Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:31

"Bizi ən böyük faciə onluq formalaşanda gözləyir" (Yenilənib)


Nigar Köçərli
Nigar Köçərli
-

Nigar Köçərli:

"Yaxın günlərdə apellyasiya olacaq, bu, mətbuatın iştirakı ilə olacaq. Artıq 5-6 yazıçının şikayəti qeydə alınıb. Gəlsinlər, ekspertlərlə müzakirə etsinlər. Əgər hansısa yazıçının arqumenti güclü olacaqsa, ekspertlər öz seçimlərinə dəyişiklik edə və onda Apellyasiya Şurası 20-liyə dəyişiklik edə bilər".


Milli Kitab Mükafatının (MKM) bu günlərdə elan edilmiş 20-liyi birmənalı qarşılanmadı.

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli, ekspertləri Yaşar, Zahir Əzəmət, 20-likdə yer alan yazıçı Aslan Quliyev, müsabiqədən narazı olan yazarlar - Vüsal Nuru, Fərid Hüseyn və başqaları qatılıblar.


Zahir Əzəmət:

"Ekspertlərdən biri - Yaşar etiraf etdi ki, Cavid Zeynallının əsərini oxumayıb".

Proqramı dinlə


Yaşar:

- Orda anlaşılmazlıq olub. Mən elə bilmişəm ki, gənc yazarlara ayrıca mükafat veriləcək və buna görə biz ekspertlər onların əsərlərini oxumamalıyıq. O cümlədən Cavidin romanını. Amma bu anlaşılmazlıq aradan qalxdı və indi Cavid Zeynallının əsərini oxuyub yekunlaşdırmaq üzrəyəm. Apellyasiya zamanı bu əsərə görə öz balımı açıqlayacam. Mənim fikrim hər şeyi həll etmir. O biri
Zahir Əzəmət və Fərid Hüseyn
Zahir Əzəmət və Fərid Hüseyn
ekspertlərin də fikri mühümdür. Amma balımı verəcəm, nəticəsi bilinəcək.

Vüsal Nuru:

- Mənim də əsərim oxunmayıb. Yaşar müəllim müsahibəsində deyib ki, əsərlər üslub, forma cəhətdən fərqlənmir. Həmin kriterilərə uyğun olaraq mənim əsərim mütləq seçilməliydi. Çünki qotik üslubda yazan ilk müəllif mənəm. “999” romanım fantastika, qorxu janrında olan əsərdir. Bu əsər bizim hörmətli ekspertlər tərəfindən oxunsaydı ola bilməzdi ki, seçilməsin.

Yaşar:

- Bizim müəlliflərin bu qədər özündənrazılığını qəbul etmirəm. Gənc yazarlar bu qədər iddialı olmamalıdırlar. Həmin əsəri mən oxumuşam. Vüsal bəyin onbeşliyə düşən əsərlərdən xəbəri var? Hansı əsasla deyir ki, əsəri mütləq ora düşməliydi? Vüsal bəydə müəyyən yazıçılıq işartıları var. Əsərin əvvəlində Sabunçuda qadın intiharından danışılır, bir bundan başqa mən əsərdə Azərbaycana aid heç nə tapmadım. Bu, filmi xatırladırdı. Hiss olunurdu ki, yazıçıdan çox, ssenarist yazıb bunu. Fellini ilk növbədə italyan rejissorudur, sonra bəşəri. Bizə lazımdır ki, Azərbaycan ədəbiyyatı, milli ədəbiyyat yaransın. O dediyi qorxu, dəhşət ədəbiyyatının böyük nümunəsi Edqar Podur. Bu ədəbiyyat ikinci dərəcəli ədəbiyyatdır. Vüsal bəy öz mövzusunu tapmalıdır, təklif edirəm ki, özünü yazsın.

Vüsal Nuru:

- Yaşar müəllimin bu izahatı məndə gülüş doğurdu. Bəli, mən həm də ssenaristəm. Seriallarım efirdə gedir. Bunun heç nəyə dəxli yoxdur. Deyir ki, əsərin Azərbaycana aidiyyatı yoxdur. Bununla da sübut etdi ki, o, əsəri oxumayıb. Uzaqbaşı bir fəslini ya da bir neçə səhifəsini oxuyub. Əsər Cənubi Azərbaycana, qadınlara aiddir, feminist romandır, zorakılığa qarşıdır. Sonda Cənubi Azərbaycana mesaj da göndərilib.

