Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:41

Gənclər İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirib


Arxiv foto
Arxiv foto
Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. «İrana ar olsun», «İslam belə olmur», «İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir», «İranda 35 milyon azərbaycanlının hüquqları pozulur» və sair şüarlar səsləndiriblər. Onlar əllərində «Şuşanı ermənilərə İran hakimiyyəti satıb», «Homoseksual İran mollarına Azərbaycanda yer yoxdur» kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sarkisyanın birgə şəkli olan plakatlar tutublar.

Gənclər Bakı Dövlət Universitetinin tələbələri olduqlarını bildiriblər. Tələbələr deyir ki, onlar İran Azərbaycanlılarının hüquqlarının pozulmasına, İranın Azərbaycana qarşı təbliğat aparmasına etiraz edirlər.

İran səfirliyinin yerləşdiyi küçəyə maşınların hərəkətini dayandıran polis aksiyaya müdaxilə etməyib.

Bir neçə gün öncə İranın Təbriz şəhərindəki Azərbaycan konsulluğu qarşısında «Eurovision»a qarşı mitinq keçirilib. İran mediası yazır ki, «minlərlə insan homoseksualların Bakıya toplaşması»na etirazlarını bildiriblər. Onlar üzərinə «İsrailə ölüm!», «Hicab bizim fəxrimizdir!» yazılmış və Azərbaycan prezidenti İlham Əliyevi «sionist» adlandıran şüarlar da qaldırıblar.
XS
SM
MD
LG