Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:37

"Vətəndaşı olmayan Baş Plana görə evindən çıxarırdılar"


Bakı
Bakı

""Böyük Bakının Regional İnkişaf Planı" (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub".

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra layihəni Nazirlər Komitəsi təsdiqləməlidir.

Bakıda bu qədər yeni tikililər tikildikdən sonra, tarixi abidələr, binalar məhv edildikdən sonra bu baş plan nəyə yarayacaq?

“Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova bildirir ki, bir neçə ildir Bakının Baş Planı ilə bağlı anonslar verilsə də hələ də həmin müəmmalı sənəd ictimaiyyətə təqdim olunmayıb. Aytəkin İmranova deyir ki, əsasən 2010-cu ildən bir çox vətəndaşlar olmayan Baş Plana əsasən yerlərindən çıxarılıb, şəhərdə bir çox tarixi abidələr dağıdılıb, yaşıllıqlar məhv edilib.

Onun sözlərinə görə Baş Planın hazırlanması ilə bağlı beynəlxalq öhdəliklər var ki, əhali bu barədə geniş məlumatlandırılmalıdır. Ekspert deyir ki, indi həmin sənədin hazırlanması barədə vətəndaşlar, mütəxəssislər məlumatlı deyil, onların fikri bu məsələdə nəzərə alınmır. Bu səbəbdən Aytəkin İmranova həmin layihəni qüsurlu sənəd kimi qiymətləndirir.

Aytəkin İmranova: " müəmmalı sənəd..."
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00
Direct-ə keçid

Azərbaycan Memarlar İttifaqının məsul katibi, memar Elçin Əliyevin fikrincə bu vaxta qədər olanları bundan sonra düzəltmək mümkün deyil. Elçin Əliyev qeyd edir ki, buna baxmayaraq Baş Plan mütləq lazımdır.

Memar qeyd edir ki, heç olmasa bu vaxtdan sonra Baş Plan olsun ki, şəhər bundan sonra korlanmasın. Elçin Əliyev inanır ki, layihə mütəxəssislər tərəfindən hazırlanıb və bu vaxta qədər olan problemlərin əksəriyyəti həmin sənəddə öz əksini tapacaq.

Elçin Əliyev: " bu vaxta qədər olanları bundan sonra düzəltmək mümkün deyil"
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Bakının sabiq baş memarı, əməkdar memar Ömər Qoçu da o fikirdədir ki, belə bir layihənin hazırlanması heç zaman gec deyil. Memarın fikrincə Baş Planı həmişə dəyişmək, ona əlavələr etmək mümkündür. Onun sözlərinə görə, zaman keçdikcə tələblər də dəyişdiyi üçün Baş Planı da zamanın tələblərinə uyğun dəyişmək lazımdır.

Ömər Qoçu deyir ki, baş verən dəyişikliklərə qara eynəklə baxmaq lazım deyil. Memarın sözlərinə görə hökumət bu məsələyə xeyli vəsait ayırır və can yandırır ki, insanların yaşayış şəraitləri və həyat səviyyələri artsın. Memar bildirir ki, buna qara eynəklə baxmaqdansa, əvvəlcə işin mahiyyətini öyrənib, sonra ona qiymət vermək lazımdır.

Ömər Qoçu: "qara eynəklə baxmaq lazım deyil"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

XS
SM
MD
LG