Şahnaz Bəylərqızı:

- Vüsal bəy, Apellyasiya Şurasına müraciət edəcəksiz?

Vüsal Nuru:

- Əlbəttə. Hələ dəqiqləşdirə bilməmişəm apellyasiya nədir. Amma qoy mənə izah etsinlər romanımda nə çatmır. Mənim iddiam olmasa, roman yazmaram.

“HEÇ KƏSİN QULAĞINDAN ƏRİŞTƏ ASMAQ LAZIM DEYİL”

Fərid Hüseyn:

- Mənim də bu siyahı ilə bağlı müəyyən fikirlərim var. Elə əsərlər seçilib ki, seçilməyənləri oxuyanlar siyahıya düşənlərin çox zəif olduğunu başa düşürlər. Məsələn, Cavidin, Vüsalın romanı Şəhriyar del Geraninin romanından daha yaxşıydı. Şəhriyar dostumuzdur, amma bununla yanaşı biz müəllifləri yox, mətnləri
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
iymətləndirməliyik. Bu müsabiqədə narazılıqlar bundan sonra olacaq. Münsiflər Heyətində elə adamlar var ki, onların kitab oxumağa vaxtı yoxdur. Azərbaycanlılar İslama inansa da, Azərbaycan ədəbiyyatı bütlərə inanır. Yəni filankəs bütdür, o mütləq münsif olmalıdır... Bu müsabiqədə də əsərlər oxunmayacaq, narazılıq da yaradan budur ki, kitablar oxunaraq yox, vərəqlənərək seçilir. Bu, gün kimi aydındır. Heç kəsin qulağından əriştə asmaq mümkün deyil.

Nigar Köçərli:

- Məsləhət görərdim ki, münsiflərlə bağlı narazılığı saxlayaq sonraya. Yavaş-yavaş gələk.

“QIRAQ HƏTTA BİR-BİRİMİZİ, AMMA ƏDƏBİYYAT ADINA”

Zahir Əzəmət:

- Fərid bəy, birincisi, biz adlardan çəkinmirik. Biz ekspertlər xalq yazıçılarını, böyük yazıçıları belə iyirmiliyə salmamışıq. Biz adlara deyil, yazılara qiymət verməyə çalışmışıq. Vüsal bəyin romanı ilə bağlı deyim. Bu əsər nə qədər Azərbaycan dilində yazılıb? Təbii ki, formaya cəhd edib, ideya qoyub. Amma dil... Cavid Zeynallı keçən il iyirmiliyə düşdü, amma onluğa keçmədi. Mənim favoritmlərimdən idi. Ancaq bu il israr etmədim. Çünki yeni romanla əvvəlki arasında ciddi fərq yoxdur. İkinci romanda
Aslan Quliyev
Aslan Quliyev
tələskənlik, uzunçuluq var. Bu dəfə müsabiqəyə verilən əsərlərin bədii çəkisində axsama var. Oturaq danışaq, qıraq hətta bir-birimizi, amma ədəbiyyat adına.

NİGAR KÖÇƏRLİ: “OLA BİLSİN NƏTİCƏ DƏYİŞSİN”

Nigar Köçərli:

- Mən ekspertlərə inanıram. Bu il Apellyasiya Şurası yaradılır. Yenilikdir. Hamını ora müraciət etməyə dəvət edirəm. Artıq 5-6 nəfər qeydiyyatdan keçib. Gəlsinlər iradlarını birbaşa ekspertlərə bildirsinlər. Ola bilsin nəticə dəyişsin, ola bilsin yox. Bəri başdan heç nə deyə bilmərəm.

Aslan Quliyev:

- Narazı qalanlar qoy əsərlərini çap etsinlər. Qoy oxucular qiymət versin. “Ekspertlər tanışlığa, dostluğa əsasən seçim edirlər” kimi fikirlər yanlışdır, reallığa söykənmir. Şəxsən mən ekspertlərlə də, Nigar xanımla da oturub bir stəkan çay içməmişəm. Cavid Zeynallının 20-liyə düşməyən əsərini oxumamışam, ona görə heç nə deyə bilmərəm. Amma başqa əsərlərini oxumuşam. Ümid verən gəncdir. Uzun siyahıya niyə düşməyib, bunu deyə bilmərəm.

Yaşar:

- Vüsal Nuru deyir ki, qotik ədəbiyyatı Azərbaycanda o yaradıb. Bunlar 100 il qabaq
Vüsal Nuru
Vüsal Nuru
olan şeyləri indi etmək istəyirlər, özü də deyirlər ki, bunu biz gətirdik. Bu xəstəlikdir. Bu dəfə müsabiqədə səviyyə düşüb aşağı. Bəlkə də səbəb iştirakçıların çoxunun gənc olmasıdır. Fərid bəy Cavidin, Vüsal Nurunun əsərlərinin Şəhriyarın romanından güclü olduğunu deyir. Fərid, bu sənin öz kriterilərinlə elədir. Hər halda, mənim bu gün-sabah 50 yaşım olur. Mənim ölçülərimlə Şəhriyarın əsəri daha gözəldir. O əsərdir. Bizi ən böyük faciə onluq formalaşanda gözləyir.

Fərid Hüseyn:

- Ola bilməz ki, Yaşar müəllim, Şəhriyarın romanındakı ideyalarla Züskindin “Ətriyyatçı” əsərindəki ideyaların oxşarlığını görməyə.

Yaşar:

- Yusif Səmədoğlunun “Qətl günü” struktur, obrazlar baxımından “Ustad və Marqarita”nın, eləcə də “Yüz il tənhalıqda” romanlarına bənzəyir. Buna plagiat da demək olar. Ancaq Yusif Səmədoğlunun “Qətl günü”nü ingilis, fransız yaza bilməz. O azərbaycanlılardan yazıb. Şəhriyarın əsəri Züskində oxşaya bilərdi, amma sırf Azərbaycan mənzərəsi idi. Biz abrımıza qısılıb Azərbaycan mentalitetinə uyğun olaraq Şəhriyarı buraxmaya bilərdik. Ancaq əsərin bədii gücü buna imkan vermədi.

“EKSPERTLƏR DƏYİŞSƏ, TAMAM BAŞQA İYİRMİLİK YARANACAQ”

Elşən Feyzullayev:

- Belə qənaətdəyəm ki, ekspertlər dəyişsə, nəticələr də dəyişəcək. Tamam başqa əsərlər iyirmiliyə düşəcək. Mən MKM-ə dram əsərləri vermişdim. Mənim kitabım Yaşar müəllimdə olub. Onunla danışdım, dedi ki, kitabda ana ilə oğulun dialoqu xoşuma gəlmədi, ana oğlu ilə belə danışmamalıdır. O pyesdə ana, oğul obrazı yoxdur. Yaşar müəllim ümumiyyətlə, pyeslərimi oxumayıb. İkincisi də, mənim kitabıma ekspertlərdən biri - Tehran Əlişanoğlu maraqlı rəy yazıb. Belə çıxır ki,
Yaşar
Yaşar
kspertlərdən biri pyesimi zibil qutusuna atıb, ədəbiyyat saymır, o biri də yaxşı qiymətləndirib.

Yaşar:

- Mən son 3 ildə 20 pyes tərcümə etmişəm. O pyeslərlə müqayisədə bu pyeslər mənə primitiv göründü. Özü də pyeslərin hamısını oxumuşam. Mən çaşdım dedim ki, ana elə danışmaz.

Şahnaz Bəylərqızı:

- Necə danışmaz ki?

Yaşar:

- Ana ilə oğul elə danışır, elə bil kitabı qabaqlarına qoyub üzündən oxuyurlar. Elə tamaşa olar? Pyes dialoqlar üzərində qurulur. O, dialoq yaza bilmirsə, mən nə deyim. Tehran Əlişanoğlunun fikrisə öz fikridir...
XS
SM
MD
LG