Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:17

Ermənistan Macarıstanla bütün diplomatik əlaqələri kəsir


Arxiv foto. Macarıstan və Ermənistanın bayraqları.
Arxiv foto. Macarıstan və Ermənistanın bayraqları.

Ermənistan Milli Təhlükəsizlik Şurası Macarıstanla bütün diplomatik əlaqələri kəsmək qərarı verib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti xəbər verir.

Ermənistan prezidenti Serzh Sarkisian avqustun 31-də Yerevandakı xarici ölkə diplomatlarını toplantıya çağıraraq onlara Macarıstanla bütün siyasi təmasları və diplomatik əlqələri dondurduqlarını çatdırıb.

Ermənistan parlamentinin spikeri də sentyabra Macarıstana nəzərdə tutulan səfərini təxirə salıb.

Avqustun 31-də səhər saatlarında Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub. O, Bakıya düşən kimi də prezidentin sərəncamı ilə əfv edilib.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyini bildirdiyi erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Azərbaycan mediasının xəbərinə görə Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovu 1983-cü ildə qəbul olunmuş “Məhkumların təhvil verilməsi barədə” Konvensiyasına uyğun Bakıya təhvil verdiyini bildirir. Macarıstanda qeyd edirlər ki, Ramil Səfərovun cəzasının qalan hissəsini Azərbaycanda çəkəcəyi barədə təminat alandan sonra onu Bakıya təhvil verib.
XS
SM
MD
LG