarına baxıbsa, bunu görməmiş olmaz.

Yaxşı, tutaq ki, razılaşdıq: bir roman, qoy lap olsun gözəl-layiqli roman ətrafında birmənalı olaraq “təriflər”in axın şəkli aldığı materialları hələ “ədəbi tənqid” saymaq olmaz (hərçənd bunu məhz Rövşən Qənbərov “ədəbi tənqid” adlandırır!).

İctimai müzakirə necə olar – yazılarımda dəfələrlə vurğuladığım kimi, bir il ərzində Oxu zalı roman müzakirələri ilə bunun nümunəsini verdi; indi artıq payızdır, sanki həmin müzakirələrin davamını gözlədiyimiz halda, belə bir kazusla üzləşirik. Bu cür guya ictimai qınaq əvəzinə, Oxu zalı redaktoru “Unutmağa kimsə yox” romanını da roman müzakirələri sırasına çıxara və ürəyi istəyən tənqidçiləri cəlb edib, alternativ: ədəbi tənqidi müzakirələr necə olur! – göstərə bilməzdimi? Nə mane olur, yoxsa məqalə müəllifinin təbirincə: “vəzifəsinə müəyyən qədər müqavimət göstərən” Kamal Abdullanın romanında Azadlıq ideyalarımı kifayət eləmir?..

Mən AYO-nun “Unutmağa kimsə yox”u müzakirəsində də dedim: Kamal Abdullanın cəmiyyətdə bir ictimai xadim, rektor kimi tanınması onun Yazıçı obrazına gərəyincə əngəldir; halbuki yazıçının Obrazı konkret Mətnlərdən hasil olur, cəmiyyətdəki mövqeyindən yox.

İnanmıram, Oxu zalı kimi bu gün çox populyar bir ədəbi saytın “525-ci qəzet”ə, ya “Kultaz”a bir qısqanclığı ola; amma məsələn, Kamal Abdullanın romanının müzakirəsi Kultaz-da deyil, Oxu zalında başlasaydı, çox çətin ki: portal

Romansevərlərlə yanaşı, həmçinin Cəmiyyətsevərlərin, Mədəniyyətsevərlərin, ümumən Kamal Abdulla sevərlərin çoxsaylı yazıları ilə üzləşməyəydi… Bu – Şəxsiyyətin nüfuzudur; amma məgər burdan həmin nəticə hasil olurmu heç, guya: “Fakt budur ki, əsərlərində miflərlə “döyüşən” Kamal Abdulla özündən mif düzəltmək vərdişindən qurtula bilməyib…”

Hardan bu qənaətə gəlir Rövşən Qənbərov, nəyə eyhamlar vurur? – məqalədə arqumentlərini görmədim; hər halda oturduğum yerdə, lapdan qatıldığım “xor”a etirazımı bildirməyə də bilmərəm. Ən azı öz Adımdan; çün bundan əvvəl yazdığım “Eheyy, tənqidçilər…” məqaləsində tənqidçi həmkarlarımı dəstəyə çağırdımsa da, səsimə səs verən olmadı; bu ki: qoy hər kəs öz həqiqətini özü söyləsin.

Kamal Abdullanın rektor olduğu Universitetdə çalışıram, bu məntiqlə yazıçı Kamal Abdulla haqqında yazmağı heç ağlıma da gətirməməliyəm ki… Olur ki, məni məhz Kamal Abdullanın rəhbərlik etdiyi BSU-da çalışdığıma görə təbrik eləyirlər; qarşılığında deyirəm: BSU həm də elə onunla seçilir ki, burda Tehran Əlişanoğlu, Rüstəm Kamal, Məmməd Qocayev, Asif Hacılı, Bədirxan Əhmədov, Rəhilə Quliyeva, Rəhilə Qeybullayeva… kimi öz sahəsinin mütəxəssisi olan filoloqlar çalışır.

Məsələn, mənə çox gülünc görünür: rektor bizlərdən birini çağırıb, yazıçı Kamal Abdulladan nəsə yaz deyə sifariş (?!) verə; hələ desəm, əksinədir, deyəcəksiz, bu ki lap and-aman oldu, buna nə hacət: deyək, bir dəfə sözarası barəsində nəsə yazmaq istədiyimi söyləyəndə Kamal müəllim sözümü (odur-budur) ağzımda qoydu… O ayrı bir mədəniyyətdir ki, yazıçı romanlarını lazım bildiyi oxucularına (o cümlədən mənə) avtoqrafla bağışlayır.

