Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:29

Zelenskiy Trump-ın onu şantaj etmədiyini deyir


Volodymyr Zelensky-nin mətbuat konfransı
Volodymyr Zelensky-nin mətbuat konfransı

Ukrayna Prezidenti Volodymyr Zelenskiy deyir ki, ABŞ Prezidenti Donald Trump iyulda telefon zəngi, yaxud sentyabrda görüş zamanı onu şantaj etməyə çalışmayıb.

Oktyabrın 10-da bir qrup jurnalist üçün mətbuat konfransı keçirən Zelenskiy bildirib ki, telefon zəngi zamanı ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırdığını bilməyib. Bu haqda sonradan müdafiə naziri vasitəsilə xəbər tutub və məsələni sentyabrda Polşada olanda Vitse-prezidenti Mike Pence ilə görüşdə qaldırıb.

ABŞ Nümayəndələr Palatası Trump-a qarşı impiçment araşdırmasına başlayıb, onun Ukraynaya Konqresin təsdiqlədiyi yardımı dayandırmaqla Zelenskiy-ə təzyiq göstərib-göstərmədiyini araşdırır. İddialara görə, Trump Zelenskiy-dən keçmiş Vitse-prezidenti Joe Biden barəsində təhqiqat aparılmasını istəyib. Biden 2020-ci il seçkisində Trump-ın əsas rəqiblərindəndir.

Trump dəlil ortaya qoymadan iddia edib ki, Biden Ukraynada düzgün olmayan işlərlə məşğul olub. Biden-in oğlu Hunter Ukraynada Burisma qaz şirkətinin idarə heyətinin üzvü olub.

Zelenskiy jurnalistlərə deyib ki, Trump-a telefon zəngində məqsədi onunla görüşə nail olmaq olub və Ağ evdən Ukraynayla bağlı ritorikanı dəyişməyə çağırıb.

“Şantaj olmayıb. Bizim söhbətimizin mövzusu bu deyildi”, – Zelenskiy vurğulayıb.

Onun sözlərinə görə, Trump-la görüşdən ötrü qarşısına şərt qoyulmayıb, Hunter-in Burisma-dakı fəaliyyətinin araşdırılması da istənilməyib.

Ağ ev sentyabrda Zelenskiy-Trump söhbətinin ümumi mətnini yayıb. Bu, mətnin Ukrayna versiyasına uyğundurmu? Zelenskiy deyib: “Heç yoxlamamışam, ancaq məncə, tamamilə uyğundur”.

Trump indiyədək bu məsələylə bağlı deyilənləri təkzib edib.

XS
SM
MD
LG