Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:11

Rəşad Məcidlə Zamin Hacının mübahisəsi - Ramiz Mehdiyev düz deyir?


Emin Piri və Pərviz Əzimov (sağda)
Emin Piri və Pərviz Əzimov (sağda)

-

Zamin Hacı:

- Xalqımızdan xahiş edirəm Rəşad Məcid kimilərə inanmasınlar.

Rəşad Məcid:

- Zamin Hacı son vaxtlar yazdığı yazılarındakı kimi fantaziyasına güc verdi.

Emin Piri

- Mən təhsil sistemindəki problemin köklərinin 90-cı illərdən gəldiyini düşünürəm.

Pərviz Ə.

- Emin bəy, yanılırsınız Azərbaycanda təhsilin yüksələn dövrü Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində olub.

"Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, «Molla Nəsrəddin» jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?"

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu günlərdə ölkədə savadsızlığın, cəhalətin artması ilə bağlı narahatlığını bildirib. Belə bir vəziyyətin yaranmasına nə səbəb olur?

Azadlıq Radiosunun "Pen klub" proqramının qonaqları jurnalist və köşə yazarı Pərviz Əzimov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, jurnalist Zamin Hacı və şair Emin Piridir.

Pərviz Əzimov

- Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda teleefir tamamilə bu hökümətin nəzarətindədir. Bəs Üzeyir Hacıbəyov ola-ola, Üzeyir Mehdizadəni xalqa sırıyan kim idi? Bunlar deyildimi? Digər tərəfdən, Ramiz Mehdiyev Azərbaycanda dindarlığın sürətlə artmasını qabardır. Mən şəxsən Masallı rayonunda şiəliyin çox güclü olduğu bir yerdə böyümüşəm. Orda orta məktəblərdə təhsil bərbad olduğu üçün uşaqlar pulsuz fəaliyyət göstərən mədrəsələrə getməyə məcbur olur.

Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- Pərviz bəy, axı hakimiyyət hansısa müəllimə demir ki, sən dərs keçmə.

Pərviz Ə.

- Bu, sistemin problemidir, əslində heç kim heç kimə bir şey demir. Bün bizim ölkədəki universitetlər “Balonya” sisteminə keçib. Görün o sistem təhsilə nə qədər zərbə vurdu, nə qədər tələbəni universitetdən qovdular. Qayıba görə əlavə pul alırlar. Orta məktəbdə müəllimlərin maaşı çox azdır. Müəllimlər məcbur olub enerjilərinin çox hissəsini pul qazanmaq üçün repetitorluğa sərf edirlər və məktəbdə dərs deməyə enerji qalmır. Belə təhsil sistemindən təbii ki, radikal dindar, avara, oğru aləminin vurğunu olan adamlar çıxacaq. Mən özüm Azərbaycan təhsil sisteminin qurbanlarından biriyəm.

Emin Piri

- Mən təhsil sistemindəki problemin köklərinin 90-cı illərdən gəldiyini düşünürəm. Həmin dövrdəki siyasi boşluq cəmiyyətə mənfi təsir göstərdi.

Pərviz Ə.

- Emin bəy, yanılırsınız Azərbaycanda təhsilin yüksələn dövrü Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində olub. O dövrdə bir il ərzində xaricə oxumağa 3000 adam göndərilib, amma Yeni Azərbaycan Partiyasının hakimiyyəti dönəmində xaricə heç 3000 adam da göndərilməyib. Gəlin diqqətlə baxaq. Azərbaycan dili haqda qanun, Azərbaycan əlifbasının latın qrafikasına keçməsi ilə bağlı qanun, Test üsulunun tətbiqi ilə bağlı sərəncam, bunlar hamısı siyasi xaos adlandırılan dövrdə baş verib.

Emin Piri

Emin Piri və Pərviz Əzimov (sağda)
Emin Piri və Pərviz Əzimov (sağda)

- Mənə elə gəlir ki, gənclər sovet dövründəki dövlət qayğısına öyrəşiblər və onlarda müəyyən dərəcədə dövlətdən qayğı gözləntisi var. Ona görə də bir yerdən “yox” cavabı alan kimi ruhdan düşürlər. Əgər bir gənc haqqını istəyə bilmirsə, ona heç kim iş verməz.

