Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:06

Viktor Yerofeyev. İmperializm mikrobu


Yazıçı Orxan Pamuk və Victor Erofeyev (Arxiv foto)
Yazıçı Orxan Pamuk və Victor Erofeyev (Arxiv foto)
-

"Bizdə bu imperiya duyğusu hardandır belə? Öz ideologiyamızı çəkinmədən-qorxmadan yeridirdik, gah pravoslav-monarxiyanı, gah da kommunizmi..."


Yazıçı Viktor Yerofeyev Rusiya tarixinə diaqnoz qoyur. Yazıçının yazdığı məqalə "Kommersant" qəzetində çap edilib.

2 noyabr 1721-ci ildə Pyotr- təbii ki, senatorların ərizəsi ilə- El Atası və İmperator titulu qəbul edir. "İmperializm" adlı xəstəliyin cəmiyyətə hansı əziyyətləri verməsi barədə yazıçı Viktor Yerofeyev belə yazır:

Mənim yanıma sevimli, saqqallı rus insanı qonaq gəlir, “sovok”deyil, bədii təbiəti var, dünyanı gəzib-dolaşmış, çox səyahət etmiş bloggerdir, işıqlı mavi gözləri var, özünə görə yaxşı oğlandır və budur, şərabdan və həyat həzzindən gözlərini qıyaraq, o, mənə deyir:

- Fransa Rusiyanın əyalətidir.

Ağıl deyir, dayan! Mən onunla mübahisə etmirəm. Əyalət deyirsən, qoy olsun əyalət. Mənim qarşımda normal rus imperialistidir. Nə birincidir, nə də sonuncu. Onda elə yetişmiş imperializm mikrobu var ki. Uzadıb! O, əmindir ki, biz hamıdan - Fransadan, Amerikadan və bütün qalan dövlətlərdən daha yaxşıyıq. O, əmindir ki, bütün bu ölkələr bizə xidmət etməlidir, hətta bizim qarşımızda dal pəncələri üstündə durmalıdır, biz isə onların bu durumuna güləcəyik. Nəticədə onların hamısını fəth edəcəyik. Biz buna genetik olaraq hazırıq.

Tarixən biz təbii istilaçılara, ətrafımızda təbii olaraq qəbul edilən hər nə varsa fəth edən insan yırtıcılarına aidik. Biz Kazanı fəth etdik. Biz Astraxanı fəth etdik. Biz Sibiri və Uzaq Şərqi fəth etdik. Biz Krımı fəth etdik. Biz Polşanı özümüzə birləşdirdik.

Rus əsgəri
Rus əsgəri
Finlandiya? O da bizimdir! Biz dünyanın hər tərəfinə yayıldıq. Biz bundan da o tərəfə gedə bilərdik. Nəinki Alyaska, Havay adaları da rus bayrağı altında mövcud ola bilərdi. Əgər 1917-ci il inqilabının əvəzinə, Fransa və İngiltərənin müttəfiqi olaraq qalsaydıq, nəinki Krım, Konstantinopol da bizim ola bilərdi. Düzdü, Konstantinopolu fəth etmək alınmadı, amma biz İkinci dünya müharibəsindən sonra Avropanın yarısını sakitcə yedik, amma əgər bacarsaydıq, Parisi, Afinanı, Romanı da yeyərdik.

Bizdə bu imperiya duyğusu hardandır belə? Axı hətta İngiltərə kimi ənənəvi imperiya dövlətləri belə, Asiya və Afrikanın inkişafdan qalmış ərazilərini onlara maarifçilik gətirməklə udmağa hazır idi, biz isə özümüzü, öz ideologiyamızı çəkinib-qorxmadan yeridirdik, gah pravoslav-monarxiyanı, gah kommunizmi. Üzərində qələbə çaldığımız düşməni məhv etmək lazım gəldikdə isə, heç bir əzələmiz titrəmədi. Bax, Katında Polşa zabitlərini belə güllələyirdik. Heç indi də onlara yazığımız gəlmir. Və yalnız onlara deyil. Onlar nə üçün güllələməyimizi izah etmək tələbilə bizim işlərimizə burunlarını soxduqda da nizim yazığımız gəlmir, həm də xoşumuz da gəlmir. Ona görə güllələdik ki, biz hamını güllələmək hüququna malikik, həmçinin də özümüzü. Və əgər biz onları güllələyirdiksə və ola bilsin yenə güllələyəcəyik, onda niyə bizə tamamilə yad olanları güllələdiyimizə görə hesabat verməliyik?

Bizim imperiya mikrobumuz uzun illərdir bizimlədir. Əbədidir, dönməzdir...
Bizim insanlarımızın bu anadangəlmə, dərialtı, tamamilə şüursuz imperializmi Ukraynanın bizə qaytarılmanın işində xüsusi ehtirasla özünü göstərdi. Biz hamımız əminik ki, Ukrayna — bu, bizim “kray”namızdır və onun bizdən ayrılması böyük anlaşılmazlıq olub, buna görə də korreksiyaya ehtiyac duyur. Bununla belə, biz kiçik qardaşımız olan ukraynalı, daha doğrusu, xoxol qarşısında öz üstünlük hissimizi də gizlətmirik.

İMPERTİYA MİKROBU...

Biz yolunu azmış qoyun kimi onu özümüzə çağırırıq və, nə bu qoyun bizə qayıtdıqda, bu qoyunu necə lazımdır döyməliyik. Bu, bir əyləncəli əminlikdir ki, müstəqil Ukrayna — yalnız müvəqqəti anlaşılmazlıqdır və bu anlaşılmazlıq praktik olaraq bizim cəmiyyətimizi yaralayır və heç kim də düşünmür ki, bu, xoxolların ürəyincə olmaya bilər. Biz başqalarının canları haqqında düşünmürük. Biz Qafqazın, Orta Asiyanın və Ukraynanın canı hayında deyilik. Biz Baltiyanın xalqları haqqında düşünmürük, çünki onlar da qəribə təsadüf nəticəsində sahibsiz oldular. Biz hamını əllərimizə alacağıq. Bizim imperiya mikrobumuz uzun illərdir bizimlədir. Əbədidir, dönməzdir.

Bəs rusların canına hopmuş bu imperiya mikrobu haradan gəldi? I Pyotrun öz imperiya ideyasıyla birlikdə bizə imperiya ambisiyalarını gətirməsini düşünmək qəribə olardı. Onlar İvan Qroznının da vaxtında var idi. Onlar tatar-monqol zülmü dövründə torpaqların yenidən bölünməsinin və ideologiyaların imkanı kimi mövcud idi. Biz xəyallarımızda yadları və haqsızları fəth etməkdə idik; biz bu gün öz imperiya arzularımızı əyani nümayiş etdiririk.

Ola bilər ki, bu gün biz elə də qorxunc deyilik. Ola bilər ki, bu gün bizim dərialtı imperializmimiz bizə qarşı elə işləyir ki, hamı dəhşətlə bizdən Avropaya, keçmiş sovet ittifaqının ərazisinə qaçır. Biz qorxunc yox, gülməli oluruq. İmperiya ambisiyaları Rusiyaya qarşı işləyir. İmperiya mikrobu Rusiyanın gələcəyini məhv edir. Amma onsuz da:

- Fransa - yalnız Rusiyanın əyalətidir.

Heç soruşmağa da cürət etməyin nə üçün belədir.

Tərcümə Ramil Rahiboğlu
XS
SM
MD
LG