Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:21

Gürcüstanda Ukraynadan Rusiyaya daşınan partladıcılar saxlanıb


Gürcüstanda aşkar edilmiş partladıcı qurğular
Gürcüstanda aşkar edilmiş partladıcı qurğular

Gürcüstanda 14 kiloqram çəkisi olan partladıcı qurğuları daşıyan mikroavtobus saxlanıb.

Ölkə Dövlət Təhlükəsizlyi Xidməti xəbər verir ki, partladıcı qurğular elektrik avtomobilləri üçün akkumulyatorlar adı ilə daşınırdı:

"DTX-nin antiterror mərkəzi əməliyyat-axtarış və istintasq tədbirləri çərçivəsində bir neçə ədəd partladıcı qurğu və böyük həcmdə patlayıcı maddələr müsadirə edib”.

DTX-nin məlumatında bu da qeyd olunur ki, maşındakı konteynerdə 6 detonator və 6 xüsusi açar aşkar olunub.

Məlumatda deyilir ki, partlayıcı yük Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə Odessadan Voronejə göndərilirdi.

Məlumata görə partladıcı qurğulardan üçü Rusiya-Gürcüstan sərhədində saxlanıb. Daha üç qurğu isə Tbilisdə “konkert ünvanda” aşkar olunub.

Gürcüstan DTX istisna etmir ki, təşkilatçılar Gürcüstan ərazisində terror aktları həyata keçirməyə hazırlaşırdılar.

Ukraynanın hakim partiyasından

Gürcüstan antiterror mərkəzinin rəhbəri Baça Mqeladze deyib ki, Tbilisdə saxlanan üç qurğunun Rusiyaya göndərilməli olduğu və ya Gürcüstan ərazisində istifadə olunacağı hazırda araşdırılır.

Məlumata görə partladıcıların daşınmasını Ukrayna vətəndaşı, Batumidə doğulmuş Andrey Şaraşidze təşkil edib.

O 2020-ci ildə prezident Volodimir Zelenskinin “Xalqın xidmətçidsi” partiyasından Odessa şəhər bələdiyyəsi üzvlüyünə namizədlyini vermişdi.

Gürcüstan DTX bunu da bildirir ki, partadıcıların Gürcüstana gətirilməsində 12 nəfər iştirak edə bilərdi. Amma Şaraşidzedən fərqli olaraq qalanları partlayıcı yükündən xəbərsiz ola bilərdilər.

Ukrayna Gürcüstan DTX-nin ittihamlarını hələ ki, şərh etməyib.

Göstərilən fakt üzrə partlayıcı maddə və partrladıcı qurğuların qanunsuz əldə edilməsi və saxlanması maddəsi ilə cinayət işi qaldırılıb.

XS
SM
MD
LG