Pərviz Ə.

- Haqqını istəyənlərin hamısı həbsdədir indi. Daha radikal formada haqqını tələb etsən, sən də gedəcəksən, mən də gedəcəyəm. Mən şəxsən burda danışanda qorxuram. Bunu açıqca deyirəm. Dünən bir jurnalisti küçədə söyüş söydüyünə görə tutublar, küçədə söyüş söyən minlərlə adam var bu ölkədə, onu həbs ediblər, çünki haqqını tələb edib. Bunu etiraf edək ki, Azərbaycanda haqqını tələb etmək artıq cəsarət məsələsi deyil, bu, kamikadzelikdir artıq.

Səadət A.

- İndi Zamin Hacı telefon xəttindədir. Zamin bəy, Ramiz Mehdiyevin son çıxışına siz də münasibət bildirmişdiniz. Ölkədə illərdir deyilən problemlərin bir yüksək çinli məmur tərəfindən etiraf olunmasını necə qarşıladınız?

Zamin Hacı

- Bilirsiniz, Ramiz müəllim uzun illər Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub və uzun illər Azərbaycanda KP-nin ideologiya şöbəsinin müdürü olub. Bunu niyə xatırladıram? Sovet dönəmində KP nizamnaməsində belə bir bənd vardı ki, hər bir partiya üzvü, kommunist vaxtaşırı olaraq özünütənqidlə məşğul olmalıdır. Ramiz müəllim də indi özünütənqidlə məşğul olur. Özünütənqid gülməli bir şeydir. Bu adam vaxtilə TV-ləri tənqid etdi, halbuki bu özlərinin yaratdığı TV-lərdir. Bir ara elmlə bağlı çıxış etmişdi, amma nə dəyişdi, deyəsən Səyavuş Novruzov da bu gün akademikdir.

Ramiz Mehdiyevin özünün elmi işi, bütün fəaliyyəti saxtakarlıqdan ibarətdir. Bu adam ərəb-fars dilini bilmədən Şah İsmayıl haqda kitab yazır. Doğrudan da bu gün ölkədə vəziyyət dəhşətlidir, haqqı danışanları tutub həbsə atırlar. Belə ucuz demaqogiyalarla camaatı aldatmaq mümkün deyil.

Səadət A.

- Bəs, necə bilirsiniz, təhsildə nəyi dəyişdirmək lazımdır ki, vəziyyət az da olsa düzəlsin?

Zamin H.

Zamin Hacı
Zamin Hacı

- Təhsildə heç nəyi dəyişdirmək mümkün deyil. Əgər prezidentin qızının şeirlərini ədəbiyyat dərsliyinə salırlarsa, İçəri Şəhər Dövlət Qoruğunun müdürünü gətirib təhsil naziri qoyurlarsa. Dərsliklərin nəşri korrupsiya yoluyla Fatma Abdullazadəyə tapşırılıbsa, orta məktəblər ancaq uşaqlara yaltaqlıq öyrətmək üçün istifadə edilirsə belə ölkədə hansı təhsildən danışmaq olar. Bizim təhsildə yüksəliş deyə bir şey yoxdur. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ildən-ilə balları aşağı sala-sala gedir. Beş-altı türk liseyi vardı, onalı da bağladılar. Bilmirəm niyə Ramiz Mehdiyevin çıxışlarından ruhlanıbsınız. Mən bu çıxışları illərdir eşidirəm.

Səadət A.

- İndi telefon xəttində Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məciddir. Rəşad bəy, siz də müzakirə etdiyimiz məsələyə münasibət bildiribsiniz. Sizcə, nəyə görə Cəlil Məmmədquluzadə hələ də bizim cəmiyyətimiz üçün aktualdır?

Rəşad Məcid

- Bunun səbəbləri dərindir. Cəlil Məmmədquluzadənin ölümündən sonra Azərbaycan cəmiyyətində inkişafın qarşısı alındı, xeyli ziyalımız həbs olundu, öldürüldü, susduruldu, ona görə də 91-ci ildə müstəqilliyimizi yenidən qazananda hər şeyə yenidən başlamalı olduq. Təəssüf ki, bəzi məsələlərdə Sabirin və Mirzə Cəlilin dövründən də geriyə getməli olduq.

