Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:42

Suriyanın son şansı


Homs şəhəri 12 Aprel, 2012-ci il
Homs şəhəri 12 Aprel, 2012-ci il
Parisdə özünü Suriyanın dostları adlandıran 14 Qərb və Ərəb ölkəsinin təmsilçiləri yığışıb indiki vəziyyəti müzakirə ediblər. Müzakirələrdə yekun fakir o olub ki, hazırda tətbiq olunmağa çalışan Annan planı Suriyadakı böhranı həll eləmək üçün son şansdır.

ABŞ Dövlət Katibi Hillary Clinton işi şansa buraxmamaq üçün BMT Təhlükəsizlik Şurasını təcili olaraq sanksiyaların növbəti paketini hazırlayıb, qəbul etməyə çağırıb.

“Biz Təhlükəsizlik Şurasında qətiyyətli şəkildə sanksiyalarla bağlı qətnaməni qəbul etmək üçün çalışmalıyıq, səyahət qadağası, maliyyə sanksiyaları, silah embarqosu və rejimi Annan planına əməl etməyə məcbur etmək üçün təzyiqləri artırmalıyıq”.

Fransanın Xarici İşlər naziri Alain Juppe isə daha pessimist olub. O artıq indidən planın işləməməsi halında nə edəcəklərini müzakirəyə başlamağın vacibliyini bildirib.

Məsələ ondadır ki, BMT-nin Baş Katibi Ban Ki-moon Parisdəki görüşdən əvvəl açıqca bəyan edib ki, Suriya Annan sülh planının müddəalarına əməl eləmir. Bunu yoxlamaq üçün ora təcili olaraq 300 müşahidəçi göndərmək lazımdır, ancaq Suriya rəhbərliyi uzaq başı 250 müşahidəçiyə icazə verəcəklərini deyib.

Ancaq məsələ bundadır ki, Qərb ölkələri və Ərəb Liqası nə qədər tələsdirsə də, BMT-də veto hüququ olan Rusiya və Çinin müqaviməti üzündən hansısa yeni addımların atılması inandırıcı görünmür.

Rusiya hökuməti Parisdəki toplantını da boykot edib, bildirib ki, Suriya hökumətinin iştirakı olmayan görüşlərin keçirilməsinə qarşısıdır.

Times jurnalı yazır ki, Rusiya və Çİn razı olmadıqca Qərb dövlətlərinin Suriya məsələsində əl-qolu bağlı olacaq. Artıq öldürülən etirazçıların sayı 10 minə çatsa da, Suriya hökuməti Türkiyə ilə sərhəddəki müxalifətçilərə - Azad Suriya Ordusuna qarşı aviasiyadan, vertolyotlardan istifadə etməyə başlasa da Qərb olaylara müdaxilə etməyi düşünmür. BAxmayaraq ki, buradakı vəziyyət Liviyada olanlardan fərqlənmir.

Times yazır ki, "Liviyada Qaddafi müxaliflərin mərkəzi olan Benghazini bombalamaqla yer üzündən silməyə çalışırdı. Suriyada isə Bashar al-Assad indi vertolyotların köməyi ilə eyni şeyi Hama, Homs və İdlibdə edir.

Rusiya isə Qərbin, xüsusilə NATO-nun humanitar yardım dəhlizi açmaq adıyla qətnamə qəbul elətdirib, sonra Liviyada olduğu kimi hava məkanını bağlamaq və hərbi müdaxilə imkanı yaratmasına imkan verməyəcək".

ABŞ-ın Dövlət Katibi Hillary Clinton Paris konfransında alternativlərdən də danışıb. Deyib ki, əgər sülh planı və sanksiyalar işə yaramasa, NATO üzv dövlətin, Türkiyənin münaqişədən ziyan çəkməsini, və ərazisinin atəşə tutulmasını əsas gətirib müttəfiqlik borcuna yerinə yetirmək üçün hərəkətə keçə bilər.

Times bu məsələyə də toxunur və yazır ki, "Liviya və Suriya arasındakı əsas fərq də buradan yaranır. Qaddafinin güclü hava hücumundan müdafiə sistemi yox idi, ancaq Bashar Assadin var. Odur ki, hərbi yolla humanitar dəhliz açılması asan iş deyil.

Ancaq vaxtında edilən kiçik müdaxilə, məsələn rejim vertolyotlarının qarşısının alınması mümkün olsa, gələcəkdə vətəndaş müharibəsinin yayılmasına və daha geniş miqyaslı müdaxiləyə ehtiyac qalmaz".
XS
SM
MD
LG