Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:38

ANAR: «Rafiq Tağı mənasız bəyanatlar verirdi» [Video]


Yazıçı Anar jurnalistlərlə görüşür
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
-
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar oktyabrın 31-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Həmin cavablardan bəzilərini qısa şəkildə təqdim edirik (Ətraflı yazı bir azdan saytımızda):

«Bu millətin Yazıçılar Birliyindən başqa dərdi yoxdur. Min dənə başqa yaradıcılıq təşkilatları var. Biri maraqlanmır ki, Bəstəkarlar Birliyinin qurultayı nə vaxt olacaq, Rəssamlar İttifaqının sədri kim olacaq? Teatr Xadimləri İttifaqında evləri paylayıblar, ya yox?...

«Məşədi İbad yaşında cavanlar Yazıçılar Birliyindən narazıdırlarsa bu, onların öz işidir. Yazdığım həcv cavanları şapalaq kimi tutmasaydı, indiyə qədər onları yandırmazdı. Ya bu ilin axırı, ya da gələn ilin əvvəli qurultay keçiriləcək. Qurultay ərəfəsində namizəd olub -olmayacağımı bildirəcəyəm».

ƏN İSTEDADLI CAVANLAR AYB-NİN ƏTRAFINDADIR

«İki-üç nəfər Yazıçılar Birliyindən narazı cavanlar öz yazıçılıqlarını isbat etsinlər, sonra narazı qalsınlar. Ən istedadlı cavanlar AYB-nin ətrafındadır, onlar bizim jurnallarda çap olunurlar, onlara mükafat veririk, onları dəstəkləyirik».

AYB sədri xalq yazıçısı adının verilməsi məsələsinə toxunarkən deyib ki, vaxtilə Heydər Əliyevlə görüşüb və bu adların ləğv olunmasını istəyib:

«Mən üç dəfə məsələ qaldırdım ki, «xalq yazıçısı», «xalq şairi» adı ləğv olunsun. Amma mənim üstümə düşdülər ki, bu, bizim halal haqqımızdır. Sonra mən də «xalq yazıçısı» aldım və susmağa məcbur oldum. Mənə bu adı verdilərsə, niyə imtina etməliydim ki... Mükafatlar çox ölkədə var. Hökumət orden veribsə, bu o demək deyil ki, o adam hökuməti tərifləməlidir».

Mətbuat konfransında Anar ötən il qətlə yetirilmiş yazıçı Rafiq Tağı haqqında da danışıb:

ANAR RAFİQ TAĞI HAQDA...

«Deyə bilərəm ki, Rafiq Tağı istedadlı yazıçı idi, amma çox təəssüf ki, onun düşünülməmiş, mənasız bəyanatları olub. Biz buna görə onu Yazıçılar Birliyindən xaric etdik. Məsələn, o, deyirdi ki, Füzuli şarlatandır, Mirzə Cəlil vətən xainidir. O, Səməd Vurğun haqqında elə təhqiramiz ifadələr işlətdi ki, biz onu ittifaqdan uzaqlaşdırdıq».

«ƏKRƏM SATAŞANDA CAVABINI ALIB»

AYB sədri həmçinin deyib: «Mövlud Süleymanlı ilə Əkrəm Əylislini qarışdırmayın. Mövlud Süleymanlı heç vaxt heç kimə sataşmayıb. Əkrəm sataşanda cavabını alıb».

Anar ədəbiyyatın korrupsiya ilə mübarizədə effektli üsul olmadığını da bildirib. Bu barədə AzadlıqRadiosunun sualını cavablandıran AYB sədri deyib ki, Rusiyada Qoqolun «Müfəttiş» əsərindən başlayaraq, belə məsələlərlə mübarizə aparılır, amma heç nəyin qarşısı alınmır.

«Azərbaycanda da Mirzə Fətəli Axundovdan tutmuş Sabirə, Mirzə Cəlilə qədər rüşvətxorluğa, yalana, digər naqisliklərə qarşı çoxlu əsərlər yazılır, amma təəssüf ki, bu cür hallar hələ də var».
XS
SM
MD
LG