Səadət A.

- 20 il ölkədə təhsilli, intellektual bir təbəqə formalaşması üçün az bir zamandırmı sizcə?

Rəşad M.

Rəşad Məcid
Rəşad Məcid

- Məncə azdır. Yenicə müstəqil olan ölkə, əraziləri işğal olunmuş bir ölkə üçün ərazilərini qoruyub saxlamaq hələ böyük bir şeydir. Hörmətli akademikimiz Ramiz Mehdiyev cəmiyyətimizi narahat edən ağrılı problemlərdən danışıb. Bəziləri deyir ki, bu problem onu həll etməli olan ölkənin aparıcı şəxsi tərəfindən söylənilib. Amma bu fikirlərdə bir ziyalı yanğısı, ziyalı narazılığı var. Bu sual cəmiyyətə yönləndirilir ki, necə olur ki, yüz il əvvəl Mirzə Cəlili, Sabiri yetişdirən xalq yenidən yüz il əvvəlki problemlərlə üz-üzə qalır.

Zamin H.

- Əvvəlcə sizə xırda bir etirazımı bildirim. 17 dəqiqədir məni Rəşad Məcidə qulaq asmağa məcbur edirsiniz. Azərbaycanda problemləri gənclərin üzərinə atmaq, gəncləri tənbəl adlandırmaq ucuz demaqogiyadır. Azərbaycan gəncliyi əslində savadlıdır, məsəlçün Bəxtiyar Hacıyev Harvard Univerisitetini bitirib gəlmişdi, onu tutub türməyə saldılar. Yaxud, hal-hazırda həbsdə olan “Nida Vədəndaş Hərəkatının” üzvləri var ki, yüksək balla dövlət universitetində təhsil alıblar, xaricdə oxuyublar, yaxud Adnan Hacızadəylə Emin Millinin hekayəsini misal çəkə bilərəm.

Bizim hakimiyyət onları haqqı dediklərinə görə tutub həbs etmişdi. Ona görə də kimsə oxuyacaq, ona şərait var söhbətləri yalandır. Xalqımızdan xahiş edirəm Rəşad Məcid kimilərə inanmasınlar. Azərbaycanda istedadsız, amma kiminsə qohumları olanlar irəliyə gedir. Son dövr araşdırmalardan məlum oldu ki, Azərbaycanda əksər böyük biznes strukturları prezidentin qızlarına məxsusdur.

Necə olur ki, bu iki bacı biznesdə böyük uğurlar qazandı, başqaları bunu bacarmadı. Nə üçün Azərbaycanda bir nəfər belə rəsmi milyonçu yoxdur. Ramiz Mehdiyevin öz yeznəsi elə deputatdır. Bu ölkədə heç bir istedada yer yoxdur. Bəzi Nazirliklərində bir az istedadlı uşaqları paket və qara pullar verməklə saxlamağa çalışırlar ki, xaricdən gələnlərlə söhbət eləsinlər, bir də müəyyən hesab işlərini görsünlər. Buna görə də ölkədə gənclər üçün heç bir gələcək yoxdur.

Rəşad M.

- Zamin Hacı son vaxtlar yazdığı yazılarındakı kimi fantaziyasına güc verdi. 17 dəqiqə deyir, amma mən 17 dəqiqə danışmamışam, uzağı 8-9 dəqiqə danışmışam. O vaxt Zaminin yazılarını biz oxuyub gülürdük. Siz verilişi Rəşad Məcidin fikirlərinin müzakirəsinə çevirirsiniz. Burda Ramiz Mehdiyevin fikirlərinin müzakirəsi olmalıydı. Zamin və Pərvizin söhbətləri tamam başqa mövzulara gedir. Biz onu danışmalıyıq ki, ölkədə kəskin dindarlığın səbəbi nədir, təhsildəki problemlərin səbəbi nədir...

Debatı tam izlə

XS
SM
MD
LG