Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:02

Sayman Aruz. Sən baxırdın...


-

Sən baxırdın,
Sən yalnız baxırdın,
Və mən artıq qorxmurdum,
Başa düşürdüm!

Qulaq as!
_Qadının gözəlliyi edamdır_
Mən özümü danlayıram,
Və əkinçı
Pərişan bir küşültü kimi
Ağaclara lovğalanır!

- Həmişə bu qanımızdı ki coşur-
Və əmniyyət elə bu yaxınlardadır!
Mən fırlanırdım,
Mən fırlanırdım,
Və bulaşıq əllərimi
Həyatın başına çəkirdim!

Hədədir bu:
Yoğruşunu unudsan,
Həttə sükut
Başmaqlarını geyib
Sənə qarşı gələcək!

Sən baxırdın,
Sən yalnız baxırdın!

- Oyna!
- Oynamıram!
Və mən bütün şairlərin xaçını
Çinimdə çəkirdim!
Ayaq basırdım,
Əl basırdım.
Və təbiət
O qədər təbiət deyildi ki
Susuzluğumu bilsin!

- Möcüzə istəmirəm,
Möcüzə istəmirəm!
Və ölümü
Hələ olmayanların yerinə.
Yalnız başa düşürəm!
Hekayənin qalanını sən bilirsən!
Həmişə bir nəfər
Əlvida səkisində durur.
Və bir səs
Sanki,
Ana paltarını geyib,
Səni qoruyur!

Bütün səslər
Qatar səsi deyil.
Və mənim beynim
Sənin Ucadabanlarında
Ət-qan tutur!
Mən bitirəm,
Və sən başlayırsan!

Alın yazımı satıram,
Alın yazımı satıram,
Alın yazımı satıram!
XS
SM
MD
LG