Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:58

Nuranə Nur. Məktub kimi


-
Məktub kimi

Ömür boyu yaşanmamıs olmalı
Ömür boyu anlatılan nə varsa
Öz canına alışa bilmir adam
Adamlar içində tənha qalarsa.

Yolunu bilməyən qayığın külək
Yelkəninə yön verirsə, nə yazım
Yanımdakı uzaqlaqlığım kimisən
Könlüm əl vermir ki, bu yolda azım.

Dalğa-dalğa uzaqlaşıb özümdən
Madəm vidalaşdım getməyə dəyər.
Sevdim,həm sevildim bu mənə bəsdi
Kölgəm boydayamsa bu mənə yetər.

Indidən sonranı necə yaşayım,
Getməsin ömrümdən bir an da hədər.
Səni məktub kimi yazıb bitirdim
Suallar,vergüllər…nöqtəyə qədər
XS
SM
MD
LG