Mənimcə: belə çıxır ki, hörmətli Rövşən Qənbərovun qınadığı müzakirədə “yarınmaqlıq” nəsə varsa, əksərən, yazıçının və Mətnin özünə “yarınmaq” istəyindən irəli gələnlərdir (məgər yaxşı Mətn haqqında hamı hamıdan qabaq yazmaq istəmirmi?); bu işin pis tərəfini də müzakirədə qabartmışam: hamının “yarındığı”nı görüb, bəziləri də əksinə, yaxşı Mətnə məhəl qoymayıb özünü dartmaqla dividend qazanmağa başlayır. Şəxsən mən özüm az qala iki il davam edən müzakirələri zamanı “Yarımçıq əlyazma” barəsində layiqli nəsə yaza bilmədim (məsələləri o qədər qarışdırırdılar ki); o ayrı məsələdir ki, ədəbi icmallarda roman özü nələrisə (məsələn, postmodern roman barəsində) mənə yazdırırdı. “Sehrbazlar dərəsi”ndən yazıb, romanı çox da bəyənmədiyimi arqumentləşdirməyə çalışmışam (Tənqid.net, 1, 2006). O ki qaldı “xor”da iştirakıma, oxucu da əmin ola bilər, bu belə deyil, ümumən xorda oxumağı sevmirəm…

Olduğu kimi fiksə edirəm: Kultaz-ın redaktoru Zahir Əzəmət telefonla mənə söylədi ki, Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı barəsində müzakirə açmaq istəyirik; dedim, oxumuşam, məmnuniyyətlə iştirak edərəm. “Modern mifin bitdiyi yerlərdə” adlı məqaləm belə ərsəyə gəldi və müzakirəni açan ilk yazılardan (3-cü, ya 4-cü məqalə) oldu; neyləməli ki, bizdə “müzakirə” anlayışının özü bir laf, sonra gələnlərin əvvəl yazılanlardan heç xəbəri olmaz, üstəlik bunu bir hünər bilər… Əlbəttə, mən də istərdim ki, Zahir Əzəmət bu müzakirəni, məsələn, Kultaz-da yox, ANN-də açaydı, buna bir layihə statusu verəydi; çünki ANN belədir ki, Oxu zalı portalındakı kimi, bu növ işlərə balaca da olsa bir qonorar verə bilir.

Qonorar ciddiliyi, ictimailiyi artırır, məsələn, hazırkı müzakirədə Cəmiyyətdən elə adlı-sanlı insanlar var ki, o cür qonorarlı yazılara baş qoşmağı özünə ar bilərdi; elə adlar da var ki, ictimailik statusunu nəzərə alıb müzakirəyə qoşulmağa ürək eləməzdi, ya da sayt özü buna yol verməzdi və s. Yoxsa, razılaşıram ki: Kultaz, 525-ci qəzet kimi mətbuat bu gün daha çox entuziazmı, ümumxalq sevgisini fiksə eləməyə yönəlidir; üstəlik hər şeyin maraqlara-mənafeyə çevrildiyi bir cəmiyyətdə bədgümanlıqlar da başlayır: aya, görən, nə olmuş belə, hamı Kamal Abdulladan yazmağa girişmiş? Halbuki əminliklə deyirəm, “Unutmağa kimsə yox” romanının ədəbi tənqidi müzakirəsi hələ indən belədir…

Burdaca, məqalənin başqa tərəfinə (medalın ikinci üzünə) baxaq. Hörmətli Rövşən Qənbərov nəinki müzakirənin gedişatından, habelə burda tənqidçilərin rolu və mövqeyindən də narazıdır: “Başqa vaxt gənc yazarların əsərlərini
Kamal Abdulla

zərrəbinlə oxuyanlar rektor Kamal Abdullanın romanına, məzmununa, dilinə yanaşmada “şök endirimlər” etdilər…” Ba-ho, hədəfdə yenə də tənqidçilərdir! Son zamanlar həqiqətən də ədəbi-tənqidin gəlişməsinə böyük önəm verən Oxu zalının redaktoru bu hesabla çox-çox səbrli insanmış; demə, nə vaxtdır qələmlərinə meydan verdiyi tənqidçilərin “zərrəbinlə” işləməsi heç də ürəyindən deyilmiş! Bu “şok endirim” məsələsini şəxsən ünvanıma qəbul etdiyimdən cavablandırmağı borc bilirəm; çün baxıb-gördüm “Unutmağa kimsə yox”un müzakirəsində hələ ki, tənqidçilərdən vur-tut bir neçəsi iştirak edib ki, onlardan da birbaşa gənclərlə işləyəni, deyəsən, elə mənəm.

