Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:30

MTN əməkdaşları saxlanılıb


MTN
MTN

-

virtualaz.org saytı hüquq-mühafizə orqanlarına yaxın mənbələrinə istinadən yazır ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

TƏHLÜKƏSİZLİK NAZİRİ NİYƏ CƏZALANDIRILDI

İlham Əliyevin oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifədən azad etməsi mətbuatın əsas müzakirə mövzusudur.

«Yeni Müsavat» qəzeti yazır ki, rəsmi qurumlar bu olayla bağlı 48 saatdır ki, susur, bu da nazirin vəzifədən getməsi ilə bağlı yalnız müəmmaların ortaya çıxmasına yol açır. Belə müəmmalardan birini qəzet Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin-ə bağlayır:

Eldar Mahmudov
Eldar Mahmudov

«Sərəncam elan edilməzdən bir gün əvvəl yüksəkrütbəli bir Rusiya rəsmisi Bakıda idi. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin.

Rusiya rəsmisinin budəfəki səfərinin MTN-də baş verənlərlə eyni vaxta düşməsi sırf təsadüfmü? Bastrykin-in qovluğunda daha nə gətirə biləcəyi haqda əlavə mülahizə yürütmədən yalnız Rusiya faktoru ilə bağlı yayılmış bir mülahizəni də diqqətə çatdırırıq. Bir versiyaya görə, Eldar Mahmudov qərbyönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləriilə əməkdaşlıq içərisində olub. İddiaya görə də son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib».

DEPUTATDAN MTN AÇIQLAMASI

Prezidentin sərəncamına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc modern.az-da münasibət bildirib:

Zahid Oruc.
Zahid Oruc.

«Daha geniş miqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsizlik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə demək olar ki, əsaslı yardım edə bilmirdi.

Gözəgörünməz cəbhədə ölkəmiz əleyhinə planları, təhdidləri aradan qaldırmalı olan orqan kəşfiyyat işində də böyük uğurlara imza ata bilmirdi».

Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyində Beynəlxalq Bankla bağlı məsələnin həll edilməməsi və sahibkarların incidilməsi məsələsinə də aydınlıq gətirib:

«Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir».

Neft.
Neft.

HAKİMİYYƏT NEFT HASİLATINI AZALTMAQDAN QORXDU

«Azadlıq» qəzeti yazır ki, oktyabrın 21-də OPEK-in müşavirəsində neftin qiymətinin 70 dollara qaldırılması üçün hasilatın tədricən azaldılması müzakirə olunacaq. «Azərbaycanla yanaşı, kartelə daxil olmayan ölkələrdən Rusiya, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Oman da müşavirəyə dəvət edilib. Azərbaycan müşavirəyə qatılmır və hasilatın aşağı salınmasına dair müzakirələrə qoşulmur. Bu qərarın rəsmi səbəbi deyilmir».

İqtisadçı Məhəmməd Talıblı qəzeti şərhində deyib ki, Azərbaycanın bu tip tədbirlərə qoşulmaması daha çox onunla bağlıdır ki, rəsmi Bakı beynəlxalq iqtisadi bloklarda təmsil olunmaq və tərəf kimi üzərinə öhdəlik götürməkdə maraqlı deyil. Azərbaycan öhdəlik götürsə ki ölkəmiz OPEK-in hasilat kvotasında olduğu kimi hasilatı aşağı salacaq, o zaman bu, ölkəyə daxil olan neft pullarını azaldacaq.

Bazar.
Bazar.

ÖLKƏDƏ «SÜRÜNƏN BAHALAŞMA»NIN YENİ DALĞASI BAŞLAYIB

«Bizim yol» qəzeti yazır ki, son günlər bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə edilməkdədir: «Bir neçə marketdə apardığımız müşahidələr zamanı məlum oldu ki, elə ərzaq məhsulları var ki, onların qiymətində artım nəzərə çarpacaq dərəcədə hiss edilir. Ancaq digər ərzaq məhsullarında artım 3-5 qəpik olduğu üçün bir elə diqqət çəkmir.

Ümumilikdə isə zəruri ərzaq məhsullarının qiymətində 10-60 qəpik arası artım var. Məsələn, bir neçə gün əvvələ qədər 8 qəpiyə satılan yumurta indi 18 qəpiyə satılır. Çayların qiymətində də növündən asılı olaraq 3-10 qəpik arası bahalaşma varı. Həmçinin düyü, qaymaq, qəndin qiymətində də cüzi də olsa artım müşahidə edilirdi. Görünür, işbazlar ərzaq məhsullarının qiymətini insanları öyrəşdirə-öyrəşdirə qəpik-qəpik artırırlar.

Satıcılardan bahalaşmanın səbəbini soruşduqda onlar ərzaqları yerindən baha aldıqlarını dedilər.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov mətbuata açıqlamasında yumurtanın maya dəyərinin 7-8 qəpikdən çox olmadığını bildirmişdi. Ekspertin dediyinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli bahalaşmanın səbəbini sırf inhisarçılıqla bağlayır. Bu cür süni bahalaşmanın qarşısını almaq üçün normal rəqabət mühitinin yaradılmasını vacib sayanekspert illərdir bu məsələ qaldırılsa da, bir nəticəsi olmadığını deyir.

XS
SM
MD
LG