Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:55

Türkmənistandan Azərbaycana turist axını həm də ona görə artıb ki...


Polşa sərhəd-buraxılış məntəqəsinin zabiti
Polşa sərhəd-buraxılış məntəqəsinin zabiti

Bundan bir neçə gün əvvəl Azərbaycan medialarında ölkənin Dövlət Statistika Komitəsinə istinadla dərc olunan xəbərlərdə deyilirdi ki, Azərbaycana 2023-cü ilin 7 ayı ərzində gələn turistlərin sayı artıb.

Xəbərlərdə bu da qeyd olunurdu ki, Türkmənistandan Azərbaycana gələnlərin sayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.8 dəfə artım olub.

Xronika Turkmenistana saytı yazır ki, beləliklə türkmənistanlılar Azərbaycana gəlmiş 1 milyon 143 min əcnəbinin 1.2 faizini təşkil edib.

Saytın məlumatına görə 2023-cü ilin yanvarından iyulunadək Azərbaycana 13 min 723 Türkmənistan vətəndaşı səfər edib.

Lakin Türkmənistanın turist firmalarından biri saytın müxbirinə bildirib ki, türkmənistanlıların əksəriyyəti Azərbaycana turizm məqsədilə səfər etmir.

Polşaya mövsümi vizalar

Mənbənin bildirdiyinə görə Bakı yalnız tranzit məntəqəsi rolunu oynayır. Burada Türkmənistan vətəndaşları Polşaya mövsümi qazanc üçün vizalar alırlar.

Xəbərdə deyilir ki, Polşaya mövsümi viza bu ölkədə iş üçün 9 ay müddətində yaşamaq imkanı verir.

Bu vizanı alanlar əsasən kənd təsərrüfatı və turizm sahəsində çalışırlar.

Türkmənistanda Polşanın səfirliyi olmadığına görə Türkmənistanla bağlı məsələlərə Bakıdakı səfirlik baxır.

Türkmənistandakı Almaniya konsulluğu isə Şengen zonasının yalnız bir neçə ölkəsinə vizalar verir və bunların arasında Polşa, Çexiya və ya Slovakiya yoxdur.

Xronika Turkmenistana yazır ki, Türkmənistan vətəndaşları Azərbaycana 90 günlük və birdəfəlik elektron vizalar alırlar. Bu vizalar üçün ərizələri onlayn rejimində və ya Türkmənistandakı turizm firmaları vasitəsilə vermək olar.

Türkmənistan vətəndaşları Azərbaycana bir qayda olaraq Türkmənbaşı-Bakı marşrutu ilə üzən bərə ilə gəlirlər.

XS
SM
MD
LG