Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:29

Hüquqşünas İntiqam Əliyevə beynəlxalq mükafat verilib


İntiqam Əliyev
İntiqam Əliyev
-
Çexiyada fəaliyyət göstərən “People in Need” təşkilatının insan haqları üzə mükafatı 2012-ci ildə Azərbaycanlı hüquqşünas və hüquq müdafiəcisi İntiqam Əliyevə verilib.

Təşkilatın hesabatında deyilir:

“İntiqam Əliyev 20 ildən çoxdur ki, vəkil işləyir və bu müddət ərzində yüzlərlə insanı müdafiə edib, onları xilas edib. Bu gün də tanınmiş bir vəkil kimi hakimiyyəti tənqid etdiklərinə görə mühakimə olunan şəxsləri müdafiə etməkdə davam edir.
Onun repressiv rejimə qarşı apardığı xeyli iş Strasburq məhkəməsinə qədər gedib, və bu işlərin çoxu uğurlu olub.
O bu ilin yanvarında Bakıda müxalifətin mitinqi dağıdılarkən qısa müddətə də olsa həbs edilib.
2011-ci ildə isə İstanbul hava limanında saxlanılıb və polis tərəfindən zorakılığa məruz qalıb”.

Biz onun uzun bu müddət vəkil və yazar kimi fəaliyyətini nəzərə alaraq bu mükafatı ona vermək qərarına gəldik.

Təşkilatın demokratiya və insan haqıarı üzrə mərkəzinin direktoru Marek Svoboda:

“Bu mənim təmsil etdiyim təşkilatın hər il verdiyi mükafatdır. Bu bizim cəsarətlə insan haqlarını, dəyərləri müdafiə edən, yaxud basqılara məruz qalan şəxslərə verilən ən mühüm mükafatımızdır. Bundan əvvəl bu mükafata layiq görülənlər arasında çinli dissident Liu Xiaobo, Suriya konflikti zamanı insanlara yardım edən suriyalı həkimlər də olub. Mükafat 1994-cü ildə təsis edilib.

Mükafatın məhz nəyə görə İntiqam Əliyevə verilməsinə gəldikdə isə o deyib:

“ Bu mükafatın İntiqam Əliyevə verilməsinin iki səbəbi var. Əvvəla, biz hesab edirik ki, İntiqam Əliyev təqib edilən, xüsusən də siyasi səbəblərə görə basqılara məruz qalan şəxsləri illərdir müdafiə edən cəsur insandır. O həm də hüquqi islahatlar, korrupsiya və bir sıra başqa məsələlərlə bağlı yazılar yazıb. İkincisi, biz istədik ki, Azərbaycandakı vəziyyəti diqqət mərkəzinə gətirək. Burada - Mərkəzi Avropada insanlar Azərbaycan haqda elə də çox məlumatlı deyillər. İntiqam Əliyev elə bir şəxsdir ki, Azərbaycanda dəyərlərə əsaslanan mülki cəmiyyəti təmsil edir”.

Marek Svoboda İntiqam Əliyevin bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin ən fəal üzvlərindən biri olduğunu deyir.

Təşkilat bu gün Azərbaycandakı avtoritar rejimi Belarusla eyniləşdirir.
XS
SM
MD
LG