Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:57

İran İsrailin mümkün cavab zərbəsinin xofunda


Tehranın Fələstin meydanında İsrailə hücumu bayram edənlər
Tehranın Fələstin meydanında İsrailə hücumu bayram edənlər

İran İsrailə 200-dək qanadlı ballistik raket atıb. Bu, əslində onun İsrail üzərinə ən böyük hava zərbəsi olub.

Oktyabrın 1-də endirilmiş raket zərbələri İranın aprel ayında keçirdiyi misilsiz hava hücumundan daha böyük və daha cəsarətli olub.

İran raketlərinin vurduğu ziyanın və törətdiyi dağıntının tam miqyası hələ ki, məlum deyil. Lakin İsrail bu hava zərbələrinə sərt cavab verəcəyini bildirib.

Ekspertlər də bu qənaətdədirlər ki, İsrailin cavab zərbələri aprel ayındakı cavabı ilə müqayisədə daha güclü olacaq. Aprel raketlərinə İsrail nisbətən yüngül cavab vermişdi.

Beynəlxalq Böhran Qrupu İran layihəsinin direktoru Əli Vaez deyir ki, “İsrailin İrana cavab zərbəsi daha dağıdıcı olacaq”.

İsrailin Hod Haşaron qəsəbəsində İranın raket zərbəsindən sonra
İsrailin Hod Haşaron qəsəbəsində İranın raket zərbəsindən sonra

Cavab riski

İran 1 oktyabr hava hücumunu İsrailin Livana müdaxiləsinə və Qəzzada apardığı dağıdıcı müharibəyə, habelə İranın regiondakı müttəfiqlərinin bu yaxınlarda törədilmiş qətllərinə cavab kimi səciyyələndirib.

İsrail qüvvələri Livanın cənubuna müdaxiləyə oktyabrın 1-də, bir həftə davam edən dağıdıcı hava reydlərinin ardınca başlyıblar.

İsrailin sentyabrın 27-də Beyruta endirdiyi hava zərbələri nəticəsində İranın dəstəklədiyi Hizbullah təşkilatının lideri Həsən Nəsrüllah həlak olub. Hizbullah ABŞ-da terrorçu təşkilat kimi tanınır, Avropada isə təşkilatın yalınız silahlı qanadı qara siyahıya salınıb.

İsrailin həmin hücumu ilə, əslində Hizbullahın rəhbərliyinə ağır zərbə vurulub. Tehran Livanın cənubunda böyük ərazilərə nəzarət edən Hizbullaha ABŞ və İsrailin İrana birbaşa hücumlarından çəkindirici fakltor kimi baxır.

Ekspertlər bildirirlər ki, İranı 1 oktyabr zərbəsini endirməyə - qisas tələb edən daxili təzyiq və Tehranın regiondakı nüfuzunu itirəcəyindən narahatlığı məcbur edib.

Vaez bu barədə deyib:

“Belə görünür, İran bu nəticəyə gəlib ki, hərəkətsizlik ona hərəkət riskinə girməkdən baha oturur. Tehran əlbəttə, İsrail üzərinə təkrar etdiyi hücumun yaratdığı riskdən agahdır və beləliklə qeyri-ixtiyari İsraili cavab zərbələrinə bir növ özü dəvət edir”.

Böyük hücuma – böyük cavab

İranın İsrail üzərinə ötən apreldəki hava hücumu Tehranın ilk belə birbaşa zərbəsi idi və əslində güclü mesaj verirdi. İran bu hücumda habelə uzaqmənzilli dron və raketlərdən istifadə etmişdi.

Londondakı Beynəlxalq Tədqiqatlar İnstitutundan Fabian Hints (Fabian Hinz) deyir ki, İranın 1 oktyabr hava hücumu müqayisədə “daha sanballı” idi.

Onun sözlərinə görə İranın istifadə etdiyi ballistik raketlər İsrail üzərinə cəmi bir neçə dəqiqədə çatırdı.

Hintsin sözlərinə görə bundan məqsəd İsrailə zərbəyə hazırlaşmaq üçün daha az vaxt tanınması idi.

Negev səhrasında İran raketinin qalıqları
Negev səhrasında İran raketinin qalıqları

Aprel hücumuna cavab olaraq İsrail İranın mərkəzindəki İsfahan şəhərində hava hücumundan müdafiə radarını vurmuşdu.

Lakin ekspertlərin fikrincə İsrailin yeni cavabı ehtimalən daha sərt olacaq.

“Raket tennisi”

İsrail rəsmilərinə istinad edən medialar yazırlar ki, bu dəfə enerji qurğuları da daxil İranın ərazisindəki strateji məkanlar vurula bilər.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutundan Fərzin Nədim deyir ki, İranın neft-qaz qurğularına zərbələr görüntü baxımından təsirli olsa da, strateji baxımdan ziyanlı olmazdı.

İran İsrailə qarşı: Böyük müharibə riski var
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

Nadim Fərda Radiosuna deyib ki, İranın nüvə qurğularını vurmaq risklidir və onların yerin altında yerləşdirildiyi nəzərə alınarsa, həm də İsraildən daha güclü zərbələr tələb edərdi.

Ehtimallara görə ABŞ və İsrail İranın nüvə qurğularına mümkün zərbələrini dəfələrlə nəzəri baxımdan məşq ediblər. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu, İranı öz nüvə proqramını hərbiləşdirməyə vadar edə bilər.

Vaez isə deyir ki, İsrailin mümkün cavabı İranı daha bir hücuma sövq edəcək. Ekspertin sözlərinə görə belə bir “raket tennisi” nəticədə bütün regionu uçuruma darta bilər.

XS
SM
MD
LG