Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:18

Ermənistan KTMT razılaşmalarını hələ də imzalamayıb


Nikol Paşinyan KTMT-nin son sammitini boykot etmişdi
Nikol Paşinyan KTMT-nin son sammitini boykot etmişdi

Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri tərəfindən qurumun noyabr sammitində razılaşdırılmış sənədləri hələ də imzalamayıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu barədə məlumatı baş nazir Nikol Paşinyanın yüksək vəzifəli rəsmilərindən biri yanvarın 29-da verib.

Baş nazirin müavini Vahan Kostanyan deyib ki, bu məsələyə “hələ baxılır”. Kostanyan məsələnin təfərrüatları barədə heç nə deməyib.

Qeyd olunmalıdır ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən 23 noyabr Minsk sammitində imzalanmış sənədlərin arasında KTMT üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma da var.

Baş katib sənədləri əlbəəl çatdırsa da...

Hərbi alyansın baş katibi İmanqali Tasmaqambetov bu sənədi Ermənistan hökumətinə ötən dekabrda Yerevana səfəri zamanı vermişdi.

Bu da vurğulanır ki, Tasmaqambetovu o vaxt yalnız xarici işlər naziri Ararat Mirzoyan qəbul etmişdi.

Paşinyanın KTMT sammitini boykot etməsi Ermənistanın bu təşkilatdan tədricən uzaqlaşmağa başladığı şəraitdə baş vermişdi.

Şərhçilər bildirirlər ki, sözü gedən razılaşmaların Yerevan tərəfindən hələ də imzalanmaması Ermənistanın bu təşkilatı tərk edəcəyinə dair söz-söhbəti yenidən diqqətə gətirib.

Ermənistan 2022-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin sərhəd boyunca hücum etdiyi vaxt KTMT-dən kömək istəmişdi.

KTMT isə yalnız müşahidəçilər göndərəcəyini vəd etməklə reaksiya vermişdi.

Həmin hadisədən sonra Yerevan KTMT-ni onun qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bundan əvvəl

Ermənistan bunun ardınca KTMT baş katibinin müavini vəzifəsi kvotasından imtina etmiş və təşkilatın Moskvadakı qərargahından öz nümayəndəsini geri çağırmışdı.

Yerevan üstəlik KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan təlimlərindən imtina etmişdi.

Rusiya prezidenti Vladimir Putin ötən dekabrda demişdi ki, o Ermənistanın KTMT-dən çıxacağını düşünmür.

O əlavə etmişdi ki, Ermənistanın təşkilatı boykot etməsi Ermənistan daxilində Qarabağla əlaqədar mürrəkkəb proseslərin getməsi ilə bağlıdır.

Lakin Rusiya XİN bundan əvvəl Paşinyanı Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda” günahlandırmışdı”.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG