Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:44

77 nəfəri öldürən qatil həbsxanaya getməyəcək?


Anders Behring Breivik (solda), 25 iyul 2011
Anders Behring Breivik (solda), 25 iyul 2011
Norveçdə məhkəmə ekspertizası iyul ayında 77 nəfəri öldürən Anders Behring Breivikin ruhi xəstə olduğu qənaətinə gəlib. Ekspertizanın rəyini prokuror Osloda keçirilən mətbuat konfransında élan edib. Deyib ki, rəyə görə Breivik öz uydurduğu reallıqlarda yaşayan anormal insandır və qətlləri törədərkən də eyni ruhi vəziyyətdə olub.

Ekspertizanın bu rəyindən sonra müttəhimin cəzasını çəkmək üçün həbsxanaya yox, müalicə üçün xəstəxanaya yerləşdirilməsi daha real görünür. Əgər məhkəmə psixiatr rəyini qəbul eləsə, Breivik xəstəxanaya yerləşdiriləcək. və hər 3 ildən bir müalicə olunub-olunmadığını müəyyənləşdirmək üçün komissiya qərar verəcək.


Breivikin hücum elədiyi, amma qurtulmağı bacaran gənclərdən biri – 20 yaşlı Bjoern Ihler deyir ki, Norveçi Breivik kimilərdən qorumaq lazımdır.

Breivik özü məhkəmədə qətlləri etiraf eləmişdi, ancaq ittihamlarla razılaşmadığını bildirirdi. Norveçdə ölüm hokum olmadığından, hətta günahkar sayılsaydı belə, onu maksimum 21 il həbs cəzası gözləyirdi.

Anders Behring Breivik iyul ayında öncə Osloda bomba partlatmış, sonra isə yeniyetmələrin düşərgəsinə hücum edib ümumilikdə 77 nəfəri öldürmüşdü.

Özünü Avropanın əsaslətdən qurtarmaq üçün vuruşan cəngavər sayan Breivik cinayətlərini Norveçi və Avropanı mühacirət və İslamlaşma təhlükəsindən qorumaq üçün labüd olduğunu iddia edirdi.
XS
SM
MD
LG