“Rektor Kamal Abdulla” məsələsini yuxarıda aydınlaşdırdıq: rektor yox, Yazıçı romanlar yazır. O ki qaldı Mətnlərlə necə işləmək məsələsinə, Tənqidçi icazəni kimdənsə (rektordanmı, yoxsa Azadlıq radiosundan) almır; şəxsən mən yaranan bütün yeni əsərləri uzun illərin Ədəbiyyat təcrübəsindən əxz elədiyim vahid bədii meyarlarla dəyərləndirirəm; neyləməli ki, roman haqqında yazımın başlanğıcında qeyd etdiyim kimi: bütün Mətnlər (xüsusən də gənc, təcrübəsiz romançıların əsərləri) həmin meyarlara gərəyincə davam gətirmir. Səhvi tənqidçilərdə axtarmaqdansa, bəlkə məqalə müəllifi “gənc yazarlar”ın və bişkin bir ədibin “romanı, məzmunu, dili” arasında eyniyyət axtarmasa yey olardı.

Gələk, güzəşt məsələsinə. Şəxsən özümün “Unutmağa kimsə yox” haqqında qeydlərimi hörmətli Rövşən Qənbərovun roman haqqında mülahizələrindən çox-çox tənqidi hesab edirəm… Mətni keyfiyyət baxımından yüksək qiymətləndirərək, altı məqama münasibətdə təzəliyini-köhnəliyini yoxlayıb, sonda tənqidi qənaətimi də bildirirəm. Eynən də Oxu zalının roman müzakirələrində, elə bir əsər olmayıb ki, tənqidini verib təqdir məqamlarını vurğulamayım, yaxud təqdir edib də tənqidinə göz yumum; nisbəti isə dediyim kimi: Mətn özü təyin edir! Tənqidin funksiyasını, eləyə biləcəyini mən bunda görürəm, artıq yox. Yoxsa ki, hörmətli Rövşən Qənbərovun romana yeganə iradı nədir: yazıçı niyə ətrafında gördüklərindən deyil də, dünəndən, tarixdən yazıb (dərhal da qeyd-şərtlər edib, bunu yazıçının haqqı bilir). Bax bunu, məzur tutun, Tənqid eləyə bilməz, tənqidçi Yazıçıya konkret nədən yazıb-yazmamağı dərs verə bilməz. Ümumi məsələləri Tənqid ümumən Ədəbiyyat qarşısında qaldıra, yazarları sadəcə maraqlandıra bilər…

Məqalədə “Unutmağa kimsə yox”un müzakirəsinə qənşər daha bir gülünc arqument guya “Amneziya” romanının daha çox satılmasıdır. Burda mən gizli bir eyham da duyuram: baxın-ha, Oxu zalında tənqidçilərin bütövlükdə bəyənmədikləri roman daha çox auditoriya qazanmış, nəinki Tənqidin ümumən bəyəndiyi əsər. Gülünc dedim ona görə ki: bu yolla bədii əsəri dəyərləndirməyin ədəbi tənqidə bir aidiyyatı yoxdur; hansı əsər nə qədər satılır, necə oxunur – bu Ədəbiyyatdan çox, Cəmiyyətin problemidir, Tənqid isə əsəri məhz Ədəbiyyatın içindən qiymətləndirir. Əvvəlki yazılarımda bu məqamı çox vurğulamışam: Ədəbiyyat üzərinə müzakirələr də, müsabiqələr də, təhlillər və tənqid də, ədəbi qurumların-mətbuatın-portalların ümumi səyi də bəlkə elə bir ondan ötrüdür ki, Cəmiyyətin ədəbi-bədii zövqü daha da yüksəlsin, daha yüksək əyarlı Ədəbiyyata tələbat olsun; o qədər ki, eləcə yaxşı satılan kitablara yaxşı deməsinlər, qoy yaxşı kitablar da yaxşı satılsın…

Belə ki, hörmətli Rövşən Qənbərov, mənə elə gəlir, Ədəbiyyat məsələlərini “xor” halında görməyin zamanı artıq ötmüşdür; “Unutmağa kimsə yox”un müzakirəsinə iradlarınızdan şəxsən payıma düşəni götürüb fərdiləşdirməyə çalışdım. Hərçənd kiməsə, nəyəsə yarı(n)dığını deyə bilməm,amma inanmıram bu növ çəkişmələr Ədəbiyyatımıza yarıya, bir fayda verə. Sonra da deyirsiz: “əsərin cəmiyyətdə geniş rezonans”ı yoxdur, eləsə bu nə yorğan davasıdır? Bunu bilməsəm də, romanın Ədəbiyyatımızda yeri və rezonansına əminəm.

27 sentyabr 2011
ANN.Az
XS
SM
MD
LG