Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Türkmənistanda atlara 680 milyon dollar xərclənib


Türkmənistanda At Günü qeyd olunur
Türkmənistanda At Günü qeyd olunur

Türkmənistanda milli At Günü keçirilib. Bu illik bayramı avtoritar Prezident Gurbanguly Berdymukhammedov xüsusilə sevir.

Koronavirus pandemiyasına baxmayaraq Türkmənistanda kütləvi bayramlar, idman tədbirləri, at yarışları keçirilməkdədir. Ölkədə rəsmən koronavirusa yoluxma halı açıqlanmasa da, tənqidçilər, səhiyyə ekspertlər buna şübhəylə yanaşırlar.

Dövlət mediası aprelin 25-26-da ölkədə bir sıra tədbirlər keçirildiyini bildirir. Aşqabat yaxınlığındakı Atçılıq İdman Kompleksində yarış da təşkil olunub. Hər il burada atlar arasında gözəllik yarışması, art şoular, rəqs tamaşaları keçirilir.

Atlara xüsusi sevgisiylə tanınan prezident milli Axaltəkə cinsiylə bağlı kitab yazıb, ona müxtəlif atlar hədiyyə olunur.

Berdymukhammedov isə öz növbəsində atları ən yaxşı çəkən rəssamlara mükafatlar, atların gözəllik yarışmasının qalibinə isə Audi Q8-in açarlarını təqdim edib.

AzadlıqRadiosunun türkmən xidmətinin məlumatına görə, Berdymukhammedov-un Axaləkə cinsindən yüzlərlə at saxladığı güman edilir.

Hökumətin tənqidçiləri, eləcə də ölkədə atçılığın problemləri ilə tanış ekspertlərin fikrincə, Axal-Teke son illər korrupsiya alətinə və şəxsiyyətə pərəstiş amilinə çevrilib.

Berdymukhammedov dövlət mediasında yayılmış bəyanatda atların və mehtərlərin şəraitinin yaxşılaşdırılmasına 680 milyon dollar xərcləndiyini açıqlayıb.

Bu məbləğin hansı müddətdə xərcləndiyi bəlli deyil, amma bu arada qazla zəngin ölkə qlobal enerji qiymətlərinin düşməsi və koronavirus pandemiyasından dolayı iqtisadi çətinliklərlə üzləşməkdədir.

Türkmənistan son illər ərzaq qıtlığı da yaşayır, bir sıra ərzaq məhsullarının qiymətləri qalxır.

XS
SM
MD
LG