Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:01

Siğə İslama uyğundurmu?


Foto: Arxiv
Foto: Arxiv
-
İranda onlayn internet siğə saytı açılıb. Burada siğə üçün hazır olan qadınların profilləri və onların 1 saatlıq qiymətləri yer alıb. Saytda qadınların şəkilləri olmasa da, onların görünüşü tam təsvir olunur, bakirə olub-olmadıqları, hansı növ intim əlaqə üçün yararlı olduğu haqda məlumat yerləşdirilir. Səhifədə siğənin İslama tam uyğun olması haqqında Ayətullalarının fikirləri də dərc olunub.

Bu cür siğə İslama nə dərəcədə uyğundur? «İslam və demokratiya» proqramının qonağı ilahiyyatçı Kəbleyi Sübhü deyir ki, şəriətdə iki cür ailə qurmağa icazə verilir: kəbinlə kəsilən həmişəlik və siğə ilə olan müvəqqəti evlilik:

«Bu baxımdan, belə saytın açılması İslama zidd deyil. Amma bizim cəmiyyətdə belə şeylərə pis baxırlar. Elə düşünürlər ki, hamı öz kefindən, öz ləzzətini almaq üçün qadınlardan istifadə edir».

Kəbleyi Sübhi deyir ki, Allahın buyurduğuna görə, hansısa qadın öz cini tələbatını ödəmək üçün siğəyə gedirsə, bu əlaqə bitəndən sonra azı 45 gün gözləməlidir. Ona görə siğəyə 2 şərt qoyulub. Birincisi, haqqını qadın özü təyin edir, müddətini isə hər ikisi. Lakin indi qadınlar az qala hər gün yeni kişi ilə siğəyə girirlər:

«İslam bu qaydanı 1400 il əvvəl qoyub. Amma indi cəmiyyətdə bu qaydalar nifrət oyadır. Halbuki, həyat yoldaşı dünyasını dəyişən, boşanan qadınlar var? Onlar nə etməlidir?».

«BUNUN PORNO-SAYTLARDAN HEÇ BİR FƏRQİ YOXDUR»

Qadın hüquqlarının müdafiəçisi Sevda Məmmədli İranda onlayn siğəni «fahişəliyin leqallaşdırılması» kimi qiymətləndirir. Onun fikrincə, bu dini saytın porno-saytlardan heç bir fərqi yoxdur – hər ikisində qadınlar özlərini satır:

«Biz bunu da qəbul etsək, mənəvi baxımdan nəyisə itirəcəyik. Ən azından dindar qadınlara baxanda, onların da özlərini satdığını düşünəcəyik. Buna fahişəliyin örtüklə bağlanması adını verə bilərəm».

S.Məmmədli saytda bakirə qızların da siğə təkliflərini ümumiyyətlə qəbul etmir. Həm də bu cür hallara ailə üzvlərinin razılıq verməsi daha çox təəccüb doğurur:

«Azərbaycanda hansı qardaş, hansı ata razı olar ki, onun bakirə qızını siğə etsinlər? Bu, qızı satmaqdır. Azərbaycanda belə kişilər varsa, onda Azərbaycanın sonu çatıb. Nədənsə, ölkəmizdə siğənin 30 il, 99 il olanını qəbul etmirlər, 1 saatlıq olanını götürürlər».

«SİĞƏ GÜNAHDIR»

S.Məmmədli siğənin istənilən formasına qarşı olduğunu, ailənin ömürlük qurulmasını tərəfdarı olduğunu
Əkrəm Həsənov
Əkrəm Həsənov
bildirdi:

«Mənə dedilər ki, gedib radioda siğənin əleyhinə danışsan, o dünyada cavab verməli olacaqsan. Amma mən hesab edirəm ki, hər şey əxlaq və vicdan çərçivəsində olmalıdır».

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənov isə siğənin ümumiyyətlə İslama zidd olduğunu, haram buyurulduğunu söyləyir:

«Bu, peyğəmbərin 3 hədisində təsbit olunub. Sonradan haram edilən şey qiyamətə qədər haramdır. Buna görə də, siğə zina qədər böyük günah sayılmalıdır».

Kəbleyi Sübhi isə bu fikrin düz olmadığını deyir. «Allahın halal olduğunu heç kim haram edə bilməz» deyən ilahiyyatçı bu cür fikirlərin müxtəlif təriqət nümayəndələri tərəfindən səsləndiyini deyir.
XS
SM
MD
LG