Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:13

Üzeyir bəy Hacıbəyli. Fitnəçilərdən özünüzü gözləyin


Konkaya minib gәzәnlәrin hamısına mәlumdur ki, konkanın içindә yuxarı tәrәfdәn rusca belә bir xәbәrdarlıq yazılıbdır: "Ostereqaytes karmanşikov", yәni cibgirlәrdәn özünüzü gözlәyin.

Konkalarda vә sair yerlәrdә yazılan belә xәbәrdarlıqlar, hәrçәnd bir qәdәr Rusiya ölkәmiz üçün kәsri-şan olub, cibgirlәr yığıncağı olduğunu bildirir, amma hәr halda o cürә xәbәrdarlıqlar adamları ehtiyatla dolanmağa mәcbur edib, cibinin sağ vә salim qalmasına sәbәb olur.

Ona binaәn çox yaxşı olardı ki, müsәlmanlar olan yerlәrdә dә, ya konkalarda, ya küçәlәrdә, ya evlәr qapısında belәcә bir xәbәrdarlıq yazılaydı:

Fitnәçilәrdәn özünüzü gözlәyin!

Çünki hәr yerdә ki, bir neçә dәnә dә olsun müsәlman oldumu, orada bir fitnәçi olacaqdır.

Fitnәçilik bir azardır ki, bәzi tәrbiyәsi tәrs düşmüş adamlara mübtәla olub, onları dinc qoymaz. Necә ki, yaz istisindә milçәklәr, gәnәlәr atın üstünә daraşıb, (onu) şıllaqlamağa vә oynaqlamağa mәcbur edir, hәmçinin fitnә naxoşluğu da haman fövqәlzikr adamlara giriftar olub, hәmişә qıdıqladar, dinc qoymaz.

Amma heç bir yerdә fitnә özünә bir o qәdәr yaxşıca mәkan tapmaz, mәgәrinki müsәlmanlar arasında. Bunun da sәbәbi aşkardır.

Bir çox müsәlmanların, yәni haman fitnәyә uyanların ağılları başlarında olmayıb, bәlkә gözlәrindә vә daha çox qulaqlarındadır. Çünki haman başın bir o qәdәr dә bacarığı yoxdur ki, deyilәn sözün fitnә olub-olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini mәcburәn qәbul elәyir.

Әcnәbi mәmlәkәtlәrdә fitnәçilәrin sözlәrinә qulaq asıb, sonra qaradovoy-filan çağırıb, düz "sarı evlәrә", yәni dәlixanalara göndәrirlәr ki, orada onlara müalicә olunsun.

Bu günkü Osmanlıda fitnәçilәri purişkeviçlәrin yanına qulluqçu tutub, "şәriәt istәyәnlәr" cәrgәsindә boğazdan asırlar. Rusiyada o cürә fitnәçilәri qovurlar.

İranda haman fitnәçilәrә "Şiri-xurşid" әta edirlәr. Bizim yerlәrdә isә o cürә fitnәçilәri hәmişә baş yerdә oturdub, ikiqat baş әyirlәr vә әldәn gәlәn hörmәti edirlәr, onun sözlәrinә qulaq asırlar.

Camaat arasına fitnә dağılır, xalq bir-birindәn üz-göz olur, amma fitnәçi özü hörmәtdә qalır.
XS
SM
MD
LG