Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:19

Qənimət Zahidin həbsdəki qohumlarından xəbər var


Qənimət Zahid
Qənimət Zahid

►Fərasət Zahidov: “Onları qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar”

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2015-ci ilin yayında həbs olunan qohumlarının – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi başladı.

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib.

Məhkəmənin təşəbbüsü ilə həm Rövşən Zahidov, həm də Rüfət Zahidova dövlət hesabına vəkil təyin olunub.

VƏKİL DƏ İTTİHAM AKTINI ALMAYIB

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, bir sıra vacib sənədlər, o cümlədən ittiham aktının surəti onlara verilməyib. Heç Rüfət Zahidovun vəkili Bəhruz Bayramov da ittiham aktını almayıb.

Təqsirləndirilən şəxslər və müdafiəçilərə ittiham aktı və digər sənədlərin surətlərinin təqdim olunması, onların bu sənədlərlə tanış olması üçün məhkəmənin hazırlıq iclası fevralın 23-nə qədər təxirə salınıb.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

EVİNDƏN NARKOTİK MADDƏ TAPILDIĞI BİLDİRİLİR

Rüfət Zahidov Bakıda iş yerində həbs olunub. Rövşən Zahidov isə yaşadığı Şamaxı rayonunun Qurdtəpə kəndində saxlanılıb, ona əvvəlcə 25 sutka həbs cəzası verilib, həbsdə olduğu müddətdə evində axtarış aparılıb və narkotik maddə tapıldığı iddia olunur.

İş materiallarına görə, Rüfət Zahidovun da üzərindən 5 qram heroin aşkarlanıb. Lakin onun atası Fərasət Zahidov oğlunun, eləcə də əmisi oğlu Rövşənin Qənimət Zahidə görə həbs olunduğunu bildirib:

“Onları qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar”.

Qənimət Zahid də qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Buna da bax...

Avtovağzalın çat dərdi
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

XS
SM
MD
LG