Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:17

Üzeyir bəy Hacıbəyli. Sonra görüşərik


İşlәrimizin çoxunu çәtinә salan vә axırda min cürә әngәl törәdәn kәlamın biri dә budur: "Sonra görüşәrik.

Hamıya mәlumdur ki, qaranlıq pisdir, amma işıq yaxşıdır. İşlәrimiz, istәr ümumi, istәr xüsusi, gәrәk aydın olsun.

* * * * *

-- Kәrbәlayı Nәsir, bizә mal göndәr.

-- Baş üstә.

-- Balam, bәs qiymәti?

-- Әşi, sonra görüşәrik.

Sonra görüşürlәr. Mal alan ürәyindә, mәsәlәn, beş manat tutub, mal satan on beş manat. Sonra ki, bunlar filvaqe "görüşürlәr".

İş dolaşığa düşür. İki ürәk bir-birini tutmur, cәncәl әmәlә gәlir. Әngәl törәnir, axırda da dava-şava çıxır. Sәbәbi nәdir? Qaranlıq iş: Sonra görüşәrik.

* * * * *

Eyibdir.

Biri dә budur.

Müsәlman tayfası әlәlümum eyib gözlәyәndir. Ancaq bu xasiyyәt bizdә alahı cürәdir, qeyri tayfalarda olan kimi deyildir.

Mәsәlәn, avropalı bir adam boynunda qalstuk adlanan boyunbağı olmasa, arvad hüzuruna çıxmaz. Amma bizdә şalvar bağı sallana-sallana arvad mәclisindәn keçmәyin eybi yoxdur. Bunun әvәzindә bizdә dә bir adamın tәklifini rәdd etmәk eyibdir. Gәrәk hәr tәklif olunsa, deyәsәn ki, "baş üstә".

İndi sonra "baş üstә"yә әmәl edәcәksәn ya etmәyәcәksәn -- o başqa mәsәlәdir.

Mәsәlәn, birisi gәlib sәnә deyir ki, mәnim üçün filan yerdә bir qulluq tap. Gәrәk cavab verәsәn ki, baş üstә, çünki özgә cürә cavab versәn eyib olar. Sonrasın heç qulluqu da axtarma, heç axtarmaq fikrin dә çәkmәsәn, onun zәrәri yoxdur. Gәlib desә ki, "bәs, qulluq necә oldu", denәn ki, "hazırdır, sabah gәl".

Sabah ki, gәldi, nökәrә denәn desin ki, evdә yoxsan. Bir hәftә belә keçsin. Bir dә işdir, adamdır, bazarda görüşsәn, deynәn ki, bәs mәn o sәfәr sizә dedim ki, sabah zәhmәt çәkin gәlin, siz dә gәlmәdiniz, qulluq әldәn çıxdı.

Cavab versә ki, gәldim evdә yoxdunuz, deynәn görünür ki, axmaq oğlu nökәr tanımayıbdır, sonra da yenә "eyib" olmamaq üçün deynәn ki, zәrәr yoxdur, yenә qulluq axtarıb taparam. Qәrәz, bu növ ilә dolanarsan o zamana qәdәr ki, axırda ya sәnin әcәlin tamam olar, ya sәndәn qulluq tәvәqqә edәnin.

Hәr halda "eyib" iş görüb demәzsәn ki, balam, mәn qulluq tapa bilmәrәm. Yoxsa, tәvәqqә sahibi sәndәn inciyәr vә eyib olar.
XS
SM
MD
LG